Şəhriyar Məmmədyarov Maqnus Karlsenlə heç-heçə edib » Median.Az - Bütün xəbərlər bir ünvanda
13:07 Qəbələdə dağlıq ərazidə hündürlükdən yıxılan şəxs xilas edildi - VİDEO  |     13:06 SAXAL: "İranın ballistik raketlərinin 86 faizi ələ keçirilib"  |     13:04 Müdafiə Nazirliyindən əhaliyə XƏBƏRDARLIQ - Partlayış səsləri eşidiləcək  |     12:59 Bakıda tarixi binanın dam örtüyü uçdu - VİDEO  |     12:52 Lukaşenko Belarus xalqını hökumətə dua etməyə çağırıb  |     12:46 Ramzan Kadırov oğlunun toyuna gələn tanınmış şəxslərin adlarını açıqlayıb  |     12:14 Yekaterinburqda saxlanılan Bakir Səfərovun məhkəmə prosesi başlayıb  |     12:06 Finaldan sonra birjada çöküş: İnvestorlar məşhur serialla bağlı şirkətləri tərk edirlər  |     11:54 "Qarabağ" "Zalsburq"la oynayacaq  |     11:46 DTX dövlətə xəyanətdə şübhəli bilinən şəxsi həbs etdi  |     11:42 OMON-çular tərəfindən Rusiyada öldürülən Səfərov qardaşları dəfn edildilər  |     11:29 İran prezidenti Xankəndiyə səfər edəcək  |     11:22 Bakıda qayınata kürəkənini lomla döydü  |     23:01 Bakıda məşhur ət bazarı bağlanır  |     22:56 Tətil sonrası işə qayıdış - Necə adaptasiya olaq?  |     22:49 ChatGPT-nin təsiri ilə təcrübəsiz işçilər üçün vakansiyalar kəskin azalıb  |     22:44 Azərbaycan Çinə toyuq əti ixrac edəcək  |     22:38 Tez-tez sıradan çıxan və bahalı texniki xidmət tələb edən avtomobillər - TOP-5  |     22:31 Daha bir şirkət rəhbərinə “stop” qoyuldu  |     22:24 Rusiyadan gətirilən soğan halqasında bakteriya aşkarlandı  |    

Şəhriyar Məmmədyarov Maqnus Karlsenlə heç-heçə edib

Makedoniyanın Struqa şəhərində kişi şahmatçılar arasında klublararası Avropa kuboku yarışının V turunun oyunları keçirilib.

Qrossmeysterimiz Şəhriyar Məmmədyarov V turda dünya çempionu Maqnus Karlsenlə mübarizə aparıb. Qarşılaşma heç-heçə ilə başa çatıb. Qeyd edək k, Ş.Məmmədyarovun yer aldığı Makedoniyanın “Alkaloid” komandası bu turda Norveçin “Offerspill Chess Club”ını 5,5:0,5 hesabı ilə məğlub edib.

Qrossmeysterlərimizdən Nicat Abasovun təmsil olunduğu İspaniyanın “Silla” komandasının isə İsrailin “Beer Şeva” təmsilçisi ilə qarşılaşması heç-heçə başa çatıb.

Qeyd edək ki, Azərbaycanı Avropa kuboku yarışında təmsil edən “Vüqar Həşimov” komandası V turda Fransanın “Asnieres Le Grand Echiquier” yığması üzərində 5,5:0,5 hesablı qələbə qazanıb. Aktivində 7 xal olan komandamız 13-cü pillədən 8-ə yüksəlib. “Silla” 9 xalla liderlər qrupunda mübarizə aparır. “Alkaloid” isə 8 xalla 4-cü yerdədir.

Xatırladaq ki, kişilərin yarışında 38 komanda mübarizə aparır.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 608 23.09.21 11:33