Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
23:01 Alimlər milyonlarla insanın yaşadığı vulkanın altında iki maqma kamerası tapdı | 22:55 Estoniyanın XİN başçısı Azərbaycana səfər edəcək | 22:46 Şagirdlərin elektron yerdəyişməsi prosesi başladı | 22:41 "Voyacer-1" Yerdən bir işıq günü uzaqlaşacaq - Siqnalın çatması 24 saat çəkəcək | 22:33 Beyləqan Rayon Mərkəzi Xəstəxanasına yeni direktor təyin edilib | 22:28 "Zelenski Ukraynanı ətçəkən maşına çevirib" - Zaxarova | 22:20 4 tibb müəssisəsində qanun pozuntuları aşkarlandı - Rəhbərləri çıxarıla bilər | 22:14 Mehriban Əliyeva və ailə üzvləri dünyaşöhrətli skripkaçı Devid Qarrettin simfonik şousunu izləyiblər - Foto | 22:08 Azərbaycanda müəmmalı ölüm: İş adamının meyiti tapıldı | 22:02 Ölkədə əcnəbi tələbələrin təhsilinə daha çox pul ayrılacaq | 21:57 Avrozonada inflyasiya son üç ilin rekordunu qırdı | 21:49 Abituriyentlərə şad xəbər: Daha bir universitetdə hüquqşünaslıq və tibb ixtisasları açılacaq | 21:44 Rafael Nadal "Real Madrid"in rəhbərliyində yer ala bilər | 21:36 Bakının iki qəsəbəsində yollarda hərəkət məhdudlaşdırılacaq | 21:32 Süni intellekt 2030-cu ilədək dünya iqtisadiyyatına 22,3 trilyon dollar qazandıracaq | 21:25 Hakerlər Çin avtomobillərini məsafədən bloklayırlar – PARALEL İXRACIN FƏSADI | 21:20 Payız-qış mövsümündə yollarda təhlükəsizlik: Sürücülər nələrə diqqət etməlidir? | 21:11 Kirayə mənzil götürənlər evlərini başqalarına verə bilərlər? | 21:06 Kürün taleyi təhlükədədir: Yayda quraqlıq, qışda daşqın olacaq | 20:54 Pensiyaların nə qədər artacağı bəlli oldu |
Mojo.az Avto
Mojo.az Avto

Qərbi Azərbaycandakı minlərlə abidəmizi ermənilər dağıdıb - FOTOFAKT

27.02.2021 13:34 2 261
Qərbi Azərbaycandakı minlərlə abidəmizi ermənilər dağıdıb - FOTOFAKT
Hazırda Ermənistan adlanan qədim Azərbaycan torpaqlarında 8000 tarixi və mədəniyyət abidəmiz olub, lakin onların böyük əksəriyyəti ermənilər tərəfindən dağıdılıb, bir qismi isə erməniləşdirilib.

Bunu Trend-ə mədəni dəyərlər üzrə tədqiqatçı ekspert, Beynəlxalq Memarlar Akademiyasının Moskva şöbəsinin professoru, Azərbaycan Memarlar İttifaqının İdarə Heyətinin üzvü Faiq İsmayılov deyib.

Onun sözlərinə görə, dağıdılan abidələr Azərbaycanın islam dövrü, erməniləşdirilən abidələr isə xristian dövrü və xristian dövrünə qədərki abidələri olub.

F.İsmayılov bildirib ki, hazırda Ermənistan ərazisindəki Azərbaycan abidələrinin nə qədərinin mövcudluğunu qoruyub saxladığı tam məlum deyil. O, bu sahədə dəqiqləşdirmələrin aparılmasına ehtiyac duyur:

“Cənubi Qafqazda tarixən heç bir erməni siyasi qurumu mövcud olmayıb. Ermənilər üçün ilk dövləti bu regionda sovet Rusiyası və Antanta dövlətləri 1920-ci ildə Qərbi Azərbaycan torpaqlarında yaradıblar. Sovet İttifaqı dövründə azərbaycanlılar bu torpaqlardan sıxışdırılıb çıxarılıb və onlara məxsus mədəni-irs nümunələri dağıdılıb, böyük sayda tarix və mədəniyyət abidələri və yer adları erməniləşdirilərək mənimsənilib.

1988-ci ildən sonra kütləvi terrora məruz qalan azərbaycanlılar bu əraziləri tərk etməyə məcbur oldular və bundan sonra bu ərazidə qalan azərbaycanlılara məxsus olan az sayda maddi-mədəniyyət abidələri də ermənilər tərəfindən dağıntılara, məhvə məruz qaldı”.

Tarixi mənbələr əsasında indiki Ermənistan ərazisində mövcud olan qədim abidələrimiz haqqında məlumat verən tədqiqatçı qeyd edib ki, 1915-ci il məlumatına görə, Zəngəzur və İrəvan quberniyasının ərazisində 391 məscid fəaliyyət göstərib. İrəvan quberniyasında məscidlərin artma dinamikası 1904-cü ildə 201, 1911-ci ildə 342, 1915-ci ildə 391 olub. Bu artım dinamikası bölgələrdə müsəlman ruhanilərinin güclü mövqeyindən xəbər verir. Zəngəzurda 36 məscid, Eçmiədzində 36, Sürməlidə 47, Şərur-Dərələyəzdə 63, Novobayəzeddə 14, İrəvanda 54 məscid fəaliyyət göstərib. Lakin bu məscidlərdən yalnız İrəvandakı Göy məscid təmir edilib, Mehridəki bir məscid isə kilsəyə çevrilib.

Sunik bölgəsinin Aqarak kəndi ərazisindəki bu Qafqaz Albaniyası dövrü abidəsi məqsədli şəkildə dağıdılmaya məruz qalıb.

Tavuş bölgəsinin Dilican şəhəri ətrafında olan üç məbədin hamısının qapısının üstündəki yazılar ermənilər tərəfindən silinib.







Son xəbərlər