Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
19:16 Xəzərsahili qanunsuz obyektlər söküləcək? - AÇIQLAMA | 19:11 "Süni intellektdən ehtiyatlı olmalıyıq" - Trampdan xəbərdarlıq | 19:04 “Aston Villa”da yeni müqavilə | 18:56 “WhatsApp” istifadəçilərini sevindirəcək YENİLİK | 18:32 Badamdarda yaşayanlar təhlükədə: Obyektlərin fəaliyyəti dayandırıla, sakinlər təxliyə edilə bilərlər | 18:23 Hövsanda dəniz qəhvəyi rəngə boyandı: Araşdırma başladı | 18:16 "GTA VI" çıxdıqdan az müddət sonra xətalar aşkarlandı | 17:38 Prezident İlham Əliyev Vyetnama rəsmi səfərə gedib | 16:59 Broyler toyuqları ilə bağlı yayılan iddialara AÇIQLAMA | 16:56 Paşinyan: “300 min azərbaycanlının Ermənistana qayıtmaq hüququ gündəmə gələcək” | 16:53 İsmayıllıda 300 kiloqram iylənmiş at ətinin satışının qarşısı alındı | 16:50 Bakıda məşhur mebel mağazasının fəaliyyəti dayandırıldı | 16:38 AzTV-də yeni dövr başlayır: Televiziyada nələr dəyişəcək? | 16:36 Xəzər sahilində restoran və obyekt sahibləri üçün yeni qaydalar müəyyən ediləcək | 16:35 Azərbaycanda vergi ödəyiciləri risk dərəcələrinə görə yoxlanılacaq | 16:07 Rasim İldırımzadə ilə bağlı QƏRAR VERİLDİ | 16:00 ŞOK CİNAYƏT: 15 ton “Alpen Gold”u oğurlayıb satdı, puluna yük maşını aldı | 15:58 Prezident: "Azərbaycan-Vyetnam iqtisadi-ticari əlaqələri ardıcıl şəkildə inkişaf edir" | 15:57 Prezident İlham Əliyev Vyetnam Xəbər Agentliyinə müsahibə verib | 15:54 DTX: "Azərbaycanda dövlət saytları kiberhücumlara məruz qalıb" |
Mojo.az Avto
Mojo.az Avto

60 min manatı dollara çevirmək istədi, dələduzluğun qurbanı oldu

21.11.2023 11:46 1 764
60 min manatı dollara çevirmək istədi, dələduzluğun qurbanı oldu
Bakıda 60 min manat pulu dollara çevirmək istəyən şəxs dələduzluğun qurbanı olub.

“Qaynarinfo”nun məlumatına görə, avtomobil alqı-satqısı ilə məşğul Nicat Əliyev (soyad şərti) dollar almaq üçün limiti dolduğundan Elməddin adlı tanışı vasitəsi ilə tanıdığı Qabil, İsmayıl və Ramin adlı şəxslərin hər birinə 20 min manat verib. Həmin şəxslər banklardan birində pulu dollara çevirməli, əvəzində Nicat hər birinə 20 manat pul verməli imiş.

Onlar birlikdə Xalqlar dostluğu metrostansiyasının yaxınlığında yerləşən banka gediblər. Nicat Elməddinlə birlikdə bankın qarşısında gözləyib. Əvvəlcə Qabil bankdan çıxaraq 11.750 dolları ona verib. Bir qədər sonra İsmayıl da eyni məbləği təqdim edib. Nicatın Ramin kimi tanıdığı şəxsin isə bankdan qaçdığı məlum olub.

Keçirilən əməliyyat zamanı pulu oğurlayan şəxs saxlanılıb. Aparılan araşdırma zamanı məlum olub ki, özünü Nicata Ramin kimi təqdim edib, 20 min manatını alan şəxsin əsl adı Yaşardır. Onun oğurluğu əvvəlcədən Qabil və İsmayıl adlı tanışları ilə razılaşdıraraq planlaşdırması məlum olub. Plana əsasən, onlar Nicatın verdiyi 60 mindən 40 mini dollara çevirərək qaytarmalı, qalan 20 min manatı isə oğurlayaraq aralarında bölməli imişlər.

Məhkəmə dövrünə qədər dəymiş ziyan ödənildiyindən Yaşar Zamanova (soyad şərti) iki il, Qabil Vəliyevə (soyad şərti) və İsmayıl Qəşəmova (soyad şərti) 1 il 11 ay 26 gün müddətində azadlığın məhdudlaşdırılması cəza təyin edilib. Onlar Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələri ilə təqsirli biliniblər.

Son xəbərlər