Elmar Baxşıyev: "Oyunun sonlarındakı insidenti qabartmağa ehtiyac yoxdur" » Median.Az - Bütün xəbərlər bir ünvanda
17:27 Rusiya hərbçiləri Ermənistanın Azərbaycanla şərti sərhədindəki dislokasiya məntəqələrini tərk edirlər  |     17:09 “Instagram”da tanış olduğu qadın kişi çıxdı - 150 minlik cinayətin DETALLARI  |     16:58 Yaxın günlərdə Xocalı şəhərinə 50 ailə köçürüləcək - RƏSMİ  |     16:37 Mariya Stadnikə ağır itki  |     16:23 Sumqayıtda 10 aylıq körpə boğularaq ölüb  |     16:10 Mərkəzi Bankda YENİ TƏYİNAT  |     15:38 "Nərmin işi": İlkin Süleymanovdan xəbər var  |     15:35 İspaniyada ilk dəfə: Onlarla insanda siçovul xəstəliyi aşkar edildi  |     15:27 Nazirin şirkəti keçmiş rəisi məhkəməyə verdi  |     15:11 Sankt-Peterburqda çaya düşən avtobusla bağlı daha bir nəfər saxlanılıb  |     14:48 Bəzi qadınların maaşı artırıla bilər  |     14:46 Bəzi məhsulların qiyməti artıb - SİYAHI  |     14:45 40 yaşlı kişi qətlə yetirildi - Saxlanılan var  |     14:44 Xocalı Rayon Məhkəməsinə sədr təyin edildi  |     13:21 Külli miqdarda aksiz markasız siqaret aşkarlanıb  |     13:09 Ermənistan XİN rəhbəri: “Almatıda Azərbaycanla danışıqlar konstruktiv şəraitdə keçdi”  |     12:59 Meteohəssas insanların NƏZƏRİNƏ: Geomaqnit qasırğası gözlənilir  |     12:44 ATƏT sədri Bakıya gələcək  |     12:26 Əməkdar artist vəfat etdi  |     12:08 11-ci sinif şagirdi faciəvi şəkildə öldü  |    

Elmar Baxşıyev: "Oyunun sonlarındakı insidenti qabartmağa ehtiyac yoxdur"

“Uzun fasilə yarandığından çətin olacağını bilirdik. Heyətdə məşq prosesində bizimlə birlikdə olmayan futbolçular var idi”.

"Report"un məlumatına görə, bu fikirləri “Qəbələ”nin baş məşqçisi Elmar Baxşıyev "Zirə" ilə 1:1 hesablı heç-heçə etdikləri Azərbaycan Premyer Liqasının VII tur oyunundan sonra mətbuat konfransında deyib.

41 yaşlı mütəxəssis mübarizənin çətin alınacağını öncədən bildiklərini söyləyib: “Zirə” liderlər qrupunda qərarlaşan komandadır və çempionat ərzində iddiasını nümayiş etdirir. Komandanı həftəlik ağır oyuna hazırlayırdıq. Sevindirici haldır ki, oyunçular meydanda plan üzrə bütün tapşırıqları yerinə yetirməyə çalışdı”.

Baxşıyev birinci hissədə tam istədikləri oyunu göstərə bilməmələrini bu cür izah edib: “Səbəb deyəndə “Zirə”ni də qeyd eləmək lazımdır. Rəqib təzyiq göstərirdi, müdafiədən rahat çıxmağımıza imkan vermirdi. Ancaq deyim ki, ilk hissədəki çıxışdan da razıyam. Komanda meydanda nizam-intizamı qoruyub saxlayırdı. Sadəcə, ikinci hissədəki əvəzetmələr oyuna dəyişiklik gətirdi və tam üstünlüyü ələ aldıq”.

Baş məşqçi birinci dövrəni turnir cədvəlinin 3-cü pilləsində başa vurmalarına da münasibət bildirib: “İnandırım sizi, nə mən, nə də komanda turnir cədvəlinə baxırıq. Yalnız qarşıdakı matçı düşünürük. Mövsüm uzundur, komanda şəklində daha yaxşı ola bilərik. Bu potensialımız var. Fernan Torres də oyunumuza rəng qata biləcək futbolçudur. Getdikcə daha yaxşı olacağımıza inanıram”.

O, qarşılaşmadan sonra yarımmüdafiəçiləri Ehtiram Şahverdiyevlə “Zirə”nin müdafiəçisi Dmitrios Çantaikas arasında yaşanan qalmaqala da toxunub: “Həmin hadisə emosiya ilə bağlı yarandı. Futbolçular meydançada özlərinə nəzarət etməyi bacarmalıdırlar. Oyunun ajoitajı hərdən belə insidentə gətirib çıxarır. Çox qabartmağa ehtiyac yoxdur. Futbolda olan hadisədir, normal qarşılayırıq”.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            348 16.10.21 19:40