Mojo.az Banner
13:09 Azərbaycanda orta aylıq əməkhaqqı artıb  |     13:05 Venesuelanın yeni lideri ABŞ-ni tənqid etdi, Trampın adını isə çəkmədi  |     12:44 İmişlidə çörək emalı müəssisəsinin fəaliyyəti müvəqqəti dayandırıldı  |     12:31 Yük avtomobili ilə motosiklet toqquşdu, Rusiya vətəndaşı öldü  |     12:16 Bu şəxslər metroda əlavə pul ödəyəcək  |     12:07 "Dağlılar Balıq" restoranının fəaliyyəti məhdudlaşdırıldı - SƏBƏB  |     11:54 Tanınmış xanəndə Qəzənfər Abbasov İrandan Bakıya gələrkən hava limanında SAXLANILDI  |     11:52 Rusiyaya gələn miqrantlardan tibbi müayinədən keçmək tələb oluna bilər  |     11:37 Azərbaycan Nəşriyyatı istismarını dayandırır - Tarix AÇIQLANDI  |     11:28 Bakının bu ərazilərində heç vaxt kanalizasiya olmayıb  |     11:14 Abşeronda 45 yaşlı kişi dəm qazından zəhərlənərək ölüb  |     11:03 Məhkəmə zarafata görə məktəblinin çənəsini sındıran yeniyetmə ilə bağlı qərar çıxardı  |     23:01 Bakıda satılan İran malları bahalaşdı - Yeni qiymətlər  |     22:54 Azərbaycanlı alim ABŞ-dən deportasiya edilir  |     22:48 Tanınmış iş adamı vəfat etdi  |     22:40 Rusiyada azərbaycanlı iş adamının restoranı söküləcək - FOTO  |     22:35 Bu ölkədə süni intellektlə işləyən imam fəaliyyətə başlayacaq  |     22:27 Azərbaycanda ən çox şikayət olunan banklar - SİYAHI  |     22:22 Bakıda ailə münaqişəsi faciəyə çevrildi: 69 yaşlı ana qızını bıçaqladı (Video)  |     22:07 Yarım milyonu mənimsəməkdə ittiham olunan çobanın valideynləri açıqlama verdilər (Video)  |    
Left Banner
Right Banner

İlham Əliyev Azərbaycanda yol tikintisinə vəsait ayırdı - SƏRƏNCAM

07.04.2021 15:51 1 983
İlham Əliyev Azərbaycanda yol tikintisinə vəsait ayırdı - SƏRƏNCAM
Prezident İlham Əliyev Ağcabədi rayonunun Mingəçevir–Stansiya Mingəçevir–Bəhrəmtəpə (109 km)–Avşar–Salmanbəyli–Aşağı Avşar–Xocavənd avtomobil yolunun tikintisi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

Bununla bağlı AZƏRTAC məlumat yayıb.

Sərəncama əsasən, 14 min nəfər əhalinin yaşadığı 4 yaşayış məntəqəsini birləşdirən Mingəçevir–Stansiya Mingəçevir–Bəhrəmtəpə (109 km)–Avşar–Salmanbəyli–Aşağı Avşar–Xocavənd avtomobil yolunun tikintisinin başa çatdırılması məqsədilə “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.1.9-cu yarımbəndində göstərilmiş 13,6 milyon manat Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.скачать dle 11.3