Putin-Bayden görüşünün ilkin nəticələri məlum olub » Median.Az - Bütün xəbərlər bir ünvanda
15:43 Yasamalda tikili və obyektlərin fasadlarında alkopanların söküntüsünə başlanıldı (VİDEO)  |     15:42 Şirkət rəhbərinin ölkədən çıxışına "stop" qoyulur  |     15:29 İlham Əliyev Rusiya-Türkiyə Monitorinq Mərkəzinin fəaliyyətinin dayandırılmasından DANIŞDI  |     15:26 Bakıda dördaylıq körpənin pəncərədən düşərək ölməsi ilə bağlı TƏFƏRRÜAT  |     15:12 Şoyqu “Crocus”da törədilən terror aktının təfərrüatını açıqlayıb  |     14:00 Bakıda körpə pəncərədən düşərək ölüb  |     13:56 Sabah bəzi yerlərdə 32 dərəcə isti olacaq - HAVA PROQNOZU  |     13:52 Xəzər dənizində dalğalar onlarla suiti cəsədini Qazaxıstan sahillərinə atıb  |     13:47 Həkimlərin əməliyyat görüntülərini paylaşması nə dərəcədə DÜZGÜNDÜR?  |     13:11 Bərdədə canavarlar fərdi təsərrüfata hücum edərək xırdabuynuzlu heyvanları parçalayıblar  |     13:02 Almaniya kansleri: “Bakıda noyabrda keçiriləcək COP29 uğurlu olacaq” - YENİLƏNİB  |     12:50 Azərbaycan Dövlət Film Fondunda nadir arxiv materialı aşkarlanıb  |     12:46 Dünya bazarında neft qiymətləri artıb  |     12:43 Ağdamdakı Türkiyə-Rusiya Monitorinq Mərkəzi fəaliyyətini dayandırdı - YENİLƏNİB (VİDEO)  |     12:40 Avropa çempionatı: Azərbaycanın daha üç cüdoçusu mübarizəyə qoşulacaq  |     12:39 Bakıda evdə meyit tapılıb  |     12:36 Polisin “saxla” əmrinə tabe olmadı, hadisə yerindən qaçdı - VİDEO  |     12:35 Yunanıstan Ukraynaya silah verməyəcəyini bəyan edib  |     12:34 Xocavənddə partlayıcı vasitələr aşkar edilib: Saxlanılan var  |     12:14 Musiqi və incəsənət məktəblərinə şagird qəbulunda - YENİLİK  |    

Putin-Bayden görüşünün ilkin nəticələri məlum olub

Cenevrədə Rusiya və ABŞ prezidentləri arasında keçirilən görüşün ilkin nəticələri məlum olub.

“RİA Novosti” xəbər verir ki, Rusiya prezidenti Vladimir Putin görüş sonrası mətbuat konfransı zamanı amerikalı həmkarı ilə apardığı danışıqlar barədə ilk təəssüratlarını bölüşüb. Onun sözlərinə görə, danışıqlar yaxşı keçib.

Dövlət başçısı bəyan edib ki, söhbət zamanı Ukrayna məsələsi ötəri şəkildə müzakirə olunub. Bayden bölgədəki münaqişənin Minks sazişinə uyğun şəkildə həlli ilə razılaşıb.

Görüşdə ABŞ və Rusiya səfirlərinin öz iş yerlərinə qayıtmaları və vəzifələrinin icrasını bərpa etmələri barədə qərar qəbul olunub.

Putin qeyd edib ki, tərəflər qlobal strateji sabitlik barədə danışıqları davam etdirmək barədə qətiyyətli mövqe ifadə ediblər.

Həmçinin, danışıqlar zamanı kibertəhlükəsizlik üzrə məsləhətləşmələrə başlanılması barədə razılıq əldə olunub.

Qeyd edək ki, artıq ABŞ və Rusiya prezidentlərinin birgə bəyanatı da dərc edilib. Bəyanatda bildirilib ki, hər iki ölkə heç bir qalibin olmayacağı nüvə müharibəsinə yol verməmək prinsipinə sadiqliyini təsdiq edir.

Sənəddə yaxın zamanlarda strateji sabitlik üzrə ikitərəfli dialoqun başlanacağı da öz əksini tapıb.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            507 16.06.21 22:55