Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
23:02 Bu 3 bürc bazar günü XOŞ XƏBƏR ALACAQ | 22:56 Gələn il Azərbaycanda 950 min tona yaxın kartof istehsalı proqnozlaşdırılır | 22:51 371 roman yazan qadın süni intellektə görə təhdid və təhqirlə üzləşdi | 22:44 Zaxarova NATO-nu ittiham etdi | 22:39 "Avroviziya Asiya"nın ilk qalibi oldu | 22:31 Avtomobili özündən xəbərsiz satışa çıxarıldı - VİDEO | 22:26 "Meta" 805 milyon avro cərimələnib | 22:17 Azərbaycanda bəzi binalara istilik verilməyə bilər: Səbəb - Video | 22:08 Lənkəranda ağlasığmaz hadisə: Hotelin icarədarı öz işçilərini qarət etdi | 22:00 Dağıstanda məşhur idmançı güllələnərək öldürüldü | 21:56 Ramiz Mehdiyevin qızının vəkili həbs edildi | 21:49 Lənkəranda ağlasığmaz hadisə: Hotelin icarədarı öz işçilərini qarət etdi | 21:33 Büdcədə tarixi dəyişiklik: Neftdənkənar gəlirlər 60 faizi ötəcək - Foto | 21:26 İlon Maskın "Starship" raketi sınaq zamanı partladı - Video | 20:49 Kütləvi yol-nəqliyyat hadisəsində ölənlərin sayı 13-ə çatıb | 20:44 Məktəblərdə sərt qaydalar tətbiq oluna bilər: Cərimə, qırmızı kart və uzaqlaşdırılma | 20:36 Bakıda yataqxanadan tələbə qızın meyiti tapıldı | 20:30 Leyla Əliyeva COP31-ə dair videoçarx paylaşıb - Video | 20:24 Tələbələri şantaj edərək pul istəyən şəxs barəsində qərar verildi | 20:10 "Nvidia" şirkətinin rəhbərliyinə mümkün namizədin adı açıqlandı |
Mojo.az Avto
Mojo.az Avto

Qərbi Azərbaycan İcması Aİ rəsmisinin bəyanatlarını qınayıb

17.11.2023 18:31 2 697
Qərbi Azərbaycan İcması Aİ rəsmisinin bəyanatlarını qınayıb
“Avropa İttifaqının (Aİ) rəsmisi Peter Stano Ermənistanın “Armenpress” xəbər agentliyinə 2023-cü il noyabrın 17-də verdiyi müsahibəsində təxribatçı və ayrı-seçkilik xarakteri daşıyan bəyanatlar verməklə regionda vəziyyəti gərginləşdirməyə çalışıb”.

Bu barədə Qərbi Azərbaycan İcmasının son bəyanatında bildirilib.

“Aİ rəsmisi Azərbaycanın Qarabağ bölgəsindən Ermənistana köçmüş ermənilərin qayıtmaq hüququ barədə danışdığı halda, Ermənistandan qovulmuş 300 min azərbaycanlının qayıdışı barədə heç nə deməmişdir. Bu, etnik və dini zəmində ayrı-seçkilikdir. Xatırladaq ki, dəfələrlə etdiyimiz müraciətlərə baxmayaraq, Aİ bizim qayıdış hüququmuz barədə mövqeyini ictimai şəkildə ifadə etməkdən imtina edir.

Bundan başqa, Aİ rəsmisi Ermənistanın ərazi bütövlüyünün qorunmasından müqəddəs vəzifə kimi dəm vuraraq Azərbaycanı təhdid etmişdir. Əvvəla, Aİ-yə yaxşı məlumdur ki, Azərbaycan bütün dövlətlərin ərazi bütövlüyünə və suverenliyinə hörmətlə yanaşır. Bundan əlavə, 30 il ərzində Azərbaycanın ərazi bütövlüyünü pozmuş, işğal etdiyi Azərbaycan ərazilərindən yüz minlərlə azərbaycanlını qovmuş və Azərbaycanın minə yaxın şəhər və kəndini dağıtmış Ermənistanın əməllərinə göz yuman Aİ-nin indi Ermənistanın heç bir təhdid altında olmayan ərazi bütövlüyünün müdafiəsinə qalxması ikiüzlülükdür.

Aİ rəsmisinin Azərbaycanın “Qarabağda birtərəfli hərbi addım atması”ndan narahatlıq keçirməsi riyakarlıqdır. Azərbaycan öz suveren ərazisində əməliyyat keçirməyə görə heç kimdən, o cümlədən Aİ-dən icazə almır və heç kimə hesabat vermir.

Qarabağda beynəlxalq qüvvələrin mövcudluğunun vacibliyini vurğulayan Aİ qoy gedib belə missiyaların Aİ ölkələrinə, məsələn irqçilik və islamofobiyanın çiçəkləndiyi, Korsika dilinin qadağan edildiyi Fransaya və ya rus etnik azlığına qarşı ayrı-seçkilik siyasəti yeridən Litvaya göndərilməsi ilə məşğul olsun.

Aİ Azərbaycanın daxili işlərinə müdaxilə kimi düşük və təkəbbürlü əməllərinə son qoymalı, bölgədə vəziyyəti gərginləşdirən ikiüzlü və ayrı-seçkilik siyasətindən əl çəkməli, Ermənistanın silahlandırılmasını dayandırmalı və bu ölkədən qovulmuş azərbaycanlıların öz evlərinə qayıtmaq hüququna hörmət etməlidir”, - deyə açıqlamada deyilir.

Son xəbərlər