Mojo.az Banner
22:48 Cabbar Musayev qərar imzaladı  |     22:41 Bayram öncəsi bazarlarda son qiymətlər - VİDEO  |     22:36 Hüccətülislam Tayebi Kanadaya qaçdı - GÖRÜNTÜ  |     22:28 Milyonluq tenderlər udan şirkət işçiləri müqaviləsiz işlədirmiş - 20 min cərimə  |     22:20 “Müctəba Xameneinin heç bir problemi yoxdur”  |     22:09 İran raketlərlə hücum etdi: azərbaycanlılar da yaralandı  |     22:03 Bu BÜRCLƏR xoşbəxtlik gətirir: onların yaxınlığında şanslı bir zolaq başlayır  |     21:40 Yarış atını kəsilib qovurma bişirdilər - İş adamı 132 min cərimə edildi  |     21:32 "Qarabağ" "Zirə"ni məğlub etdi  |     21:29 Bakıda məşhur mədəniyyət evi restoran kimi fəaliyyət göstərir? (VİDEO)  |     21:12 Müharibəni dayandırın!  |     21:05 Ramazanın 25-ci günündə imsak və iftar VAXTI  |     20:48 "Oleq Bakınski"nin ölkəyə giriş və yaşamaq icazəsi ləğv edildi - YENİ QƏRAR  |     20:42 Gəncədə evdən meyit tapıldı  |     20:34 Tramp: İran təslim olacaq  |     20:26 Mələkxanım Əyubovadan qızı ilə bağlı paylaşım  |     20:14 Hakan Fidan: İran Türkiyəyə raket atılması ilə bağlı iddiaları təkzib edir  |     20:08 Neftçalada 38 yaşlı qadın dəm qazından zəhərlənərək ölüb  |     19:56 Martın 15-16-sı ilə bağlı XƏBƏRDARLIQ  |     19:51 İsrailə raket hücumları başladı  |    
Left Banner
Right Banner

Azərbaycanda üç hakimin səlahiyyətlərinə xitam verilib

07.05.2021 21:39 1 116
Azərbaycanda üç hakimin səlahiyyətlərinə xitam verilib
Məhkəmə-Hüquq Şurasının videokonfrans formatında iclası keçirilib.

Bu barədə qurum məlumat yayıb.

İclasda bildirilib ki, fərmanın icrası çərçivəsində hakimlərin fəaliyyətinin hərtərəfli və prinsipial qiymətləndirilməsi məqsədilə yeni qaydalar təsdiq edilib, onun elektron proqram təminatı hazırlanıb.

Həmin qaydalara uyğun olaraq 120-dək hakimin fəaliyyətinin qiymətləndirilməsi məqsədilə ali, apellyasiya və digər müvafiq məhkəmələrin rəyləri, Ədliyyə Nazirliyinin məlumatları, sair aidiyyəti materiallar toplanılıb, zəruri təhlillər aparılıb və yekun rəylər hazırlanaraq Şuranın müzakirəsinə çıxarılıb.

İclasda həmin hakimlər barədə qiymətləndirmə materialları hərtərəfli müzakirə olunaraq, onlardan 14 nəfərin fəaliyyətində peşəkar çatışmazlıqlar müəyyən olunub və işdə dönüş yaratmaları üçün 6 ay vaxt verilib, 3 nəfərin isə səlahiyyətlərinə xitam verilməsi qərara alınıb.скачать dle 11.3
Mojo.az Banner