Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
23:02 Bu 3 bürc bazar günü XOŞ XƏBƏR ALACAQ | 22:56 Gələn il Azərbaycanda 950 min tona yaxın kartof istehsalı proqnozlaşdırılır | 22:51 371 roman yazan qadın süni intellektə görə təhdid və təhqirlə üzləşdi | 22:44 Zaxarova NATO-nu ittiham etdi | 22:39 "Avroviziya Asiya"nın ilk qalibi oldu | 22:31 Avtomobili özündən xəbərsiz satışa çıxarıldı - VİDEO | 22:26 "Meta" 805 milyon avro cərimələnib | 22:17 Azərbaycanda bəzi binalara istilik verilməyə bilər: Səbəb - Video | 22:08 Lənkəranda ağlasığmaz hadisə: Hotelin icarədarı öz işçilərini qarət etdi | 22:00 Dağıstanda məşhur idmançı güllələnərək öldürüldü | 21:56 Ramiz Mehdiyevin qızının vəkili həbs edildi | 21:49 Lənkəranda ağlasığmaz hadisə: Hotelin icarədarı öz işçilərini qarət etdi | 21:33 Büdcədə tarixi dəyişiklik: Neftdənkənar gəlirlər 60 faizi ötəcək - Foto | 21:26 İlon Maskın "Starship" raketi sınaq zamanı partladı - Video | 20:49 Kütləvi yol-nəqliyyat hadisəsində ölənlərin sayı 13-ə çatıb | 20:44 Məktəblərdə sərt qaydalar tətbiq oluna bilər: Cərimə, qırmızı kart və uzaqlaşdırılma | 20:36 Bakıda yataqxanadan tələbə qızın meyiti tapıldı | 20:30 Leyla Əliyeva COP31-ə dair videoçarx paylaşıb - Video | 20:24 Tələbələri şantaj edərək pul istəyən şəxs barəsində qərar verildi | 20:10 "Nvidia" şirkətinin rəhbərliyinə mümkün namizədin adı açıqlandı |
Mojo.az Avto
Mojo.az Avto

ABŞ institutu: “Qərbin Ukraynaya dəstəyini dayandırması nəticəsində Rusiyanın qalib gələcəyinə dair əsas var”

16.11.2023 13:12 2 334
ABŞ institutu: “Qərbin Ukraynaya dəstəyini dayandırması nəticəsində Rusiyanın qalib gələcəyinə dair əsas var”
“Qərbin Ukraynaya dəstəyini dayandırması nəticəsində Rusiyanın qalib gələcəyinə dair çoxlu əsas var”.

“Report” xəbər verir ki, bu barədə ABŞ-nin Müharibə Araşdırmaları İnstitutu yazıb.

Bildirilib ki, Qərbin Ukraynaya dəstəyinin sona çatması Kiyevi bu və digər imkanlardan məhrum edəcək:

“Nəticədə daha mövqe döyüşləri getməyəcək. Ukrayna isə itkiləri bərpa etməkdə çətinlik çəkəcək. Çünki müdafiə sənayesi potensialı buna imkan vermir. Ən çox ehtimal olunan ssenari budur ki, rusiyalılar Ukrayna qüvvələrini geri çəkilməyə, bu ölkənin daha böyük ərazilərini ələ keçirməyə, şəhərlərini dağıtmağa davam edəcəklər”.

Qeyd olunub ki, əgər Qərb yardımı genişləndirsə, Ukrayna döyüş meydanında üstünlüyü ələ ala bilər:

“Qərb Ukraynanın uğurlu hücum əməliyyatlarına şərait yaratmaq üçün tədarük etdiyi zirehli texnikaların sayını artırmalıdır”.

Xatırladaq ki, Rusiya ilə Ukrayna arasında genişmiqyaslı müharibə ötən il fevralın 24-də başlayıb. Ukrayna bu ilin iyunundan əks-hücum əməliyyatları keçirir. Rəsmi Kiyevin mövqeyinə görə, müharibə Ukraynanın ərazi bütövlüyü tam bərpa olunmadan başa çatmayacaq. Son zamanlar xarici KİV-də Qərbin Ukraynaya dəstəyinin azalmasına dair məlumatlar yayılır.

Son xəbərlər