Mojo.az Banner
11:34 Meymunçiçəyi virusu dəyişir: Alimlər yeni mutasiya dalğasını aşkarladılar  |     11:30 Leyla Əliyeva Davos səfərindən paylaşım etdi - FOTO  |     11:21 Bakıda ağır qəza: Ölən var  |     11:16 Qəbul və buraxılış imtahanlarının VAXTI AÇIQLANDI  |     23:02 Sabah bu ərazilərdə işıq olmayacaq  |     22:57 Taksilərlə bağlı yeni qayda - Qiymətlər artacaq?  |     22:50 Pezeşkian: "Dövlət öz səhvlərini qəbul etməlidir"  |     22:49 "Qarabağ" - "Ayntraxt" oyununda ilk hissə yekunlaşdı  |     22:41 Qrenlandiyada nazir sakinlərə narahatedici çağırışla müraciət etdi  |     22:35 Şəkidə yol qəzaları oldu - Xəsarət alanlar var  |     22:29 Hava şəraiti ilə əlaqədar məktəblərdə dərslərə fasilə verilib? - RƏSMİ  |     22:06 Bakıda 40 yaşlı qadın qətlə yetirildi  |     21:59 "Qarabağ" "Ayntraxt Frankfurt"a qarşı: Oyunda hesab açıldı - Video  |     21:52 Avropada böyük narkotik şəbəkəsi çökdürüldü  |     21:44 “Qarabağ” və “Ayntraxt”ın start heyətləri açıqlandı  |     21:40 Azərbaycanda bir gün ərzində qarlı hava 400 min manatlıq sığorta zərərinə səbəb olub  |     21:36 Bakıda iki küçənin kəsişməsindəki problem həll edildi? - Video  |     21:34 Ötən il Azərbaycanda doğulan əkizlərin sayı açıqlandı  |     21:28 Yeni icra başçısı müavinini işdən çıxardı  |     21:16 Uyğunsuz videosu yayılan müəllim işdən çıxarıldı  |    
Left Banner
Right Banner

Avropada qalmaqallı peyvəndin trombozla əlaqəsi təsdiqləndi

07.04.2021 11:42 2 043
Avropada qalmaqallı peyvəndin trombozla əlaqəsi təsdiqləndi
Avropa Dərman Agentliyi (EMA) Britaniya-İsveç şirkəti “AstraZeneca”nın koronavirus peyvəndi ilə tromboz halları arasındakı əlaqəni təsdiqləyib.

EMA Sağlamlıq Təhlükələri və Peyvənd Strategiyası Departamentinin rəhbəri Marko Kavaleri bu barədə “Il Messaggero” italyan qəzetinə müsahibəsində deyib:

“İndi “AstraZeneca” peyvəndi ilə trombosit sayının aşağı olması ilə əlaqəli çox nadir görülən qan laxtalanma halları arasında əlaqənin olmaması barədə danışmaq getdikcə çətinləşir. Aydındır ki, o var”.

Kavaleri qeyd edib ki, belə reaksiyanın baş vermə səbəbləri hələ məlum deyil.

Onun sözlərinə görə, yaxın saatlarda EMA rəsmi olaraq bu əlaqənin olduğunu elan edəcək, lakin agentlik “bunun necə baş verdiyini hələ başa düşməyib”.

Qeyd edək ki, bəzi Avropa ölkələri peyvənd edilən xəstələrdə tromboz aşkarlanmasından sonra “AstraZeneca”dan istifadəni dayandırıb və ya birbaşa qadağan edib.

Xatırladaq ki, Avropadakı vəziyyətdən sonra bir çox ölkədə tədarükü dayandırılan “AstraZeneca” peyvəndinin adı “Vaxzervia” olaraq dəyişdirilib.скачать dle 11.3