Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
23:02 Bu 3 bürc bazar günü XOŞ XƏBƏR ALACAQ | 22:56 Gələn il Azərbaycanda 950 min tona yaxın kartof istehsalı proqnozlaşdırılır | 22:51 371 roman yazan qadın süni intellektə görə təhdid və təhqirlə üzləşdi | 22:44 Zaxarova NATO-nu ittiham etdi | 22:39 "Avroviziya Asiya"nın ilk qalibi oldu | 22:31 Avtomobili özündən xəbərsiz satışa çıxarıldı - VİDEO | 22:26 "Meta" 805 milyon avro cərimələnib | 22:17 Azərbaycanda bəzi binalara istilik verilməyə bilər: Səbəb - Video | 22:08 Lənkəranda ağlasığmaz hadisə: Hotelin icarədarı öz işçilərini qarət etdi | 22:00 Dağıstanda məşhur idmançı güllələnərək öldürüldü | 21:56 Ramiz Mehdiyevin qızının vəkili həbs edildi | 21:49 Lənkəranda ağlasığmaz hadisə: Hotelin icarədarı öz işçilərini qarət etdi | 21:33 Büdcədə tarixi dəyişiklik: Neftdənkənar gəlirlər 60 faizi ötəcək - Foto | 21:26 İlon Maskın "Starship" raketi sınaq zamanı partladı - Video | 20:49 Kütləvi yol-nəqliyyat hadisəsində ölənlərin sayı 13-ə çatıb | 20:44 Məktəblərdə sərt qaydalar tətbiq oluna bilər: Cərimə, qırmızı kart və uzaqlaşdırılma | 20:36 Bakıda yataqxanadan tələbə qızın meyiti tapıldı | 20:30 Leyla Əliyeva COP31-ə dair videoçarx paylaşıb - Video | 20:24 Tələbələri şantaj edərək pul istəyən şəxs barəsində qərar verildi | 20:10 "Nvidia" şirkətinin rəhbərliyinə mümkün namizədin adı açıqlandı |
Mojo.az Avto
Mojo.az Avto

Hansı ölkələrdən Azərbaycana sərmayə daxil olur?

17.04.2021 18:14 1 440
Hansı ölkələrdən Azərbaycana sərmayə daxil olur?
2021-ci ilin birinci rübündə ölkənin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 2 milyard 365,2 milyon manat vəsait yönəldilib.

Oxu.Az-ın Dövlət Statistika Komitəsindən əldə etdiyi məlumata əsasən, bu rəqəm 2020-ci ilin eyni dövrü ilə müqayisədə 19,4 faiz azdır.

Bu dövrdə ölkəmizdə neft-qaz sektoruna yatırılmış investisiyaların həcmi 6,2 faiz, qeyri neft-qaz sektoruna yönəldilən vəsaitin həcmi 32,2 faiz azalıb.

Ümumi sərmayənin 1 milyard 761,8 milyon manatı (74,5 faizi) məhsul istehsalı sahələrinin, 398,2 milyon manatı (16,8 faizi) xidmət sahələrinin, 205,2 milyon manatı (8,7 faizi) isə yaşayış evlərinin tikintisinə yönəldilib.

Bu vəsaitin 26 faizi dövlət, 74 faizi qeyri-dövlət sektoru tərəfindən təmin olunub. Sərmayə qoyuluşunun 74,8 faizi tikinti-quraşdırma işlərinə sərf edilib. Daxili mənbələrdən əsas kapitala yönəldilmiş vəsaitin dəyəri ümumi sərmayənin 52,1 faizini təşkil edib.

Bu investisiyaların böyük bir qismi - 1 milyard 597 milyon manat müəssisə və təşkilatların vəsaitləri hesabına formalaşıb. Həmçinin investisiyaların digər qismini - 251 milyon manatı büdcə vəsaitləri, 210,4 milyon manatı bank kreditləri, 191,3 milyon manatı əhalinin şəxsi vəsaitləri, 115,5 milyon manatı sair vəsaitləri təşkil edib.

Əsas kapitala yönəlmiş ümumi vəsaitin böyük qismi - 65,9 faizi sənaye, 15,9 faizi tikinti, 8,2 faizi nəqliyyat və anbar təsərrüfatı, 4,5 faizi peşə, elmi və texniki fəaliyyətə sərf edilib.

Əlavə edək ki, neft-qaz sektoruna 1 milyard 355,7 milyon manatlıq vəsait yönəldilib. Qeyri neft-qaz sektorunun inkişafına sərf edilmiş 1 milyard 9,5 milyon manatlıq vəsaitin 202,2 milyon manatı qeyri neft-qaz sənayesi sektorunda istifadə edilib.

Eləcə də, xarici müəssisə və təşkilatlar tərəfindən əsas kapitala 1 milyard 133,3 milyon manat vəsait yönəldilib. Xarici ölkələr və beynəlxalq təşkilatlar tərəfindən ölkəyə yönəldilən investisiya vəsaitinin 1 milyard 11,7 milyon manatı (89,3 faizi) Birləşmiş Krallıq, ABŞ, Türkiyə, Yaponiya, Virgin adaları, Norveç, Fransa və Malayziya sərmayədarlarına məxsus olub.

Son xəbərlər