Mojo.az Banner
15:05 Dövlət Xidmətinin zabiti dələduzluq ittihamı ilə həbs edilib  |     14:54 Bakıda oyuncaq maşınla magistral yola çıxan şəxs cəzalandırıldı  |     14:47 Bu şəxslər 10 min manatadək cərimə olunacaqlar  |     14:46 Media və Yayım Şurasına sədr və üzvlər təyin edildi - SƏRƏNCAM  |     14:45 Qumarda 20 min manat uduzan növbə rəisi HƏBS EDİLDİ  |     14:44 Gömrük nəzarətindən gizlədilən dərman vasitələri aşkarlandı  |     14:43 Bakı Olimpiya Stadionu nə vaxt hazır olacaq?  |     14:41 Avtomobil bazarında yeni qayda – Çindən maşın gətirmək çətinləşir  |     13:24 Bu gün Masallının bəzi kəndlərində qaz olmayacaq  |     13:23 Bakı ilk onluqda: Riyazi savadlılıq üzrə nəticələr AÇIQLANDI  |     13:21 Gürcüstanın cənubunda ard-arda iki zəlzələ baş verib  |     13:19 Boş qalan yerlərə qəbul ELAN EDİLDİ - İki gün vaxt var  |     12:56 Xəzərlə bağlı XƏBƏRDARLIQ: "Dəniz sahildən 12 kilometrədək uzaqlaşa bilər"  |     12:55 Qatar yolunda DƏHŞƏT: 24 yaşlı kişi öldü  |     12:51 Bakıda qızını bıçaqlayan qadına hökm oxundu  |     12:48 Azərbaycan neftinin qiyməti 107 dolları keçdi  |     12:47 UEFA Çempionlar Liqasında yeni mövsüm başlayır: İlk turun qarşılaşmaları  |     12:00 Bakıda məktəb qalmaqalı: Valideynlər övladlarının kənarlaşdırıldığını iddia edirlər - VİDEO  |     11:59 Akademik Pərviz Məmmədov vəfat edib  |     11:51 Ermənistanın dövlət borcu 14 milyard dolları ötüb  |    
Left Banner
Right Banner

Sürücülərin NƏZƏRİNƏ: Bakıda sürət həddinin endirilməsi planlaşdırılır - Video

10.04.2026 22:51 495
Sürücülərin NƏZƏRİNƏ: Bakıda sürət həddinin endirilməsi planlaşdırılır - Video
Paytaxtın mərkəzi ərazilərində nəqliyyat vasitələri üçün sürət həddinin saatda 50 kilometrə qədər endirilməsi planlaşdırılır.

Median.Az
Xəzər TV-yə istinadən xəbər verir ki, bu dəyişiklik "Bakı şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı"na əsasən həyata keçiriləcək.

Baş plana uyğun olaraq, şəhərin mərkəzi hissəsində piyada infrastrukturunun əsaslı şəkildə genişləndirilməsi nəzərdə tutulur. Əsas hədəf paytaxtda geniş piyada şəbəkəsinin qurulması, eləcə də rahat və müasir hərəkət mühitinin yaradılmasıdır. Hazırda məhdud olan piyada zonaları daha geniş sahələri əhatə edəcək və şəhər mərkəzində fasiləsiz marşrutlar formalaşacaq.

Nəqliyyat məsələləri üzrə ekspertlərin fikrincə, sürət həddinin endirilməsi paytaxtda yol-nəqliyyat hadisələrinin sayını minimuma endirməyə və piyadalar üçün daha təhlükəsiz mühit yaratmağa imkan verəcək. Bütün bu dəyişikliklər Bakının mərkəzində hərəkətin daha rahat və fasiləsiz olmasını təmin edəcək.
скачать dle 11.3
Mojo.az Banner