Mojo.az Banner
23:02 Meteohəssas insanların nəzərinə  |     22:57 2026-cı ildə Azərbaycanın Bəhreyndə səfirliyi açılacaq  |     22:49 Bir sutka artıq 25 saat ola bilər  |     22:42 Azərbaycan və BƏƏ hərbçilərinin birgə təlimi keçiriləcək  |     22:36 Küləklə bağlı sarı xəbərdarlıq  |     22:31 Naxçıvan sakinlərinə sosial ödənişlərlə bağlı şad xəbər  |     22:24 Pirotexniki vasitə satanlar saxlanıldı  |     22:18 Moped sürənlərin nəzərinə: 3 ay sonra...  |     22:14 "Ermənistanla delimitasiya davam edir" - Nazir  |     22:08 Bakı metrosunda bayram günlərində iş saatı uzadılacaq  |     22:03 Ruben Vardanyanın məhkəməsi təxirə salınıb  |     21:57 Bayram günləri qidalanmada yol verdiyimiz səhvlər  |     21:52 Bu klublar cərimələndi  |     21:43 Biləsuvarda ev yandı  |     21:38 Azərbaycanda asbestin istifadəsi qadağan ediləcək  |     21:31 Qatarın qarşısına 54 dəfə qəfil heyvan çıxıb  |     21:25 Türkiyədə terror planlaşdıran şəxs saxlanıldı  |     21:20 "Dəfələrlə xəstəxanalarda olmuşam, gördüyüm mənzərə ürəkaçan olmayıb" - Deputat  |     21:13 Bu yolda hərəkət məhdudlaşdırılacaq - Sürücülərin nəzərinə!  |     21:07 Şənbə günü hava necə olacaq?  |    
Left Banner
Right Banner

Həbib Nurməhəmmədov: "Nəriman Abbasovu bilərəkdən rəqib seçmişik"

17.09.2021 23:39 1 347
Həbib Nurməhəmmədov:
Rusiyalı keçmiş UFC çempionu Həbib Nurməhəmmədov atası Abdullamanap Nurməhəmmədovun xatirə turnirində yeznəsi Şamil Zavurovla azərbaycanlı Nəriman Abbasov arasında keçiriləcək görüşdən gözləntilərini açıqlayıb.

"Report"un məlumatına görə, məşhur idmançı Zavurovu Abbasovla ciddi döyüşün gözlədiyini söyləyib. O, yaxın qohumu üçün belə çətin rəqibi bilərəkdən seçdiklərini vurğulayıb: "Biz qalib gəlmək niyyətindəyik. Ağır döyüş gözləyir, qəfəsi qələbə ilə tərk etmək istəyirik. Şamil indiyədək 50 döyüş keçirib, böyük təcrübəyə malikdir. 27 yaşlı Nərimanın isə UFC ilə müqavilə ərəfəsində xeyli yükləndiyini bilirəm. O, əbəs yerə kəmərini üç dəfə müdafiə etməyib. Abbasovun Zavurovla görüşdən sonra okeanın o tayına getmək istədiyini eşitmişəm. Amma Şamilin başqa planları var".

Son döyüşünü keçirəcək Zavurov isə yağlı nöqtə qoymaq və gələcəkdə sakit yaşamaq, ağır məşqlərsiz dincəlmək niyyətini ifadə edib: "Bilirəm ki, yaxşı rəqibim var. O, çempiondur. 5 raundluq döyüş asan olmayacaq. Özümüzə rəhm etmədən hazırlaşmışıq".

Qeyd edək ki, Nəriman Abbasov - Şamil Zavurov qarşılaşması bu gecə keçiriləcək. Bu, Zavurovun son döyüşü olacaq.скачать dle 11.3