Mojo.az Banner
SON DƏQİQƏ
23:01 Ronaldo yeni biznesə qoşulur  |     22:55 Pensiyalar bu tarixdə arta bilər  |     22:47 Marketdən su alanların nəzərinə: etiketdəki bu detallara baxın  |     22:42 Dəmir yolu ilə daşımalar artır: Məhsullar ucuzlaşacaq?  |     22:34 Azərbaycan məktəbli geyimi ilə bağlı qərarında Avropaya nümunə göstərilir  |     22:29 Reseptsiz dərman satışı ilə bağlı qanunsuzluq aşkarlanan apteklərin sayı açıqlandı  |     22:24 Kosmetoloq kürəkdəki səpgilərdən qurtulmağın yollarını açıqladı  |     22:15 Bakıda yeni söküntü başlayır: Kompensasiya veriləcək (VİDEO)  |     22:10 Sabah yollarda görünüş məsafəsi azalacaq  |     22:03 Ödənişli yollar effektlidirmi?  |     21:55 Fiziklər termonüvə enerjisinə aparan "qısa yol" tapdı  |     21:50 Azərbaycanda maaşlarla bağlı yeni proqnoz - 1300 manata çatacaq  |     21:42 Ötən gün itkin düşmüş 8 nəfər tapılıb  |     21:37 İstanbulda yağış 5 nəfərin həyatına son qoydu  |     21:30 Bazar günü hava necə olacaq?  |     21:15 İranın Hörmüz boğazı yaxınlığında partlayış səsləri eşidildi  |     20:53 Gəncədə teatrın mühafizəçisi bıçaqlandı: 15 yaşlı oğlan saxlanıldı  |     20:39 Xırdalanda bədbəxt hadisə: 20 yaşlı gənc beşinci mərtəbədən yıxılaraq öldü - Foto  |     20:32 "Star Trek" serialının ulduzu Maykl Forest vəfat etdi  |     20:00 Pakistan-Əfqanıstan sərhədində toqquşma olub, ölənlər var  |    
Mojo.az Avto
Mojo.az Avto

Bir şagirdin təhsil aldığı kənd - VİDEO

08.05.2021 16:28 2 235
Bir şagirdin təhsil aldığı kənd - VİDEO
Şabran rayonunun Leyti kəndində ibtidai məktəbində cəmi bir şagird təhsil alıb. Ayxan Cəlilov bu kənd məktəbinin yeganə şagirdi olub. Yanvar ayından etibarən isə artıq bu təhsil ocağının qapıları da bağlanıb. Məktəb bağlandığından 4-cü sinif şagirdi təhsildən kənar qalıb.

Ayxanın nənəsi Əntiqə Cəlilova deyir ki, kənddə əslində nəvəsi ilə bərabər bir neçə nəfər həmyaşıd olsa da, onlar təhsillərini qonşu kənddə alırlar. Yol uzaq olduğundan və dərsə gedib-gəlmək xərc tələb etdiyindən ailə uşağı aparıb-gətirə bilməyib. Buna görə də Ayxan kənd məktəbində təhsil alan yeganə şagird olub. Hazırda təhsil ocağı bağlandığından onun təhsili də yarımçıq qalıb.

Kənddə övladları təhsildən kənar qalan sakinlər də məktəbin açılmasını və ya qonşu kənd məktəbinə gedib-gəlmək üçün hər hansı bir nəqliyyat vasitəsinin ayrılmasını istəyir.

Şabran rayon təhsil şöbəsindən bildirildi ki, məktəbin bağlanmasına səbəb şagird sayının cəmi bir nəfər olmasıdır.

O ki qaldı sakinlərin təklif etdiyi marşrut xəttinin açılmasına, təhsil şöbəsindən deyildi ki, bununla bağlı məsələ onların səlahiyyətində deyil. Əgər müraciət daxil olarsa, aidiyyəti üzrə yönləndirilə bilər.

Qeyd edək ki, rayon mərkəzindən 15 km aralıda yerləşən Leyti kəndində 80 ev mövcud olsa da, onlardan yalnız 30-da yaşayış var.

Ətraflı Baku TV-nin süjetini təqdim edirik:скачать dle 11.3

Son xəbərlər