Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
23:02 Bu 3 bürc bazar günü XOŞ XƏBƏR ALACAQ | 22:56 Gələn il Azərbaycanda 950 min tona yaxın kartof istehsalı proqnozlaşdırılır | 22:51 371 roman yazan qadın süni intellektə görə təhdid və təhqirlə üzləşdi | 22:44 Zaxarova NATO-nu ittiham etdi | 22:39 "Avroviziya Asiya"nın ilk qalibi oldu | 22:31 Avtomobili özündən xəbərsiz satışa çıxarıldı - VİDEO | 22:26 "Meta" 805 milyon avro cərimələnib | 22:17 Azərbaycanda bəzi binalara istilik verilməyə bilər: Səbəb - Video | 22:08 Lənkəranda ağlasığmaz hadisə: Hotelin icarədarı öz işçilərini qarət etdi | 22:00 Dağıstanda məşhur idmançı güllələnərək öldürüldü | 21:56 Ramiz Mehdiyevin qızının vəkili həbs edildi | 21:49 Lənkəranda ağlasığmaz hadisə: Hotelin icarədarı öz işçilərini qarət etdi | 21:33 Büdcədə tarixi dəyişiklik: Neftdənkənar gəlirlər 60 faizi ötəcək - Foto | 21:26 İlon Maskın "Starship" raketi sınaq zamanı partladı - Video | 20:49 Kütləvi yol-nəqliyyat hadisəsində ölənlərin sayı 13-ə çatıb | 20:44 Məktəblərdə sərt qaydalar tətbiq oluna bilər: Cərimə, qırmızı kart və uzaqlaşdırılma | 20:36 Bakıda yataqxanadan tələbə qızın meyiti tapıldı | 20:30 Leyla Əliyeva COP31-ə dair videoçarx paylaşıb - Video | 20:24 Tələbələri şantaj edərək pul istəyən şəxs barəsində qərar verildi | 20:10 "Nvidia" şirkətinin rəhbərliyinə mümkün namizədin adı açıqlandı |
Mojo.az Avto
Mojo.az Avto

Məhkəmə Azər Səmədli barədə bəraət hökmü verdi

04.05.2021 21:12 2 817
Məhkəmə Azər Səmədli barədə bəraət hökmü verdi
Bu gün Bakı şəhəri, Səbail rayon məhkəməsində hakim Azər Tağıyevin sədrliyi ilə keçirilən məhkəmə iclasında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə xeyli miqdarda ziyan vurmaqla dələduzluq cinayətini törətməkdə ittiham olunan Səmədli Azər Həmdulla oğluna əməlində cinayət tərkibi olmadığı üçün bəraət verilib.

Median.Az
xəbər verir ki, Azər Səmədlinin vəkili Sadiq Əfəndiyev Femida.az -a məsələnin hüquqi tərəfini şərh edib.


Vəkilin sözlərinə görə, İbtidai istintaq zamanı verilən ittiham faizlə pul verən lombardın heç bir cinayət hüquqi əhəmiyyət kəsb etməyən mülki-hüquqi xarakterli pul tələbinə əsaslanmışdır. Məsələnin qısa mahiyyəti ondan ibarətdir ki, şikayətçi tərəf lombarddan götürülən pulun müəyyən məbləğinin qaytarılmamasını iddia etsə də, təqsirləndirilən şəxs bu iddianı qəbul etməyərək pulun artqılaması ilə qaytarıldığını bildirmişdir.
Tərəflər arasında açıq-aşkar mülki-hüquqi mübahisənin mövcud olmasına, bununla da mübahisənin mülki mühakimə icraatı qaydasında həll edilməli olmasına baxmayaraq ibtidai istintaq zamanı təqsirləndirilən şəxsə əsassız və qanunsuz ittiham verilmişdir.

Təbii ki, bu cür ittiham məhkəmə tərəfindən təsdiq edilə biməzdi və ona görə də işə baxan məhkəmə qanuni mövqe tutaraq təqsirləndirilən şəxsin barəsində bəraət hökmü çıxarmışdır.//oxu24.com

Son xəbərlər