Mojo.az Banner
15:41 Qaradağda qanunsuz ov edənlər tutuldu  |     15:24 Oğurluq edən iki qardaş saxlanıldı  |     15:19 Korrupsiya cinayəti törədən 18 nəfər "iş başında" tutulub  |     15:03 3000 abonentin qazı kəsiləcək  |     14:54 Ağ Ev lideri Sülh Şurasının Nizamnaməsini imzaladı  |     13:58 Lerikdə güclü qar evin dam örtüyünü uçurub  |     13:39 Uşaq əməyinə görə məsuliyyətin sərtləşdirilməsi nəzərdə tutulur  |     13:24 Gəncədə "BakuBus"a məxsus avtobus PİYADANI VURUB  |     13:09 Bakıda gənc oğlan küçədə infarktdan öldü  |     13:01 "Qarabağ" - "Ayntraxt" oyununda VAR sistemi işləyib  |     12:53 Onların müalicəsi yalnız dövlət tibb müəssisələrində pulsuz olacaq  |     12:48 Pensiyaçılara şad xəbər  |     12:20 Şuşa, Xankəndi və Xocavənddə buz bağlayan yollarda köməksiz qalanlara yardım edilib (Video)  |     12:08 Xankəndidə avtoxuliqanlıq edən şəxs həbs olundu - Video  |     12:07 Azərbaycan nefti ucuzlaşıb  |     12:06 "Ailə Park"ın səhlənkarlıqda təqsirləndirilən direktoru ilə bağlı qərar ləğv edildi  |     12:01 Zakir Fərəcov yayılan görüntülərlə bağlı İCLAS KEÇİRDİ: Samir Bədəlova XƏBƏRDARLIQ EDİLDİ  |     11:51 Bakı və Sumqayıtda oğurluq edən şəxslər saxlanılıblar  |     11:49 Azərbaycanlı hakim Ermənistan millisinin oyununa təyinat aldı  |     11:47 Azərbaycanda cibdə qatlanan bıçaq gəzdirmək qadağan oluna bilər - DEPUTATDAN TƏKLİF  |    
Left Banner
Right Banner

"YouTube" Braziliya prezidentinin kanalını bloklayıb

30.10.2021 22:09 1 659
"YouTube" videohostinq xidməti Braziliya prezidenti Jair Bolsonaronun rəsmi kanalını bir həftə müddətinə yeni videolar yayımlamaq imkanından məhrum edib.

Milli.Az ted.az-a istinadən bildirir ki, bu barədə şirkətin açıqlamasında deyilir.

Məlumata əsasən, bu, dövlət başçısı tərəfindən xidmətin qaydalarının təkrar pozulması səbəbilə edilib:

"Jair Bolsonaronun kanalından vaksinlərin yoluxma riskini azaltmadığını və digər yoluxucu xəstəliklərə səbəb olduğunu iddia edən videonu sildik. Bu video bizim COVID-19 haqqında tibbi xarakterli qeyri-dəqiq məlumatların yayılması ilə bağlı qaydalarımıza ziddir. Videonun yaradıcısının kimliyindən və siyasi baxışlarından asılı olmayaraq, biz siyasətimizi ardıcıl şəkildə tətbiq edirik".

Qeyd edək ki, J.Bolsonaro cümə axşamı sosial mediada həftəlik brifinqi zamanı saytlardan birində yayılan məlumatdan sitat gətirib. O, Böyük Britaniyada koronavirusa qarşı peyvənd olunanlarda sonradan QİÇS-in aşkar edildiyi barədə danışıb.

скачать dle 11.3