Mojo.az Banner
23:02 Sabah bu ərazilərdə işıq olmayacaq  |     22:57 Taksilərlə bağlı yeni qayda - Qiymətlər artacaq?  |     22:50 Pezeşkian: "Dövlət öz səhvlərini qəbul etməlidir"  |     22:49 "Qarabağ" - "Ayntraxt" oyununda ilk hissə yekunlaşdı  |     22:41 Qrenlandiyada nazir sakinlərə narahatedici çağırışla müraciət etdi  |     22:35 Şəkidə yol qəzaları oldu - Xəsarət alanlar var  |     22:29 Hava şəraiti ilə əlaqədar məktəblərdə dərslərə fasilə verilib? - RƏSMİ  |     22:06 Bakıda 40 yaşlı qadın qətlə yetirildi  |     21:59 "Qarabağ" "Ayntraxt Frankfurt"a qarşı: Oyunda hesab açıldı - Video  |     21:52 Avropada böyük narkotik şəbəkəsi çökdürüldü  |     21:44 “Qarabağ” və “Ayntraxt”ın start heyətləri açıqlandı  |     21:40 Azərbaycanda bir gün ərzində qarlı hava 400 min manatlıq sığorta zərərinə səbəb olub  |     21:36 Bakıda iki küçənin kəsişməsindəki problem həll edildi? - Video  |     21:34 Ötən il Azərbaycanda doğulan əkizlərin sayı açıqlandı  |     21:28 Yeni icra başçısı müavinini işdən çıxardı  |     21:16 Uyğunsuz videosu yayılan müəllim işdən çıxarıldı  |     21:10 Haldun Dormen vəfat etdi  |     21:02 Zəbt edilən örüş torpaqları, YOX OLAN "KUPÇA": KÜRDƏMİR AQRO ARAŞDIRMA  |     20:53 Sabah 10:00-da qaz kəsiləcək - bu ərazilərdə  |     20:43 Ekspres qatarları Bakıxanov və Sabunçuda da dayanacaqlar  |    
Left Banner
Right Banner

Neft ABŞ-da hasilatın azalması barədə məlumatlar fonunda bahalaşır

28.04.2021 23:36 1 656
Neft ABŞ-da hasilatın azalması barədə məlumatlar fonunda bahalaşır
ABŞ Energetika Nazirliyinin ölkədəki ehtiyatlar və hasilatla bağlı məlumatlarının dərc olunmasından sonra dünyada neft qiymətləri durmadan artır.

Şimal dənizindən hasil olunan “Brent” markalı neftin iyul fyuçerslərinin qiyməti 1,5% artaraq bir barel üçün 66,86 ABŞ dollarına, iyun fyuçersləri 1,51% artaraq 67,46 dollar/barelə çatıb. WTI markalı neftin iyun fyuçerslərinin dəyəri isə 1,72% artaraq bir barel üçün 64,02 ABŞ dolları təşkil edib.

Qeyd edək ki, bu artımdan bir neçə dəqiqə əvvəl ABŞ Energetika Nazirliyi ölkədə aprelin 23-də bitən həftədə neft hasilatının 0,1 milyon barel azalaraq gündəlik 10,9 milyon barelə düşdüyünü, neft ehtiyatlarının isə gözləniləndən 6 dəfə az – elə 0,1 milyon barel artdığını və 493,1 milyon barelə çatdığını açıqlayıb. Bundan əlavə, distilyat ehtiyatları proqnozun 0,65 milyon azalma olmasına rəğmən, 3,3 milyon azalaraq 139 milyona düşüb.

Eyni zamanda, investorlar dünən baş tutan OPEC+ iclasının nəticələrini “geri qazanmağa” davam edirlər. İclasın yekununda OPEC+ Nazirlər Monitorinq Komitəsi ittifaqa may və iyul ayları üçün hasilatın məhdudlaşdırılması ilə bağlı razılaşmasının mövcud şərtlərini saxlamağı tövsiyə edib. Bu, tələbat bərpa olunduqca ixtisarların həcmində tədricən azalma olacağını nəzərdə tutur.скачать dle 11.3