Mojo.az Banner
23:02 Milyonlarla kəpənək hər il eyni meşələrə uçur: Sirri hələ də açılmayıb  |     22:57 Bu ilin əvvəlindən 900-dən çox uşağa ananın soyadı verilib  |     22:49 Azərbaycanda indiyədək hansı universitetlər bağlanıb? (SİYAHI)  |     22:44 Beyləqanda ağır qəza - Ata öldü, oğul yaralandı (Yenilənib)  |     22:28 Bir sutkaya 50 min miqrant - İspaniyada son vəziyyət  |     22:20 “Kim milyonçu olmaq istəyir?”də - 1 milyon dollar qazandı - Video  |     22:14 “Cəbiş müəllim”in qızı banka etiraz etdi - Bu reklama görə  |     22:06 Bir sıra küçə və yollarda hərəkət məhdudlaşdırılacaq  |     22:00 Azərbaycanda bu qadınlara 126 gün ödənişli məzuniyyət verilir  |     21:53 "Arzum 40 dəqiqə hadisə yerində olub" - Tiktokerin məhkəməsində şahid danışdı  |     21:48 Polis itkin düşmüş kimi axtarılan 10 nəfəri tapdı  |     21:40 İqnatsio Kassis Azərbaycana gələcək  |     21:35 Xankəndi–Şuşa yolunda ağır qəza - Ölən var  |     21:26 Şəmkirdə 19 kiloqram narkotik vasitə dövriyyədən çıxarılıb  |     21:21 Azərbaycanda inflyasiya nə qədər olacaq? - Proqnoz artırıldı  |     21:15 Fasadı uçulub tökülən körpü təhlükə saçır - VİDEO  |     21:06 Texnologiya bazarında yeni böhran: Yaddaş çipləri niyə çatışmır?  |     20:57 Mənzil təmiri adı ilə 574 min manatlıq dələduzluq (TƏFƏRRÜAT)  |     20:44 Ermənistan vətəndaşlarının şikayətləri üzrə apellyasiya məhkəməsində hakimlər kollegiyası müşavirəyə gedib  |     20:25 "Turan Tovuz" Türkiyə klubuna qalib gəldi  |    
Left Banner
Right Banner

Zəbt edilən örüş torpaqları, YOX OLAN "KUPÇA": KÜRDƏMİR AQRO ARAŞDIRMA

21.01.2026 21:02 462
Zəbt edilən örüş torpaqları, YOX OLAN
Kürdəmirdə örüş torpaqlaırnda tikinti aparılması ilə bağlı Ajans.az-a müraciət daxil olub. Müraciətdə bildirilir ki, “Kürdəmir Aqro MMC” tərəfindən örüş torpaqları zəbt edilib, qeyri-qanuni olaraq ərazidə tikinti işləri aparılır, qırmızı kitaba düşən yulğun ağaclasrı məhv edilib. Qeyd edək ki, Kənd Təsərrüfatı təyinatlı (örüş, otlaq) torpaqlarda tikinti aparılması cinayət sayılır. Torpağın təyinatı isə yalnız Baş Nazirin qərarı ilə dəyişdirilə bilər. 
 
Məsələni araşdırarkən məlum oldu ki, faktiki çıxarış sənədlərində bu torpaqlar örüş torpaqları olaraq qeydiyyatdan keçib. Kürdəmir Aqro MMC-nin rəhbəri Kamal Kərimovun örüş torpaqlarında tikinti aparmasına isə Kürdəmirin sabiq icra başçısı, Nəsimi rayonunda 47 günlük vəzifə görən Elxan İbrahmov icazə verib. Kamal Kərimov isə Sor-sor və Çölərəb kəndlərində yerləşən 28 və 12 hektardan artıq torpaq sahələrində rahat şəkildə tikinti apara bilib və hazırda da ərazidə işlər davam etdirilir.
 

 
Ajans.az-ın əldə etdiyi məlumata görə vaxtilə Kəndə Təsərrüfatı Şöbəsinə rəhbərlik edən Cəfər İsmayılov və İcra Hakimiyyətinin digər rəsmi şəxsi Əziz Hacı da bu işdə rol alıblar. Ajans.az-ın baş redaktoru Tural Müseyibov tərəfindən Cəfər İsmayılova ünvanlanana sorğudan sonra Dövlət Əmlakının Kadastrı və Reyestri Xidmətinin rəsmi saytında elektron çıxarışların yoxlanılması zamanı torpaq sahələri barədə məlumat olsa da artıq bu məlumatların gizlədilməsi faktı ortaya çıxıb. İcra Hakimiyyətinin digər nümayəndəsi Əziz Hacı ilə əlaqə saxlamaq isə mümkün olmayıb.

 
Kənd Təsərrüfatı Nazirliyinə verilən sorğu zamanı məlum olub ki, Kamal Kərimovun rəhbəri olduğu Kürəmir Aqro MMC-nin icarəyə götürdüyü örüş torpaqları barədə məlumat Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində 29 oktyabr 2025-ci il tarixində qeydiyyatdan keçib. Amma bəyanları yoxdur.

QEYD:
Kürdəmir rayonu Sor-Sor kəndində yerləşən 12 hektardan artıq torpaq sahəsi (örüş, otlaq) 07.05.2021-07.05.2036-cı ilə qədər Kürdəmir Asan Xidmət Mərkəzində 3M-58 nömrəli icarə müqaviləsi ilə icarəyə götürülüb.

 
Kürdəmir rayonu Çölərəb kəndində yerləşən 28 hektardan artıq torpaq sahəsi (örüş, otlaq)  07.05.2021-07.05.2036-cı ilə qədər Kürdəmir Asan Xidmət Mərkəzində 3M-59 nömrəli icarə müqaviləsi ilə icarəyə götürülüb.

 
Kürdəmir Aqro MMC-nin rəhbəri Kamal Kərimovun, sabiq icra başçısı Elxan İbrahimovla birgə bu işləri reallaşdırması barədə məlumatların doğru olub-olmamasını hüquq-mühafizə orqanları müəyyən edə bilər. Amma faktiki olaraq əldə etdiyimiz rəsmi sənədlərdə torpaq sahələrinin örüş sahələri olması, bir neçə gün öncə elektron çıxarışda bu faktın silinməsi, bu gün isə ümumiyyətlə çıxarışın it-bat ollması ilə rastlaşmışıq. Hazırda nə baş verir? Kürdəmir İcra Hakimiyyətinin zamanında səlahiyyət sahibi olan bu gün isə bir qədər zəif qalan məmurları nəyi gizlətməyə çalışır? Araşdırmamız davam edir. Bir sıra mühüm məqamları Ajans.az-ın baş redaktoru Tural Müseyibov video reportajda səsləndirib.





 

 

скачать dle 11.3

Ссылка не поддерживается для встроенного формата.

Mojo.az Banner