Mojo.az Banner
22:30 Tovuzda DƏHŞƏT: gənc qızın meyiti tapıldı  |     22:22 Yeniyetmələri baltalamaqda şübhəli bilinən əminin qonşuları danışdılar - VİDEO  |     22:09 Məşhur peçenyelərlə bağlı şok iddia: “Krem” əslində nədir?  |     21:59 Azərbaycanda bu deputatlara yeni VƏZİFƏ VERİLDİ  |     21:52 İsti döşəmə əslində zərərli imiş  |     21:44 Leyla Əliyeva yeni şeirini təqdim edib  |     21:37 Bu ölkə də İranla bağlı hərəkətə keçdi  |     21:30 Bibisi oğlunu 27 bıçaq zərbəsi ilə öldürdü  |     21:15 Bakıya bu tarixdə qar yağacaq  |     21:05 Alyona Əliyeva paylaşım etdi - FOTO  |     20:50 Türkiyədə sosial media fenomeni Kerimcan Durmaza həbs cəzası verildi  |     20:36 Bakıda cinayət: Yeniyetmə qız atasını bıçaqladı  |     20:26 "Qarabağ" fransalı futbolçunun transferini elan etdi  |     20:01 "Barselona"nın hücumçusu zədələndi: Kubok oyununda olmayacaq  |     19:40 Mərhum Xalq artistinin oğlunu döyməkdə şübhəli bilinənlər saxlanıldılar  |     19:30 Azərbaycanda polkovnikin meyiti tapıldı  |     19:27 Tiktoker “Velizar” HƏBS EDİLDİ  |     19:13 Bakıya qar yağacaq, temperatur 5-10 dərəcə enəcək: Xəbərdarlıq  |     19:02 Elçin Quliyev Vətən Müharibəsi Qəhrəmanına yüksək vəzifə verildi  |     18:51 48 aptekdə yoxlama aparılıb  |    
Left Banner
Right Banner

Azərbaycan ordusu 15 000 nəfərlik təlimlərə başlayacaq

12.05.2021 15:41 2 121
Azərbaycan ordusu 15 000 nəfərlik təlimlərə başlayacaq
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin təsdiq etdiyi plana əsasən, mayın 16-dan Azərbaycan ordusunda qoşun növlərinin cəlb edilməsi ilə təlimlər keçiriləcək.

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Müdafiə nazirinin rəhbərliyi ilə keçiriləcək təlimə 15 000 nəfərədək şəxsi heyət, 300-dək tank və digər zirehli texnika, 400-dək müxtəlif çaplı raket və artilleriya qurğusu, yaylım atəşli reaktiv sistemləri, minaatan və tank əleyhinə vasitələr, 50-dək hərbi aviasiya və müxtəlif təyinatlı pilotsuz uçuş aparatları cəlb olunacaq.

Təlimlərdə Vətən müharibəsində qazanılan döyüş təcrübəsi nəzərə alınmaqla əsas diqqət qoşunların idarəolunması, döyüşə hazırolma vəziyyətinə gətirilməsi və yenidən qruplaşması, o cümlədən ümumqoşun birlikləri, Raket və Artilleriya Qoşunları, aviasiya, Xüsusi Təyinatlı Qüvvələr arasında döyüş uzlaşması və qarşılıqlı fəaliyyətin təkmilləşdirilməsinə yönəldiləcək.

Mayın 20-dək davam edəcək təlimlərdə qoşunlar eyni zamanda, qanunsuz silahlı qruplaşmaların təxribatlarının qarşısının alınması və əks fəaliyyətlə terrorçuların zərərsizləşdirilməsi üzrə tapşırıqları da icra edəcək.скачать dle 11.3