Mojo.az Banner
23:02 Sabah bu ərazilərdə işıq olmayacaq  |     22:57 Taksilərlə bağlı yeni qayda - Qiymətlər artacaq?  |     22:50 Pezeşkian: "Dövlət öz səhvlərini qəbul etməlidir"  |     22:49 "Qarabağ" - "Ayntraxt" oyununda ilk hissə yekunlaşdı  |     22:41 Qrenlandiyada nazir sakinlərə narahatedici çağırışla müraciət etdi  |     22:35 Şəkidə yol qəzaları oldu - Xəsarət alanlar var  |     22:29 Hava şəraiti ilə əlaqədar məktəblərdə dərslərə fasilə verilib? - RƏSMİ  |     22:06 Bakıda 40 yaşlı qadın qətlə yetirildi  |     21:59 "Qarabağ" "Ayntraxt Frankfurt"a qarşı: Oyunda hesab açıldı - Video  |     21:52 Avropada böyük narkotik şəbəkəsi çökdürüldü  |     21:44 “Qarabağ” və “Ayntraxt”ın start heyətləri açıqlandı  |     21:40 Azərbaycanda bir gün ərzində qarlı hava 400 min manatlıq sığorta zərərinə səbəb olub  |     21:36 Bakıda iki küçənin kəsişməsindəki problem həll edildi? - Video  |     21:34 Ötən il Azərbaycanda doğulan əkizlərin sayı açıqlandı  |     21:28 Yeni icra başçısı müavinini işdən çıxardı  |     21:16 Uyğunsuz videosu yayılan müəllim işdən çıxarıldı  |     21:10 Haldun Dormen vəfat etdi  |     21:02 Zəbt edilən örüş torpaqları, YOX OLAN "KUPÇA": KÜRDƏMİR AQRO ARAŞDIRMA  |     20:53 Sabah 10:00-da qaz kəsiləcək - bu ərazilərdə  |     20:43 Ekspres qatarları Bakıxanov və Sabunçuda da dayanacaqlar  |    
Left Banner
Right Banner

Yumurtanın faydaları və zərəri

25.03.2021 21:55 1 470
Yumurtanın faydaları və zərəri
Yumurta ana südündən sonra insanın ehtiyacı olan bütün qida elementlərini saxlayan tək qida qaynağıdır. Son dərəcə bəsləyici və sağlam bir qidadır.

Yumurtanın zülal dəyəri
Digər qidalarla müqayisədə ən keyfiyyətli zülal yumurtada var. Mütəxəssislər xüsusilə böyüməyə olan müsbət qatqısı səbəbi ilə heyvani zülalın xüsusilə uşaqlar tərəfindən qəbul edilməsini təklif edir. Bu səbəbdən də uşaqlar üçün yumurta çox əhəmiyyətlidir.

Yumurtanın vitamin dəyərləri
Yumurta A, D, E və B qrupu vitaminlər başda olmaqla digər vitaminlərlə də zəngin tərkibə malikdir. Yumurtanın sarısında olan A vitamini hüceyrələrin inkişafına kömək edir, sümük inkişafında iştirak edir, gözə faydası çoxdur daha yaxşı görməyi təmin edir və sağlam dişlər də üçün də çox faydalıdır. Ayrıca tənəffüs və həzm sisteminin sağlam olmasını və infeksiyalardan qorunmasını təmin edir.
D vitamini isə insan bədənində kalsiumun istifadə edilməsini təmin edir.
E vitamini bədəni xarici və zərərli maddələrə qarşı sanki bir qalxan kimi qoruyur.
B qrupu vitaminləri bəzi qida maddələrinin bədəndə enerjiyə çevrilməsinə köməkçi olur. Ayrıca yumurtada olan kolin beyin funksiyalarının yerinə yetirilməsində əhəmiyyətli rol oynayır.

Yumurtanın Mineral Dəyərləri

Yumurta dəmir və sink kimi bədən üçün çox lazımlı olan minerallarla da zəngindir

Yumurtanın yağ tərkibi
Yumurtanın yağlılıq tərkibi olduqca zəifdir. Böyük bir yumurtada 4.5 qram yağ mövcuddur.

Yumurta xolesterolu artırırmı?
Yumurtanın ağından yağ və xolesterol yoxdur. Sarısında isə 213 mg xolesterol var. Yumurtanı daha çox qaynadılmış halda yemək məsləhət görülür.Yağda hazırlanan yumurtanın B vitamini dəyəri ölə bileceyi üçün qaynadılması faydalıdır.

Yumurtanın Zərərləri

Bu cür faydası olan yumurtanı əgər səhv şəkildə istifadə etsəniz zərərləri ilə qarşı-qarşıya qala bilərsiniz. Ancaq bəzi kiçik tədbirlərlə bunun önünə keçə mümkündür. Yumurta əsla otaq istiliyində saxlanmamalıdır. Soyuq yerlərdə hətta soyuducuda saxlanılması vacibdir. Çiy halda istifadə etməmək məsləhətlidir. Yumurtanın bişirilmə müddəti yaxşı müəyyən edilməlidir. Yumurta əgər çox qaynadılarsa ya da boyatsa içindəki dəmir yumurtanın xaricinə axar və yumurtanın bir çox vitamin dəyəri də ölər. Bunu gözlə görmək də mümkündür. Çox qaynadılan bir yumurtanın ağında dəyişik rənglər görürsünüz, həmin o yumurtanın çox qaynadıldıqda axıb gedən dəmir və minerallarıdır. Çox bişirilən bir yumurtanın həzmi son dərəcə çətindir.скачать dle 11.3