"Lombard və lizinq fəaliyyətinə dair vahid qanunvericilik olsun" - TƏKLİF » Median.Az - Bütün xəbərlər bir ünvanda
21:48 Füzulidə 3 otaqlı ev yanıb  |     21:41 Ermənistanda delimitasiyaya etiraz edən şəxslər İrəvan-Sevan yolunu bağlayıb - VİDEO  |     21:35 Azərbaycan cüdoçusu Avropa çempionu olub  |     21:29 Buğdanın qiyməti niyə ucuzlaşır? (ŞƏRH)  |     21:22 Azərbaycanda bu məşhur zavod bağlanır  |     21:14 İstanbul terrorçusu 7 ömürlük və 1794 il həbs cəzası aldı  |     21:08 Talıb Talenin toyu olacaq (VİDEO)  |     20:49 Braziliyada qonaq evində baş verən yanğında azı 10 nəfər ölüb  |     20:42 Niderlandın Baş naziri: NATO-nun cənub qanadının Türkiyənin liderliyinə ehtiyacı var  |     20:39 MTK və sakinlər qarşı-qarşıya: Yeddi ildir kirayədə yaşamağa məcburuq - VİDEO  |     20:34 Etiraz aksiyasında iştirak edən erməni deputatlar saxlanılıb  |     20:25 Azərbaycanlı deputat ATƏT PA-nın Büro iclasında iştirak edəcək  |     20:17 Şənbə günü 32 dərəcə isti olacaq  |     20:06 Apellyasiya Arbitraj Tribunalı “Neftçi”nin şikayətini təmin etməyib  |     19:57 Yasamalda 16 yaşlı yaşlı qızı avtomobil vurub  |     19:47 Paşinyan: “Biz yaxın onilliklər ərzində Ermənistanın mövcudluğu məsələsini həll edirik”  |     19:35 Çin XİN: NATO Ukrayna böhranına görə birbaşa məsuliyyət daşıyır  |     19:09 “Qəbələ” azarkeşlərini düşündürən məsələyə klub rəsmilərindən CAVAB  |     18:58 Ukrayna daha 140 hərbçisinin meyitini geri qaytarıb  |     18:46 Qəzza üzrə təmas qrupu Səudiyyə Ərəbistanında toplaşacaq  |    

"Lombard və lizinq fəaliyyətinə dair vahid qanunvericilik olsun" - TƏKLİF

Azərbaycanda lombard və lizinq fəaliyyətinə dair vahid qanunvericiliyin olması təklif edilir.

Bu barədə Azərbaycanda Amerika Ticarət Palatasının ("AmCham") hazırladığı "Ağ sənəd"də bildirilir.

"2002-ci ildə Nazirlər Kabinetinin "Lombard fəaliyyəti üçün xüsusi icazələrin verilməsi haqqında Qaydalar"ı ləğv etməsindən sonra qanunvericilik bu iş üçün tələbləri, nəzarət mexanizimlərini və nəzarət orqanını müəyyən etmədiyindən sözügedən sahədə problemlər artıb. Lizinq müqavilələri Mülki Məcəllə ilə tənzimlənir, bununla bağlı ayrıca qanun yoxdur. "Kiçik və orta sahibkarlıq səviyyəsində istehlak mallarının istehsalına dair Strateji Yol Xəritəsi"ndə "İcarə haqqında" qanun layihəsinin hazırlanması nəzərdə tutulub. Lombardların hüquq və öhdəliklərini tənzimləyən normaların, habelə bu sahədə nəzarət mexanizimlərinin olmaması vətəndaşların hüquqlarının pozulması və digər mənfi hallara gətirib çıxara bilər. Eyni zamanda tənzimləmədə qeyri-bərabərlik digər maliyyə bazarı iştirakçıları (banklar, bank olmayan kredit təşkilatları və s.) üçün ədalətsiz rəqabət mühiti formalaşdırır. Bu faktlar müvafiq fəaliyyətlərin icrası ilə əlaqədar norma və nəzarət mexanizmini müəyyən edən lombard və lizinq fəaliyyətini tənzimləyən vahid qanunların qəbul etməsini zəruri edir. Həmçinin sektora nəzarət, kredit verilməsi anlayışı və hesabat tələbləri, müştəri məlumatlarının toplanması həmin təşkilatların fəaliyyətinin şəffaf olmasına xidmət edəcək", - deyə sənəddə qeyd olunub.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            405 11.06.21 17:19