Mojo.az Banner
23:00 Orta qapıdan sərnişin mindirən avtobus sürücüləri cərimə olunur?  |     22:53 Bu sürücülər 50 manat cərimələnəcək  |     22:45 Gənc alimin ehtiyatsızlığına görə dünya ən qədim ağacını itirdi - 5 min yaşı var idi  |     22:40 Rusiya 15 Ukrayna vətəndaşını vətəninə qaytarıb  |     22:32 Alkoqol niyə xərçəngə səbəb olur?  |     22:27 Balakəndə qəzada yaralanan daha bir nəfər öldü  |     22:20 Bu ölkədə yeniyetmələrin sosial mediadan istifadəsi qadağan olunacaq  |     22:15 "Qarabağ"ın qış hazırlıq planı açıqlandı  |     22:06 Azərbaycanda uşaqlar arasında yayılan virus nədir?  |     22:01 AFFA 14 turda klubları 193 min cərimə edib - Pullar hara gedir?  |     21:53 Avtomobili ilə "Liverpul" azarkeşlərinə hücum edən şəxs 21 il həbs cəzası alıb  |     21:48 Azərbaycanda çay istehsalı azalıb  |     21:41 "Ford" maliyyə itkiləri və Trampın siyasətinə görə elektrik avtomobillərdən imtina edir  |     21:37 Banka kreit borcu olanlar üçün VACİB XƏBƏR  |     21:21 Putinin Türkiyəyə səfəri gözlənilir  |     21:19 "Babək qalası" adlandırılan QƏDİM TİKİLİDƏ arxeoloji qazıntı işləri aparılacaq? (Video)  |     21:10 ÜST: "Honkonq qripi" sürətlə yayılır"  |     21:05 Ermənistanda hərbi xidmətin müddəti azaldıldı  |     20:58 Vardanyanın məhkəmə istintaqı yekunlaşdı  |     20:43 Naxçıvanda son 1 ayda 85 nəfər məsuliyyətə cəlb edilib  |    
Left Banner
Right Banner

Qiymətləri dövlət tərəfindən tənzimlənməyən bazarlara nəzarət necə olacaq?

13.10.2023 21:13 1 467
Qiymətləri dövlət tərəfindən tənzimlənməyən bazarlara nəzarət necə olacaq?
Dünən Nazirlər Kabineti yanında "İnflyasiya və Qiymət Monitorinqi" üzrə İşçi Qrupun iclası keçirilib. İclasda süni qiymət artımının qarşısını almaq üçün Qiymət İzləmə Sisteminin tətbiqi ilə bağlı qərar alınıb. Bazarlara nəzarətin gücləndirilməsi ilə bağlı tapşırıqlar verilib.

Bu qiymət izləmə sistemi vasitəsilə qiymətlərə və bazara nəzarət mümkün olacaqmı? Bazarlardakı süni qiymət artımının qarşısını necə alınacaq? Tək nəzarət kifayət edirmi?

Valyuta.az bu sualları iqtisadçı Natiq Cəfərli ilə müzakirə edib.

Natiq Cəfərli bildirib ki, inflyasiya ilə mübarizə məqsədilə hökumət zaman-zaman belə iclaslar keçirir, amma burda başqa bir önəmli məsələ var:

"Azərbaycanda pərakəndə satış zamanı qiymətlər dövlət tərəfindən tənzimlənmir. Düzdür, qiyməti dövlət tərəfindən tənzimlənən müəyyən sahələr var. Kommunal xidmətlərin, enerji daşıyıcılarının, dizel yanacağının, 92 markalı benzininin, istiliyin qiymətini dövlət tənzimləyir. Digər sahələrdə dövlət tənzimlənməsi yoxdur deyə, dövlət monitorinqinin nə işlə məşğul olacağı bir az şübhəli, problemli görünür. Onlar əgər bazar payı çox yüksək olan inhisarçıların bazara qiymət diktəsi ilə məşğul olacaqlarsa, lap yaxşı. Amma bununla da Antiinhisar Xidməti məşğul olmalıdır”.

İqtisadçı bildiirb ki, zaman-zaman belə xəbərlər yayılır:

"Bununla vətəndaşlarda belə təəssürat yaratmağa çalışırlar ki, bəli, biz işləyirik, qiymətləri ucuzlaşdırmağa çalışacağıq. Amma real həyatda bunun həyata keçirilməsi mexanizmləri çox zəifdir. Çünki bazar iqtisadiyyatında süni qiymət artımı anlayışı yoxdur. Süni qiymət artımı baş veribsə, deməli bazar iqtisadiyyatının elementləri, institutları zəifdir. Burda da rəqabəti, bazar institularını gücləndirmək lazımdır”.скачать dle 11.3