Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
22:43 İnfarktın çoxlarının bilmədiyi əlaməti açıqlandı | 22:35 Dekabrdan bu 4 BÜRCÜN HƏYATI DƏYİŞİR | 22:30 Qaxda 30 ağac kəsildi, təbiətə 10 min ziyan dəydi - İki nəfər məsuliyyətə cəlb olundu | 22:22 Leyla Əliyeva Antalyada biomüxtəlifliyinin qorunması və ekosistemlərin bərpasını müzakirə edib | 22:17 İpoteka üçün müraciət edənlərin sayı açıqlandı | 22:10 Yolu piyada keçidindən keçmədi, həyatından oldu - VİDEO | 22:03 Sumqayıtda yol çökdü - Foto | 21:55 Mahnı qalmaqalı böyüdü: Asya Əlizadə və "Lvbel C5"ə 5 il həbs cəzası istənilir | 21:50 Kirayəçi evi boşaltmaqdan imtina edərsə, ev sahibi onu dərhal çıxara bilərmi? (ŞƏRH) | 21:44 84 təşkilatda yoxlama: Dövlət büdcəsinə 107 milyon manat qaytarıldı | 21:43 İşdə məhəbbət macərası: DOST Agentliyinin müdir müavini işdən çıxarıldı | 21:39 Bakıda tələbələri şantaj edən şəxs saxlanıldı - KMBİ görüntüləri yaydı (VİDEO) | 21:38 Şirkətlərin gömrük kartlarından 247 minlik mənimsəmə - Vəzifəli şəxsə 6 il həbs cəzası verildi | 21:32 Gündə cəmi 7 min addım demensiya riskini azaldır - Mütəxəssisdən tövsiyə | 21:24 Vaxtı keçmiş mal satan mağazalar 6 min manat cərimələnəcək | 21:19 Saç düzümü insanın xarakterini göstərə bilər - Maraqlı məqamlar | 21:13 Premyer Liqanın ən yaxşı futbolçusu seçildi | 21:05 Gəncədə ər "Temu"dan tez-tez sifariş verən arvadını bıçaqladı | 21:00 Birdəfəlik sosial müavinətlər bu tarixdə ödəniləcək | 20:53 Azərbaycanda işsizlərin sayı açıqlandı |
Mojo.az Avto
Mojo.az Avto

KOVID-19 ağır formasna qarşı D vitamini faydasız hesab edilib

06.05.2021 23:47 2 829
KOVID-19 ağır formasna qarşı D vitamini faydasız hesab edilib
Qərb həkimləri yüksək dozada D vitamininin orta və ağır KOVID-19 xəstələrinin vəziyyətini yaxşılaşdırmağa qadir olmadığı qənaətinə gəlib. Randomizə edilmiş, plasebo (yan təsiri olmayan, dərmanı imitasiya edən vasitə) nəzarətli sınaqda, iki qrupa bölünmüş 240 koronavirus xəstəsi iştirak edib.

Median.Az
deyerler.org-a istinadən bildirir ki, iştirakçıların bir qrupu, fıstıq yağı içərisində olan 200.000 beynəlxalq vahid dozada D3 vitamini qəbul edib. Nəzarət qrupuna fıstıq yağı görünüşündə plasebo verilib. Bütün xəstələr antibiotiklər və iltihab əleyhinə dərmanlar daxil olmaqla, standart müalicə kursu keçib. Tədqiqatın əsas məqsədi, xəstəxanada qalma müddətini potensial olaraq azalda bilən D vitaminini yoxlamaq olub. Bununla birlikdə, alimlər bunun reanimasiya şöbəsinə müraciət, intubasiya və ya ölüm riski üzərindəki təsirini də qiymətləndirib. Şiddətli KOVID-19 olan xəstələrdə yüksək dozada D vitamini istifadə etmək üçün heç bir əsas olmadığı ortaya çıxıb, ancaq bu, vitaminin daimi qəbulundan heç bir müsbət təsir olmadığı anlamına gəlmir. Mütəxəssislərin fikrincə, yaşlılarda və osteoporoz kimi xroniki xəstələrdə D vitamini səviyyəsi millilitr qan hesabına 30 nanoqramdan çox olmalıdır.

Son xəbərlər