Mojo.az Banner
23:02 Ağıllı telefonlar dövründə qol saatı taxan insanlar bunu səbəbsiz etmir (ARAŞDIRMA)  |     22:56 Dünyanın ən xoşbəxt ölkəsi xoşbəxtliyin formulunu axtarır  |     22:51 Sürücülərin NƏZƏRİNƏ: Bakıda sürət həddinin endirilməsi planlaşdırılır - Video  |     22:43 Kulinariyanın yeni trendi "təbii maya" - Necə hazırlanır?  |     22:38 14 milyonluq qalmaqalda Tahir Qədəşovun həbsi tələb edilir  |     22:30 Bu ölkədə prezidentliyə 35 namizəd var  |     22:25 Kollektorun üzərində daha 22 ev var - 8-i sökülməlidir (Video)  |     22:18 Nigeriyada terror: 10 əsgər öldü  |     22:05 Rusiya-Ukrayna müharibəsi bitir? - Son danışıqlardan yeni siqnallar  |     21:59 ADSEA-nın tabeli qurumları Bakı və Abşeronda suçəkmə işlərini davam etdirirlər - Video  |     21:51 İmişlidə müəmmalı ölüm: 15 yaşlı qızın meyiti yarımtikilidə tapıldı  |     21:46 Azər Bağırov: "Qarabağ"la oyundan sonra komandamı tanıya bilmirəm"  |     21:38 ABŞ hərbi təyyarəsi Krit yaxınlığında həyəcan siqnalı verib  |     21:33 Sabiq agentlik sədri Naxçıvanda TALAN MEXANİZMİNİ AÇIQLADI: "Pullar Talıbova verilirdi"  |     21:25 Ağır qəzada qolunu itirən "Nikosayağı" aylar sonra göründü - VİDEO  |     21:19 Şagirdləri təhqir edən müəllimlə bağlı tədbir görüldü  |     21:12 Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ  |     21:05 Burak Denizin evindən narkotik vasitə çıxdı  |     21:00 Balın təbiiliyi necə müəyyən olunur? - Video  |     20:52 Sevgilisini öldürən iş adamı anlaqsız vəziyyətdə olub? - Yenidən yoxlanacaq  |    
Left Banner
Right Banner

Aftandil Hacıyev: "Hər oyun bizim üçün imtahandır"

10.04.2021 20:58 2 184
Aftandil Hacıyev:
"Həqiqətən də bu gün "Sabah"ın oyununda böyük dəyişiklik gördük. Əvvəlki komandadan çox fərqlilik hiss etdik. Ramin müəllimin işi görünür. Biz də 1-2 epizod var idi ki, qol vura bilərdik".

"Report" xəbər verir ki, bu fikirləri "Səbail"in baş məşqçisi Aftandil Hacıyev Premyer Liqanın XXII turunda "Sabah"la qolsuz heç-heçə etdikləri oyundan sonra mətbuat konfransında deyib.

40 yaşlı mütəxəssis bildiri ki, hər iki hissədə eyni oyunu sərgiləyiblər: "Rəqib ikinci yarıda daha çox təzyiq etdi və bir neçə qol imkanı yaxaladı. Meydanı 1 xalla tərk etdik. Bu, yaxşı oldu. Rəqiblərlə müqayisədə bizdə heyət baxımından kasadlıq var. Futbolçular sona qədər mübarizə apardılar. Hər oyun bizim üçün bir imtahandır. Bugünkü nəticəni qənaətbəxş hesab etmək olar".

Hacıyev 90+2-ci dəqiqədə ikinci sarı vərəqəni alaraq meydandan qovulan Məqsəd İsayevin yaxşı çıxış etdiyini söyləyib: "İlk hissədə aldığı sarı vərəqə də ucuz idi. Fasilədə bunula bağlı iradımı bildirdim. Görünür ki, onunla daha ciddi söhbət etməyə ehtiyac var. Bəlkə də psixoloji planda hansısa problemi var".скачать dle 11.3
Mojo.az Banner