Ermənistan müharibə dövründə beynəlxalq humanitar hüququ kobud şəkildə pozub » Median.Az - Bütün xəbərlər bir ünvanda
21:18 Azərbaycanda bağlanan şərab zavodu açılır?  |     21:10 Azərbaycanda 40 dəvə yükü ilə qızıl basdırılan yer (VİDEO)  |     21:01 Qəbələnin Bunud kəndi yağıntılar səbəbindən subasmaya məruz qalıb  |     20:52 Şolts və Zelenski Ukrayna ilə bağlı konfransı müzakirə ediblər  |     20:44 "Ordubad” qoruğunun mühafizə zonasının müəyyənləşdirilməsi istiqamətində işlər yekunlaşıb  |     20:36 Rusiyanın müvəqqəti işlər vəkili Estoniya XİN-ə çağırılıb  |     20:29 Türkiyənin vitse-prezidenti: Azərbaycanda icra olunan layihələrə bundan sonra da dəstək verməyə hazırıq  |     20:23 Süni intellekt və yeni inkişaf meyarları  |     20:14 "Sədərək" sahibinin oğlunun evindən külli miqdarda oğurluq edənin cəzası azaldılıb  |     20:09 Əfqanıstanda hərbçilərə hücum olub, 6 nəfər ölüb, 13 nəfər yaralanıb  |     20:00 Bakıda 24, rayonlarda 25 dərəcə isti olacaq  |     19:53 Bu il “ƏDV geri al” layihəsi çərçivəsində 59 milyon manat qaytarılıb  |     19:47 Azərbaycanda dövlət qurumlarına məxsus yeni domenlərin sayı 2 dəfə azalıb  |     19:39 Baydenin İran üzrə xüsusi nümayəndəsini işdən çıxarmasının səbəbi araşdırılır  |     19:33 Azərbaycanda yeni nəsil NKA-lar vasitəsilə qeydə alınan dövriyyə 11 % artıb  |     19:26 ABŞ kəşfiyyatının rəhbərinin İsrailə səfər edəcəyi gözlənilir  |     19:14 Bolqarıstan Prezidenti Rumen Radevin Azərbaycana rəsmi səfəri başa çatıb  |     19:05 Braziliyalı futbolçu Adriano işgəncələrə məruz qalıbmış  |     19:04 25 minə yaxın şagird Azərbaycan dilindən imtahan verəcək  |     18:49 Tanınmış modeli döyməkdə təqsirləndirilən biznesmen külli miqdarda pul mənimsəyib?  |    

Ermənistan müharibə dövründə beynəlxalq humanitar hüququ kobud şəkildə pozub

“Azərbaycan torpaqlarının beynəlxalq hüquqa zidd olaraq 30 il işğal altında saxlanılması və öz evlərindən qovulan azərbaycanlıların həmin illər ərzində aparılan sülh danışıqlarına baxmayaraq geri qayıtmalarına imkan verilməməsi birbaşa olaraq anti-Azərbaycan siyasətinin nəticəsidir. İşğalçı qüvvələr tərəfindən Azərbaycanın dövlət rəmzlərinin və tarixi abidələrinin, o cümlədən azərbaycanlıların mənəvi dəyərlərinin alçaldılması bunu sübut edir”.

“Report”un xəbərinə görə, bu barədə Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsman) azərbaycanlılara qarşı nifrət yönümlü cinayətlərə dair hesabatında bildirilib.

“Uzun illər Ermənistanın siyasi hakimiyyətində azərbaycanlılara qarşı etnik təmizləmə siyasətində birbaşa iştirak etmiş şəxslərin olması müəyyən mənada aparılan danışıqların və sülhün bərqərar olmasını şübhə altına alırdı. 2018-ci ildən Ermənistanda hakimiyyətə gələn yeni qüvvələr də öz sələflərinin Azərbaycana qarşı nifrət dolu siyasətini davam etdirib, münaqişənin dərinləşməsinə və müharibənin baş verməsinə zəmin yaradacaq nitqlər söyləyiblər. 2019-cu ildə Azərbaycanın işğal olunmuş ərazisi olan Xankəndində yaşayan ermənilərlə görüşərkən Ermənistanın baş naziri Nikol Paşinyan “Artsax Ermənistandır və nöqtə” deyərək, Ermənistanın gerçək niyyətinin əslində işğal siyasətini davam etdirmək olduğunu, məcburi köçkünlərin hüquqlarını heçə saydığını və azərbaycanlılara qarşı nifrət hissini bir daha açıq bir şəkildə ifadə edib.

2020-ci il 27 sentyabr tarixindən başlayaraq Ermənistan silahlı qüvvələri tərəfindən mütəmadi olaraq atəşkəs rejiminin pozulması və Azərbaycana qarşı yeni torpaq iddialarına son qoymaq məqsədilə Azərbaycan silahlı qüvvələri tərəfindən əkshücum hərbi əməliyyatları başladılıb. 44 günlük müharibə nəticəsində Azərbaycan beynəlxalq hüququn tələblərinə uyğun olaraq işğal altında olan ərazilərini azad edərək öz ərazi bütövlüyünü təmin edib. Müharibə dövründə Ermənistan beynəlxalq humanitar hüququn normalarını kobud şəkildə pozaraq döyüş zonasından çox uzaqda yerləşən Azərbaycanın Gəncə, Bərdə, Tərtər və əhalisi sıx olan digər şəhərlərini qadağan olunmuş raketlərlə atəşə tutub. Gəncənin və Bərdənin ümumilikdə 6 dəfə raket hücumuna məruz qalması nəticəsində 60 nəfər həyatını itirib, 200-dən çox şəxs müxtəlif dərəcəli xəsarətlər alıb”, - hesabatda qeyd edilib.
скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            312 06.05.21 13:15