Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
23:01 Vergi Xidmətinin vəzifəli şəxsləri sahibkarlardan 200 min manat pul vəsaitini rüşvət almaqda ittiham olunur | 23:00 Ramiz Mehdiyev evindən çıxan milyonlardan danışdı | 22:54 Avtobusdan düşərkən torbanı apardı, bir aylıq həbs cəzası aldı | 22:47 Şəhid anasının ziyarət etdiyi qazi ilə bağlı - Rəsmi açıqlama | 22:20 Bakıda çay evində dava: ölü və yaralılar var | 22:12 Sabah bir rayonda işıq olmayacaq | 22:00 Premyer Liqa: Lider "Neftçi" "Zirə"yə qalib gəlib | 21:47 Azərbaycanda zavodda güclü partlayış oldu - Hadisə yerindən görüntülər | 21:41 Şimali Kiprdə baş vermiş gəmi qəzası ilə bağlı üç Azərbaycan vətəndaşı həbs olunub | 20:11 Sergey Lebedev: "Azərbaycan 2028-ci ildə ilk dəfə MDB-yə sədrlik edəcək" | 20:00 UEFA Avropa Liqasında baş verən azarkeş qarşıdurmaları ilə bağlı araşdırmaya başladı | 19:38 Bakı-Sumqayıt yolu üçün yeni plan | 19:22 Sabah bu ərazidə işıq kəsiləcək | 19:00 Gürcüstanın Türkiyədəki səfiri Xarici İşlər Nazirliyinə çağırıldı | 18:54 İşçini müqaviləsiz çalışdıran turizm şirkətinə 23 min manatlıq cəza | 18:51 Azərbaycanda fabrik direktoru vəfat etdi | 18:32 SON DƏQİQƏ! DİN əməliyyat keçirdi: Saxlanılan şəxslərin siyahısı | 18:09 Öldürəndən sonra qızlarını parçalayan ata və ögey anaya hökm oxundu | 18:02 Rekordlar qıran baş məşqçinin Azərbaycandan çıxışına qadağa qoyuldu | 17:54 Azərbaycanın Suriyaya ixracı 388 milyon dolları ötüb |
Mojo.az Avto
Mojo.az Avto

Banklardakı əmanətlərin regionlar üzrə bölgüsü - SİYAHI

06.04.2021 20:13 2 070
Banklardakı əmanətlərin regionlar üzrə bölgüsü - SİYAHI
Azərbaycanda 2021-ci ilin mart ayının 1-nə olan statistikaya əsasən, ölkədə regionlar üzrə cəlb olunmuş əmanətlər 8 milyard 380 milyon manat təşkil edib.

Median.Az
Mərkəzi Banka istinadən xəbər verir ki. regionlar üzrə cəlb olunmuş əmanətlərin həcminə görə, bunun 7 milyard 466 milyon manatı Bakı şəhərinin sakinlərinə məxsusdur. Rəqəmlərdən göründüyü kimi, paytaxt ilə ölkənin digər iqtisadi rayonu arasında kəskin bir fərq ortaya çıxır.

2021-ci ilin fevral ayına olan statistikaya görə, regionlar arasında bankda əmanəti olanlar sayında Bakıya yaxınlığı ilə seçilən Abşeron iqtisadi rayonu ikincidir. Burada yaşayan əhalinin banklarda 216 milyon 110 min manat pulu var.

Gəncə-Qazax iqtisadi rayonunda yaşayan əhalinin banklarda 169 milyon 397 min manat, Aran iqtisadi rayonunda yaşayan 186 milyon 73 min manat bank əmanətinə sahibdir.

Lənkəran əhalisi banklara 76 milyon 831 min manat qoyub.

Quba-Xaçmazda yaşayanların isə bankda cəmi 60 milyon 552 min manat var.

Şəki-Zaqatalada yaşayanlar 69 milyon 439 min manatını banklara etibar edib. Naxçıvan sakinləri isə banklara 87 milyon 487 min manat yerləşdirib.

Son xəbərlər