Mojo.az Banner
21:50 Azərbaycanda həkim vəfat etdi  |     21:06 Ruben Vardanyanın məhkəməsi sənədlərin elan olunması ilə davam etdirilib  |     20:41 Ağdamda insan qalıqları TAPILIB  |     19:55 Salyanda zəhərlənmə şübhəsi ilə xəstəxanaya müraciət edən şagirdlər evə buraxılıblar - AÇIQLAMA  |     19:41 Naxçıvan dəmir yolunun Ermənistanla sərhədində tikinti işlərindən GÖRÜNTÜLƏR (Video)  |     18:59 Binəqədidə obyektdə partlayış olub  |     18:39 Merts Berlində Paşinyanla görüşəcək  |     18:11 Hazırda paytaxt yollarında vəziyyət necədir?  |     18:10 Daşkəsəndə dava: 14 yaşlı oğlan çoxsaylı xəsarətlər aldı  |     17:43 Kənd təsərrüfatı təyinatlı torpaqlarda müvəqqəti tikililər barədə məlumatlandırma qaydaları təsdiqlənib  |     17:27 DTX-nin həbs etdiyi kibercinayətkar şəbəkə üzvlərinə hökm oxunub  |     17:08 Şirkət rəhbəri borca görə məhkəməyə verildi - Qərar verildi  |     17:00 Bakıda restoranın havalandırma borusu ALIŞDI (Video)  |     16:41 Eskalatorun qırılmasında xəsarət alanların vəziyyəti açıqlandı  |     16:36 Azərbaycanda 18 həkim işləyə bilmək üçün rüşvət verib - SİYAHI VƏ MƏBLƏĞLƏR  |     16:26 Yeni milli park yaradılır - Kəlbəcər, Laçın, Ağdərə, Xocalını əhatə edəcək  |     16:19 "Ağdaş Bazar" ASC-yə məxsus bazarda nöqsanlar aşkarlanıb  |     16:14 Əli Kərimli barədə QƏRAR VERİLDİ  |     16:05 Gənclər Mərkəzinin rəhbərinə "stop" qoyuldu  |     15:58 Göygöldə tüfeyli həyat tərzi keçirən kişi küçədə öldü  |    
Left Banner
Right Banner

Rusiya Azərbaycana qoyduğu bu qadağanı aradan götürdü

14.05.2021 12:02 1 443
Rusiya Azərbaycana qoyduğu bu qadağanı aradan götürdü
Azərbaycan Respublikasından Rusiya Federasiyasına ixrac olunan pomidor və alma məhsullarına tətbiq edilən məhdudiyyətlərin aradan qaldırılması istiqamətində Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) və aidiyyəti qurumların birgə tədbirləri davam etdirilir.

AQTA-dan verilən məlumata görə, həyata keçirilən birgə tədbirlər çərçivəsində Agentliyin mütəxəssisləri və Rusiya Dövlət Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidmətinin ("Rosselxoznadzor") əməkdaşlarının iştirakı ilə respublika ərazisi üzrə fəaliyyət göstərən pomidor istehsalı müəssisələrində birgə videomonitorinqlər davam etdirilir.

Bununla yanaşı müəssisələrdə həyata keçirilən sağlamlaşdırıcı tədbirlər və aparılan araşdırmaların nəticələri ilə bağlı məlumatlar mütəmadi qaydada Rusiya tərəfinə təqdim olunur. Görülən işlərin məntiqi nəticəsi olaraq “Rosselxoznadzor" tərəfindən 14 may 2021-ci il tarixindən daha 30 pomidor istehsalı müəssisəsindən də bu ölkəyə pomidor ixracına icazə verilib.

Beləliklə, bu günə qədər ümumilikdə Rusiya Federasiyasının müvafiq qurumu tərəfindən 126 pomidor istehsalı müəssisəsindən Rusiyaya məhsul ixracına icazə verilib. Hazırda Rusiyaya pomidor ixracına icazə verilmiş müəssisələrin ixrac potensialı 288414 ton təşkil edir ki, bu da 2020-ci il ərzində Rusiyaya ixrac olunan pomidor məhsulunun 160,2 %-ni təşkil edir.скачать dle 11.3