Mojo.az Banner
21:08 Daha bir NATO ölkəsi məcburi hərbi çağırışı bərpa edib  |     20:51 Tahir İmanov onları məhkəmə ilə hədələdi  |     20:46 İran İsrailə yeni raket zərbələri dalğasına başladı  |     20:46 Zelenski: "Rusiya və ABŞ ilə üçtərəfli danışıqlar gələn həftəyə təxirə salınıb"  |     20:40 "Google Maps"dən Bakı ilə bağlı YENİLİK  |     20:40 "İt kimi tutmuşam" deyib zorakılığı canlı yayımladılar: Məhkəmədə şok faktlar  |     20:32 Rusiyada Alla Puqaçovadan 5 milyon təzminat tələb olunur  |     20:26 Britaniya Yaxın Şərqə təxliyə üçün gəmi göndərir  |     20:20 ABŞ-nin Torontodakı konsulluğu yaxınlığında atışma baş verib  |     20:13 Bacısını salona icazəsiz getdiyi üçün bıçaqlamaqda təqsirləndirilən şəxsə AĞIR CƏZA  |     19:58 Cavanlaşmaq üçün üzü duzla yumağın faydaları  |     19:50 Azərbaycanda məmurun qızı xəstəlikdən vəfat etdi – FOTO  |     19:41 Ən cəsur bürc: Heç nədən qorxmurlar  |     19:35 Rusiya ordusu Ukraynanı bombaladı  |     19:27 Aİ lideri: Yaxın Şərqdə müharibədən qazanclı çıxan yeganə tərəf Rusiyadır  |     19:20 Stressin xərçəngə səbəb olduğu isbat olundu  |     19:13 Üç kəndin adı dəyişdirilir - SİYAHI  |     19:06 Maştağada iki gün su olmayacaq  |     18:59 Polis daha bir tiktokeri saxladı  |     18:55 Əsabil Qasımovun qalmaqallı qohumuna "stop" qoyuldu  |    
Left Banner
Right Banner

Neft yenidən bahalaşmağa başladı

15.04.2021 21:44 2 079
Neft yenidən bahalaşmağa başladı
Neft bazarında hakim olan nikbinlik nəticəsində qiymətlər yenidən qalxmağa başlayıb.

“Report” “Prime”yə istinadən xəbər verir ki, “Brent” markalı neftin iyun fyuçersləri 0,23 faiz bahalaşaraq 66,73 ABŞ dollarından, WTI markalı neftin may fyuçersləri isə 0,13 faiz bahalaşaraq 63,23 dollardan satılıb.

Xatırladaq ki, ötən gün neft qiymətləri 5 faizədək artıb. Hazırda bazarda bərqərar olan nikbinlik yenə də təkliflə tələbat arasındakı tarazlıqla bağlıdır. Belə ki, dünən ABŞ-da neft ehtiyatlarının ötən həftə ərzində son iki ayda ən kəskin azalaraq 492,4 milyon barelədək gerilədiyi hökumət tərəfindən elan edilib, Beynəlxalq Enerji Agentliyi (IEA) isə 2021-ci ildə neftə tələbata dair proqnozunu artırıb.

“Energy Aspects”in ekspertlərinin WSJ-yə bildirdikləri kimi, dünyada neftə tələbat qeyri-bərabər də olsa, bərpa olunur. Həmçinin ABŞ-da iqtisadi artımla bağlı rəqəmlər də neft bazarındakı nikbinliyə təkan verir. Belə ki, mart ayında pərakəndə satışların həcmi 9,8 faiz artıb ki, bu da 2020-ci ilin may ayından bu yana ən yüksək göstəricidir.скачать dle 11.3
Mojo.az Banner