Mehriban Əliyevadan 8 Mart təbriki: “Siz “qadın” sözünün ucalığını ləyaqətlə qoruyursunuz” - FOTO » Median.Az - Bütün xəbərlər bir ünvanda
16:23 Rusiya Azərbaycana nota verib  |     16:15 Azərbaycanla Şimali Makedoniya diplomatik və xidməti pasport sahiblərini qarşılıqlı viza tələbindən azad edir  |     15:59 Hacıqabulda batan 91 yaşlı kişinin meyiti tapıldı  |     15:53 Attestasiya imtahanından keçməyən bəzi müəllimlərə ikinci şans veriləcək  |     15:48 Bakıda bu ərazi yanır  |     15:47 DİN Bakıda narkotik tranziti və onlayn dələduzluqda şübhəli bilinən Rusiya vətəndaşlarından ibarət iki dəstəni saxlayıb (FOTO)  |     15:40 Dənizdən meyiti tapılan şəxs tələbə imiş...  |     15:39 Tiktoker Roşka ev dustaqlığına buraxılmadı  |     15:35 Azərbaycanda rusdilli məktəblər BAĞLANIR?  |     15:28 Türkiyədə zəlzələ oldu  |     15:24 Karantin rejiminin müddəti uzadıldı - Bu gündən  |     15:20 Xalq artistinə ağır itki  |     15:13 Məktəbli formalarını bu gündən daha ucuz qiymətə ala bilərsiniz  |     15:08 Növbəti həftə magistraturaya ixtisas seçimi başlayır  |     15:03 Rusiyanın dörd hava limanı fəaliyyətini dayandırıb  |     14:56 Ağcabədidə 17 yaşlı oğlan kanalda batıb  |     14:50 Bu gündən Azərbaycanda qadınlar üzrə pensiya yaşı 64 il 6 ay olacaq  |     14:42 Hindistanda kimyəvi zavodda partlayış baş verib, 30-dan çox ölən var  |     14:37 Bakı Metropolitenində reklam lövhələri narazılığa səbəb oldu - FOTO  |     14:31 "Beşiktaş" Temmi Abrahamla danışıqlara başladı  |    

Mehriban Əliyevadan 8 Mart təbriki: “Siz “qadın” sözünün ucalığını ləyaqətlə qoruyursunuz” - FOTO

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik ünvanlayıb.

Bu barədə M.Əliyeva özünün “İnstagram” hesabında paylaşım edib.

Birinci vitse-prezident bildirib:

“Beynəlxalq Qadınlar Günü münasibətilə sizin hamınızı səmimi-qəlbdən təbrik edirəm! Siz zəriflik, sədaqət, xeyirxahlıq, mənəvi saflıq, gözəllik və ülvilik rəmzi olan “qadın” sözünün ucalığını ləyaqətlə qoruyursunuz”.

M.Əliyeva əlavə edib ki, Vətənimiz üçün layiqli oğullar tərbiyə etmiş analara ən xoş arzularını çatdırır:

“Vətən müharibəsi günlərində siz misli görünməmiş mətanət, fədakarlıq və möhkəm iradə nümayiş etdirdiniz. Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olmuş qəhrəmanların analarının qarşısında baş əyirəm.

Sizin hər birinizə möhkəm cansağlığı və ailə səadəti arzulayıram! Uca Tanrı sizi və sizin doğmalarınızı qorusun!”,-deyə M.Əliyeva əlavə edib.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            2 133 08.03.21 13:33