Mojo.az Banner
17:48 Formula 1 Azərbaycan Qran-Prisinin qalibləri mükafatlandırıldı  |     17:39 Mbappenin son vəziyyəti açıqlandı  |     17:23 Xaricdə iş vədi ilə 20 min manatlıq dələduzluq edən saxlanıldı  |     17:15 Formula 1 üzrə Azərbaycan Qran-prisi: Rassel çempion oldu  |     17:02 “Qarayaxma aparanların ölkəyə girişi qadağan edilə bilər”  |     16:39 Bakıda qətlə yetirilən Masallı sakini qarət məqsədilə öldürülüb  |     16:38 Bakıda qətlə yetirilən Masallı sakini qarət məqsədilə öldürülüb  |     16:29 Formula 1 Azərbaycan Qran-Prisində ilk qəza  |     16:08 İlham Əliyev və Mehriban Əliyeva "Formula-1" Azərbaycan Qran-prisinin əsas yarışına baxırlar  |     15:55 Bakıda valideynləri dalaşan qız ölümdən döndü  |     15:47 Stroll üçün Bakı yarışı başa çatdı  |     14:36 Polis ötən gün 57 nəfəri saxlayıb  |     14:30 Bu gün İngiltərə və İspaniyanın oyunu var  |     14:23 Qaradağda vulkan püskürməsi ilə bağlı rəsmi açıqlama - YENİLƏNİB  |     14:11 Təqaüdçülərin pullarını oğurlayan şəxs ƏLƏ KEÇDİ - VİDEO  |     14:05 Yardımlı polisindən ƏMƏLİYYAT: Keçmiş məhkumlar tutuldular  |     13:57 Laçında traktor MİNAYA DÜŞDÜ  |     13:56 NATO təlimində şok insident: Hərbçilərə atəş açıldı  |     13:55 Azərbaycan neftinin SON QİYMƏTİ  |     13:54 Rusiyada dron hücumunda ölən azərbaycanlının cənazəsi ölkəyə gətirilib  |    
Mojo.az Avto
Mojo.az Avto

Bankların gəlirləri azalıb

02.04.2019 13:51 2 221
Bankların gəlirləri azalıb
Fevral ayında bankların əməliyyat mənfəəti 113.7 milyon manat, xalis mənfəəti isə 49.2 milyon manat təşkil edib. Halbuki 2018-ci ilin ilk iki ayı ərzində bankların əməliyyat mənfəəti 113.7 milyon manat, xalis 141.3 milyon manat təşkil etmişdi.

2018-ci ilin eyni dövrü ilə müqayisədə, 2019-cu ilin fevral ayı üzrə bankların xalis mənfəəti 2,9 dəfə azalıb.

Bunun səbəblərindən biri bankların mənfəətinin böyük hissəsini aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatın yaradılmasına ayırmalarıdır.

Maliyyə Bazarlarına Nəzarət Palatasının yaydığı məlumata görə, 28 fevral 2019-cu il tarixinə Azərbaycanda fəaliyyət göstərən bankların cəmi aktivləri 29 milyard 950.8 milyon manat, cəmi öhdəlikləri isə 25 milyard 708 milyon manat təşkil edib.

Sektorun balans kapitalı 4 milyard 242.8 milyon manat olub. 2019-cu ilin fevral ayı ərzində bank sektorunun aktivləri 1.2% (348 milyon manat), öhdəlikləri 0.9% (222.3 milyon. manat), balans kapitalı isə 3.0% (125.5 milyon manat) artıb.

Bankların kredit portfeli fevral ayında 0.7% (88.9 milyon manat) artaraq, 12 milyard 629.9 milyon manat təşkil edib.

2019-cu ilin fevral ayında fiziki şəxslərin əmanətləri 8 milyard 118.5 milyon manat təşkil edib. Fevral ayında əmanətlər 1.7% (137.8 milyon manat) artıb.

Qeyd edək ki, Azərbaycanda fəaliyyət göstərən 30 bankın filiallarının sayı 509, şöbələrinin sayı 130, ATM-lərin sayı 2 524 olub. Bank sektorunun işçi heyətinin sayında artım fevral ayında da davam edib. Belə ki, 2019-cu ilin fevral ayında işçi sayı 95 nəfər artaraq, 17 683 nəfər təşkil edib.скачать dle 11.3
Mojo.az Banner