COVID-19 pasportu olmayan 378 nəfər toya buraxılmadı » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:42 Dünyanın ən zəngin şəhəri hansıdır?  |     22:32 AFFA “Kəpəz”i 8500 manat cərimələdi  |     22:24 Özünü qazi kimi təqdim edən dələduz saxlanıldı  |     22:20 Şaurma və dönərdən zəhərlənmənin əlamətləri – Nə etməli?  |     22:13 Yasamalda mənzildən meyit tapıldı  |     21:58 İsrail daha 11 fələstinlini saxladı  |     21:50 Britaniya Rusiyanın hərbi attaşesini qovur, diplomatik binalarının statusunu ləğv edir  |     21:37 Məmurun kabinetindən noutbukunu oğurlayan şəxsə hökm oxundu  |     21:29 "Bolt" Azərbaycanda bu xidməti dayandırdı (FOTO)  |     21:24 Malayziya "oranqutan diplomatiyası"na başlayır  |     21:18 Azərbaycanda bağlanan şərab zavodu açılır?  |     21:10 Azərbaycanda 40 dəvə yükü ilə qızıl basdırılan yer (VİDEO)  |     21:01 Qəbələnin Bunud kəndi yağıntılar səbəbindən subasmaya məruz qalıb  |     20:52 Şolts və Zelenski Ukrayna ilə bağlı konfransı müzakirə ediblər  |     20:44 "Ordubad” qoruğunun mühafizə zonasının müəyyənləşdirilməsi istiqamətində işlər yekunlaşıb  |     20:36 Rusiyanın müvəqqəti işlər vəkili Estoniya XİN-ə çağırılıb  |     20:29 Türkiyənin vitse-prezidenti: Azərbaycanda icra olunan layihələrə bundan sonra da dəstək verməyə hazırıq  |     20:23 Süni intellekt və yeni inkişaf meyarları  |     20:14 "Sədərək" sahibinin oğlunun evindən külli miqdarda oğurluq edənin cəzası azaldılıb  |     20:09 Əfqanıstanda hərbçilərə hücum olub, 6 nəfər ölüb, 13 nəfər yaralanıb  |    

COVID-19 pasportu olmayan 378 nəfər toya buraxılmadı

Saatlı Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən karantin rejimi qaydalarının təmin edilməsi məqsədilə tədbirlər həyata keçirilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, rayonun Mustafabəyli kənd sakini E.Nərimanovun təyin olunan qaydaları pozaraq evinin həyətində 68 nəfər qonağın iştirakı ilə toy məclisi keçirdiyi müəyyən olunub.

Nazirlikdən verilən digər məlumata görə, Qusarda yerləşən bəzi şadlıq evlərində və həyətlərdə təşkil olunan palatka məclislərində əvvəlcədən edilən xəbərdarlığa baxmayaraq, COVİD-19 pasportu olmadan insanların kütləvi iştirakı ilə müşahidə edilən toy mərasimlərinin təşkil edildiyi aşkarlanıb.

Rayon Polis Şöbəsi əməkdaşları qeyd olunan qaydalara riayət etməyən obyekt sahibləri və həyətlərdə keçirilən məclis təşkilatçıları barədə qanunvericiliyin tələblərinə müvafiq olaraq inzibati protokol tərtib edib.

Nazirliyin mətbuat xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, rayonun şadlıq saraylarında keçirilən mərasimlər zamanı toya dəvət olunan qonaqların “COVID-19” pasportları yoxlanılıb.

Lənkəranda son iki gün ərzində 378 şəxs “COVID-19” pasportu olmadığına görə toy məclislərinə buraxılmayıb.

Şöbə əməkdaşları vaksinasiyadan keçməyən vətəndaşlarla profilaktiki söhbətlər apararaq mövcud qaydalara riayət etmələrinin vacibliyi çatdırıblar.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            255 28.07.21 12:22