Gürcü ekspert: “Tbilisi Bakıya qarşı çıxmayacaq” » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:42 Dünyanın ən zəngin şəhəri hansıdır?  |     22:32 AFFA “Kəpəz”i 8500 manat cərimələdi  |     22:24 Özünü qazi kimi təqdim edən dələduz saxlanıldı  |     22:20 Şaurma və dönərdən zəhərlənmənin əlamətləri – Nə etməli?  |     22:13 Yasamalda mənzildən meyit tapıldı  |     21:58 İsrail daha 11 fələstinlini saxladı  |     21:50 Britaniya Rusiyanın hərbi attaşesini qovur, diplomatik binalarının statusunu ləğv edir  |     21:37 Məmurun kabinetindən noutbukunu oğurlayan şəxsə hökm oxundu  |     21:29 "Bolt" Azərbaycanda bu xidməti dayandırdı (FOTO)  |     21:24 Malayziya "oranqutan diplomatiyası"na başlayır  |     21:18 Azərbaycanda bağlanan şərab zavodu açılır?  |     21:10 Azərbaycanda 40 dəvə yükü ilə qızıl basdırılan yer (VİDEO)  |     21:01 Qəbələnin Bunud kəndi yağıntılar səbəbindən subasmaya məruz qalıb  |     20:52 Şolts və Zelenski Ukrayna ilə bağlı konfransı müzakirə ediblər  |     20:44 "Ordubad” qoruğunun mühafizə zonasının müəyyənləşdirilməsi istiqamətində işlər yekunlaşıb  |     20:36 Rusiyanın müvəqqəti işlər vəkili Estoniya XİN-ə çağırılıb  |     20:29 Türkiyənin vitse-prezidenti: Azərbaycanda icra olunan layihələrə bundan sonra da dəstək verməyə hazırıq  |     20:23 Süni intellekt və yeni inkişaf meyarları  |     20:14 "Sədərək" sahibinin oğlunun evindən külli miqdarda oğurluq edənin cəzası azaldılıb  |     20:09 Əfqanıstanda hərbçilərə hücum olub, 6 nəfər ölüb, 13 nəfər yaralanıb  |    

Gürcü ekspert: “Tbilisi Bakıya qarşı çıxmayacaq”

Ermənistanda əhalinin yalnız 0,7 faizi İrəvanın qonşu Gürcüstanla əməkdaşlığın dərinləşdirilməsini istəyir. Bunu “Gallup”ın Ermənistan ofisi tərəfindən aparılan son sosioloji sorğunun məlumatları sübut edir. Və maraqlıdır ki, Qərb politoloqu Anna Ohanyan, Karneqi Mərkəzinin saytındakı məqaləsində “avtoritar” ölkələr adlandırılan Türkiyə, İran, Azərbaycan və Rusiyaya qarşı çıxmaq üçün Gürcüstan və Ermənistanın demokratik qüvvələrini birləşməyə çağırır.

Gürcüstanlı politoloq, Avrasiya İnstitutunun rəhbəri Gulbaat Rtsxiladze Caliber.Az-a verdiyi müsahibəsində bunun Qərbin tez-tez gündəmə gətirməyə sevdiyi köhnə mövzu olduğunu qeyd edib.

“Bu, amerikalı demokratların, prezident Co Bayden administrasiyasının yeni-köhnə siyasəti ruhundakı demaqogiyadır. Və bu terminlərlə danışsaq, doğrudanmı Gürcüstanda demokratiya var? Mən Ermənistan haqqında danışmayacağam. Bununla belə, “avtoritarizmə” qarşı “yalançı demokratlar” koalisiyası olmayacaq”, - deyə o, bildirib.

“Bu cür məqalələrin gürcülər və ermənilər üçün isti-soyuğu yoxdur. Ancaq vəziyyətin süni şəkildə gərginləşdirilməsinə gətirir. Tbilisi ilə Moskva arasında müəyyən bir qarşıdurma var, bunu Gürcüstan üçün faydalı hesab etmirəm. Ancaq Tbilisi qonşumuz Azərbaycana qarşı, Türkiyəyə qarşı addım atmayacaq”, - deyə politoloq əlavə edib.

Gülbaat Rtsxiladzenin sözlərinə görə, Gürcüstan əlbəttə ki, bütün məsələlərdə öz maraqlarını müdafiə etməlidir.

“Söhbət, məsələn, David Gareji monastır kompleksindən gedə bilər. Azərbaycanda bunun fərqində olmaya bilərlər, amma Gürcüstanda bu mövzu geniş müzakirə olunur. Ancaq bu, hər iki xalqın xoşməramlılığı ilə həll edilə bilən bir məsələdir. Kimsə Tbilisinin Bakıya qarşı gedəcəyini gözləsə də, bu olmayacaq”.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            732 01.05.21 19:35