Mojo.az Banner
21:50 Azərbaycanda həkim vəfat etdi  |     21:06 Ruben Vardanyanın məhkəməsi sənədlərin elan olunması ilə davam etdirilib  |     20:41 Ağdamda insan qalıqları TAPILIB  |     19:55 Salyanda zəhərlənmə şübhəsi ilə xəstəxanaya müraciət edən şagirdlər evə buraxılıblar - AÇIQLAMA  |     19:41 Naxçıvan dəmir yolunun Ermənistanla sərhədində tikinti işlərindən GÖRÜNTÜLƏR (Video)  |     18:59 Binəqədidə obyektdə partlayış olub  |     18:39 Merts Berlində Paşinyanla görüşəcək  |     18:11 Hazırda paytaxt yollarında vəziyyət necədir?  |     18:10 Daşkəsəndə dava: 14 yaşlı oğlan çoxsaylı xəsarətlər aldı  |     17:43 Kənd təsərrüfatı təyinatlı torpaqlarda müvəqqəti tikililər barədə məlumatlandırma qaydaları təsdiqlənib  |     17:27 DTX-nin həbs etdiyi kibercinayətkar şəbəkə üzvlərinə hökm oxunub  |     17:08 Şirkət rəhbəri borca görə məhkəməyə verildi - Qərar verildi  |     17:00 Bakıda restoranın havalandırma borusu ALIŞDI (Video)  |     16:41 Eskalatorun qırılmasında xəsarət alanların vəziyyəti açıqlandı  |     16:36 Azərbaycanda 18 həkim işləyə bilmək üçün rüşvət verib - SİYAHI VƏ MƏBLƏĞLƏR  |     16:26 Yeni milli park yaradılır - Kəlbəcər, Laçın, Ağdərə, Xocalını əhatə edəcək  |     16:19 "Ağdaş Bazar" ASC-yə məxsus bazarda nöqsanlar aşkarlanıb  |     16:14 Əli Kərimli barədə QƏRAR VERİLDİ  |     16:05 Gənclər Mərkəzinin rəhbərinə "stop" qoyuldu  |     15:58 Göygöldə tüfeyli həyat tərzi keçirən kişi küçədə öldü  |    
Left Banner
Right Banner

Azərbaycanlı idmançıya səkkiz illik cəza verildi

30.09.2021 13:37 1 827
Azərbaycanlı idmançıya səkkiz illik cəza verildi
Azərbaycanın qadın ağırlıqqaldıranı Boyanka Kostovanın cəzası bəlli olub.

Bu barədə Beynəlxalq Ağırlıqqaldırma Federasiyasının (İWF) məlumat yayıb.

Bildirilib ki, dopinq-testi müsbət nəticə vermiş bolqarıstanlı legioner səkkiz il müddətinə yarışlardan diskvalifikasiya edilib.

İdmançının cəza müddəti 2021-ci il mayın 10-dan hesablanır.

Kostovanın orqanizmindən istifadəsi qadağan olunmuş stanozolol anabolik steroidi tapılıb.

Qeyd edək ki, Boyanka Kostova bu il aprelin 5-də Rusiyanın paytaxtı Moskvada keçirilmiş qitə çempionatında 59 kq çəki dərəcəsində qızıl medal qazanıb.

Bu, 28 yaşlı ağırlıqqaldıranın 2012-ci, 2015-ci və 2016-cı illərdən sonra karyerasında dördüncü Avropa çempionluğu olub. O həm də 2015-ci il dünya çempionatında fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

2016-2018-ci illərdə də dopinqə görə cəzalanmış Kostovanın London-2012 Yay Olimpiya Oyunlarındakı nəticəsi ləğv olunub.скачать dle 11.3