Mojo.az Banner
17:37 Bakıda marşrut avtobusu qadını vurub  |     17:25 İmişlidə pirotexniki vasitələr satanlar saxlanıldı  |     17:10 Bakıdakı bazarlardan birində balıq kürüsü satışında ciddi nöqsanlar aşkarlanıb (Video)  |     16:47 "Çörəyim səhnədən çıxır" - Yaşar Nurinin qızı cavab verdi  |     16:40 Baş nazirdən beynəlxalq ikili diplomla bağlı sərəncam  |     16:39 Gəncədə gənc oğlan pnevmoniyadan vəfat edib  |     16:25 Üç vəzifəli şəxs cərimələndi  |     15:52 Laçında daha 17 ailəyə evlərinin açarları təqdim olundu  |     15:44 Kamran Əsədov işi: 11 abituriyent və pinəçi istintaqa çağırıldı (YENİ DETALLAR)  |     15:43 "Çelsi" unikal nailiyyətə imza atıb  |     15:31 MTV kanalına xəbərdarlıq edilib  |     15:16 Masallıda 3200 abonentin qazı kəsiləcək  |     15:11 Dostunu evinə çağırıb yeyib-içdilər, arağa görə burnunu sındırdı  |     14:46 Həyat yoldaşını qətlə yetirən şəxs: "Mələklər arvadımın məni aldatdığını dedilər"  |     14:45 Azərbaycan klublarının gəlirləri açıqlandı  |     14:23 Əməkdar müəllim Nadir Hüseynov QƏZADA ÖLÜB (Yenilənib)  |     14:08 AMB 3 BOKT-un vəzifəli şəxslərini cərimələyib  |     14:00 Mütəşəkkil dəstə üzvləri saxlanıldı - Video  |     13:57 Azərbaycanda hava limanında ƏMƏLİYYAT: Gəmi kapitanı və daha iki nəfər həbs edildilər  |     13:43 Sidneydə terror aktı törədən şəxs 59 maddə üzrə ittiham olunur  |    
Left Banner
Right Banner

Neftin qiyməti ucuzlaşmağa başlayıb

01.09.2021 21:20 996
Neftin qiyməti ucuzlaşmağa başlayıb
Dünya neft qiymətləri ucuzlaşmağa başlayıb.

Bunu ticarət sövdələşmələrinin nəticələri göstərir.

Bakı vaxtı ilə saat 17:53-ə olan məlumata görə, “Brent” markalı neftin noyabr fyuçerslərinin qiyməti 1,37% azalaraq 70,65 dollar/barelə düşüb. WTI markalı neftin oktyabr fyuçersləri isə 1,64% dəyər itirərək bir barel üçün 67,42 ABŞ dolları təşkil edib.

Qeyd olunur ki, buna Rusiya Baş nazirinin müavini Aleksandr Novakın açıqlamaları təsir edib. Belə ki, o, OPEC+in dünya neft bazarındakı izafi ehtiyatların öhdəsindən gəldiyini və indi tarazlığı qorumaq, hasilat və tələbatı sinxronlaşdırmağın zəruri olduğunu söyləyib. O, həmçinin qlobal neft bazarının 2022-ci ildə tam bərpa olunacağına ümid etdiyini və bu il tələbatın gündəlik 5,8-6 milyon barel artacağının gözlənildiyini bildirib.

Xatırladaq ki, OPEC+ koronavirus pandemiyası səbəbindən neftə olan tələbatın azalması səbəbindən keçən ilin may ayından bu yana hasilatını gündəlik 9,7 milyon barel azaldıb. Vəziyyət sabitləşdikcə razılaşmaya korrektələr edilib. 2021-ci ilin avqust ayından etibarən isə alyans hər ay hasilatı gündəlik 400 min barel artırır və 2022-ci ilin sentyabr ayının sonuna qədər tədarükü azaltmaq öhdəliklərindən tədricən geri çəkilməyə ümid edir. Bu ilin sentyabr ayı üçün bu, gündəlik 4,96 milyon barel təşkil edir.

Əlavə edək ki, bu gün OPEC+ çərçivəsində bir sıra görüşlər keçirilir və razılaşma iştirakçıları neft hasilatının tədricən artırılması ilə bağlı planların saxlanıb-saxlanılmayacağına qərar verəcək.скачать dle 11.3