Prezident: “Bütün bu illər ərzində bizi aldatmağa çalışmışdılar” » Median.Az - Bütün xəbərlər bir ünvanda
17:33 Əhməd Əhmədovun qətlə yetirdiyi anasının yerinə yeni təyinat - FOTO  |     17:12 Sürücülərin NƏZƏRİNƏ: Bakının bir küçəsi iki gün bağlı olacaq  |     17:04 Bakıda qıza görə dava: yeniyetmə bıçaqlandı  |     16:58 Geyiminə görə mağazadan qovuldu - Bakıda qəribə hadisə (VİDEO)  |     16:38 Təcili tibbi yardım əməkdaşlarına xəsarət yetirən şəxsə hökm oxundu  |     16:13 Bəstəkarın qızı: “Kim icazə almadan atamın mahnılarını oxusa, məhkəməyə üz tutacağam”  |     16:00 Həbsdə olan generalın cinayət işi: Pulları kimə verib?  |     15:43 Yasamalda tikili və obyektlərin fasadlarında alkopanların söküntüsünə başlanıldı (VİDEO)  |     15:42 Şirkət rəhbərinin ölkədən çıxışına "stop" qoyulur  |     15:29 İlham Əliyev Rusiya-Türkiyə Monitorinq Mərkəzinin fəaliyyətinin dayandırılmasından DANIŞDI  |     15:26 Bakıda dördaylıq körpənin pəncərədən düşərək ölməsi ilə bağlı TƏFƏRRÜAT  |     15:12 Şoyqu “Crocus”da törədilən terror aktının təfərrüatını açıqlayıb  |     14:00 Bakıda körpə pəncərədən düşərək ölüb  |     13:56 Sabah bəzi yerlərdə 32 dərəcə isti olacaq - HAVA PROQNOZU  |     13:52 Xəzər dənizində dalğalar onlarla suiti cəsədini Qazaxıstan sahillərinə atıb  |     13:47 Həkimlərin əməliyyat görüntülərini paylaşması nə dərəcədə DÜZGÜNDÜR?  |     13:11 Bərdədə canavarlar fərdi təsərrüfata hücum edərək xırdabuynuzlu heyvanları parçalayıblar  |     13:02 Almaniya kansleri: “Bakıda noyabrda keçiriləcək COP29 uğurlu olacaq” - YENİLƏNİB  |     12:50 Azərbaycan Dövlət Film Fondunda nadir arxiv materialı aşkarlanıb  |     12:46 Dünya bazarında neft qiymətləri artıb  |    

Prezident: “Bütün bu illər ərzində bizi aldatmağa çalışmışdılar”

2003-cü ildə prezident seçiləndən sonra demişdim ki, sıfırdan başlamalıyıq danışıqlara. Bütün təzyiqlərə baxmayaraq, buna nail oldum. Bunun nəticəsində Madrid prinsipləri ortaya çıxdı. Bəli, Madrid prinsipləri bizi tam qane etmirdi. Mən bunu gizlətmirəm. Ancaq Madrid prinsiplərinin əsasında bizim torpaqlarımızın azad edilməsi nəzərdə tutulurdu.

Bu sözləri bu gün Prezident İlham Əliyev Bakıda Hərbi Qənimətlər Parkının açılışında iştirak edən zaman deyib.

“Mən dəfələrlə demişdim ki, heç vaxt ölkəmizin ərazi bütövlüyü danışıqlar predmeti, mövzusu olmayacaq, olmayıb və həyat bunu təsdiqlədi. Mənim o vaxt danışıqların uğurla başa çatmasına inamım var idi. Çünki mən təzə seçilmişdim, hələ böyük siyasətin, riyakarlığın nə dərəcədə geniş vüsət almasından xəbərsiz idim. Hesab edirdim ki, kim, hansı tərəf müqabili nə deyirsə, o həqiqətdir. Sonra anladım ki, bütün bu illər ərzində bizi aldatmağa çalışmışdılar. Məsələni həll etmək yox, dondurmaq istəmişdilər. Bu torpaqları erməni tapdağının altında daima saxlamaq istəmişdilər. Bu məsələ ilə bilavasitə məşğul olan beynəlxalq qurumlar... Onu sonra anladım.

Ancaq bununla paralel olaraq, danışıqları apararaq, eyni zamanda hazırlıq işləri də gedirdi. Mən bunu gizlətmirdim, dəfələrlə demişdim ki, əgər sülh yolu ilə məsələ həll olunmasa, hərbi yolla biz bunu həll edəcəyik. Nəticədə də belə oldu. Nə demişəmsə, onu da eləmişik. Bütün bu illər ərzində demişdim ki, heç vaxt erməni dövləti bizim torpağımızda yaradıla bilməz. Demişdim ki, birinci erməni dövləti bizim tarixi torpağımızda yaradılıb.

1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin birinci qərarlarından biri də İrəvanı Ermənistana vermək, paytaxt düzəltmək idi. Mən bunu da qınamışam. Demişəm ki, bu, xəyanət idi, satqınlıq idi, bağışlanılmazdır. Azərbaycan Xalq Cümhuriyyətinin böyük xidmətləri var Azərbaycan xalqı qarşısında, ancaq biz tarixi malalamamalıyıq, tarixi bilməliyik”, - deyə İ.Əliyev bildirdi.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            471 12.04.21 17:43