Mojo.az Banner
18:59 İlin ən yaxşı qapıçısı seçildi  |     18:52 Türkiyədə təhlükəli virus yayılır - Artıq 7 nəfər yoluxub  |     18:47 Bərdə heyvan satışı bazarı fəaliyyətini bərpa etdi  |     18:40 "Prava"sı olmadan maşın sürən 66 nəfər qəzalarda həlak oldu  |     18:34 Ölkəmizdə mobil internetin sürəti nə qədərdir?  |     18:29 “WhatsApp”da yenilik  |     18:21 Azərbaycan kosmonavtların xilas edilməsi ilə bağlı sazişə qoşulur  |     18:15 Moskvada məktəbə hücum edən şəxs saxlanıldı  |     18:09 Azərbaycana gətirilən elektromobillərin sayı açıqlandı  |     18:01 Meksikadakı təyyarə qəzasında 7 nəfər ölüb  |     17:53 Salyanda ərzaq bazarında ciddi nöqsanlar aşkarlandı - Video  |     17:44 "On numara" ictimai iaşə müəssisəsində ciddi nöqsanlar aşkarlanıb  |     17:35 Paytaxtın bəzi küçələrində sıxlıq müşahidə olunur  |     17:22 Ərdoğandan Qara dənizdə gəmilərə hücumla bağlı - Xəbərdarlıq  |     17:18 Şəkidə qonşu qadınlar arasında dava: İş məhkəmədə yekunlaşdı  |     17:08 Bu mayenin hər litrinə 100 manat aksiz tətbiq edilecek  |     17:00 Dərslik deyil, yük daşıyırlar: Məktəblilərin qorxulu problemi  |     16:55 Ərdoğan: Azərbaycanla Ermənistan arasında sülh sazişinə doğru mühüm mərhələ yaxınlaşır  |     16:49 Bakı-Şamaxı yolunda eyni nişanların təkrarlanması ilə bağlı RƏSMİ AÇIQLAMA  |     16:41 Rusiyadan idxal olunan minlərlə qida əlavəsi məhv edildi  |    
Left Banner
Right Banner

Yeni dövlət rüsumları müəyyənləşir

29.10.2021 23:14 984
Yeni dövlət rüsumları müəyyənləşir
Yeni dövlət rüsumları müəyyənləşir.

Bu, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin noyabrın 1-də keçiriləcək iclasında müzakirəyə çıxarılacaq "Su Məcəlləsində, Gömrük Məcəlləsində, Şəhərsalma və Tikinti Məcəlləsində, "Yerin təki haqqında", "Balıqçılıq haqqında", "Heyvanlar aləmi haqqında", "Ətraf mühitin mühafizəsi haqqında", "Ovçuluq haqqında", "Daşınmaz əmlakın dövlət reyestri haqqında", "Baytarlıq haqqında", "Dərman vasitələri haqqında", "Bədən tərbiyəsi və idman haqqında", "Mədəniyyət haqqında", "Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında" və "Lisenziyalar və icazələr haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” qanun layihəsində əksini tapıb.

Layihəyə əsasən, su obyektlərindən xüsusi məqsədlər üçün istifadəyə icazənin verilməsinə, səlahiyyətli iqtisadi operator statusunun verilməsi haqqında qərarın qəbul edilməsinə, tikinti obyektinin istismarına icazənin verilməsinə, dağ-mədən ayırması statusunun və geoloji ayırma statusunun verilməsinə, balıqovlama və ovçuluq biletlərinin verilməsinə, dövlət ekoloji ekspertizasının obyektləri barədə ekspert rəyinin verilməsinə, dərman vasitələrinin yenidən dövlət qeydiyyatı və onların qeydiyyat sənədlərində dəyişikliklərin dövlət qeydiyyatına, idman mərc oyunlarının həyata keçirilməsi məqsədilə hüquqi şəxsin akkreditasiyası haqqında qərarın verilməsinə, mədəni sərvətlərin ixracına mədəni sərvətin mühafizə şəhadətnaməsinin verilməsinə, standart nümunələrin və ya ölçmə vasitələrinin tipinin təsdiqi barədə sertifikatın verilməsinə, baytarlıq arayışının verilməsinə görə dövlət rüsumu tutulacaq.
скачать dle 11.3