Mojo.az Banner
15:16 Hüseyn Həsənovla bağlı cinayət işi prokurorluğa göndərildi  |     15:08 15 yaşlı məktəbli qızın ailəsi onu qaçıranı bağışladı - “Evlənəcəklər...”  |     15:03 Yarım milyonluq dələduzluq: "Hüquqşünas" həbs olundu  |     14:01 Aygün yoxsa Röya? - Zamiq kimi seçdi? - VİDEO  |     13:54 Rəsul Çunayevə vəzifə verildi  |     13:49 Bu ərazilərə metro çəkiləcək - ÜNVANLAR AÇIQLANDI  |     13:41 Tramp donanma göndərib: İranın son qərarı nə olacaq?  |     13:31 Baş Prokurorluqdan əhaliyə vacib MÜRACİƏT  |     13:24 ABŞ-də ölənlərin sayı artdı  |     13:16 Prokurorlara yeni səlahiyyət verilir  |     13:07 Ombudsman: Uşaq hüquqlarının müdafiəsi ilə bağlı yeni qanun layihəsi xüsusi əhəmiyyət kəsb edir  |     12:59 Yeni doğulan uşağa ad verilmə qaydaları DƏYİŞİR  |     12:52 Paşinyan: Azərbaycanla sülh Ermənistanın təhlükəsizliyinin qarantıdır  |     12:46 Rusiya vətəndaşı Bakıda hoteldə qəfil öldü  |     12:39 Cavanşir Qurbanovun yerinə YENİ TƏYİNAT  |     12:34 Ramazan ayı nə vaxtdan başlayır? - TƏQVİM  |     12:28 Həkimlər vəziyyəti ağır olan körpələrə baxmayıb - Yeni detallar açıqlandı  |     12:24 Xırdalanda nəqliyyat sıxlığının azaldılması üçün yeni tunel inşa ediləcək  |     12:13 Zorakılığın qurbanı olan uşaqlara aid istintaq materiallarının yayılması qadağan edilir  |     12:10 Dövlət istedadlı uşaqların təhsilini maliyyədən asılı olmayaraq, təmin edəcək  |    
Left Banner
Right Banner

Məmmədyarov yarımfinalda məğlub oldu

01.05.2021 14:18 1 656
Məmmədyarov yarımfinalda məğlub oldu
Şahmat üzrə onlayn Çempionlar Turunun “New in Chess Classic” mərhələsində bu gün ikinci yarımfinal görüşləri baş tutub.

Şəhriyar Məmmədyarovun rəqibi yapon əsilli ABŞ təmsilçisi Hikaru Nakamura olub.

Sona qədərə mübarizə aparan, amma "Armagedon"da məğlub olan həmyerlimiz finala yüksələ bilməyib.

Digər yarımfinal görüşündə turnirin təşkilatçısı və dünya çempionu olan norveçli Maqnus Karlsen Ermənistan vətəndaşlığından imtina edərək ABŞ vətəndaşlığını almağa hazırlaşan Levon Aronyanı məğlub edərək adını finala yazdırıb.

Məmmədyarov Aronyanla 3-cü yer uğrunda mübarizə aparacaq.

Qeyd edək ki, mükafat fondu 100 min dollar olan turnir mayın 2-də başa çatacaq. Qalib 30 min, finalçı 15 min, üçüncü yerin sahibi isə 8 500 dollar qazanacaq.скачать dle 11.3