Mojo.az Banner
SON DƏQİQƏ
23:01 Ronaldo yeni biznesə qoşulur  |     22:55 Pensiyalar bu tarixdə arta bilər  |     22:47 Marketdən su alanların nəzərinə: etiketdəki bu detallara baxın  |     22:42 Dəmir yolu ilə daşımalar artır: Məhsullar ucuzlaşacaq?  |     22:34 Azərbaycan məktəbli geyimi ilə bağlı qərarında Avropaya nümunə göstərilir  |     22:29 Reseptsiz dərman satışı ilə bağlı qanunsuzluq aşkarlanan apteklərin sayı açıqlandı  |     22:24 Kosmetoloq kürəkdəki səpgilərdən qurtulmağın yollarını açıqladı  |     22:15 Bakıda yeni söküntü başlayır: Kompensasiya veriləcək (VİDEO)  |     22:10 Sabah yollarda görünüş məsafəsi azalacaq  |     22:03 Ödənişli yollar effektlidirmi?  |     21:55 Fiziklər termonüvə enerjisinə aparan "qısa yol" tapdı  |     21:50 Azərbaycanda maaşlarla bağlı yeni proqnoz - 1300 manata çatacaq  |     21:42 Ötən gün itkin düşmüş 8 nəfər tapılıb  |     21:37 İstanbulda yağış 5 nəfərin həyatına son qoydu  |     21:30 Bazar günü hava necə olacaq?  |     21:15 İranın Hörmüz boğazı yaxınlığında partlayış səsləri eşidildi  |     20:53 Gəncədə teatrın mühafizəçisi bıçaqlandı: 15 yaşlı oğlan saxlanıldı  |     20:39 Xırdalanda bədbəxt hadisə: 20 yaşlı gənc beşinci mərtəbədən yıxılaraq öldü - Foto  |     20:32 "Star Trek" serialının ulduzu Maykl Forest vəfat etdi  |     20:00 Pakistan-Əfqanıstan sərhədində toqquşma olub, ölənlər var  |    
Mojo.az Avto
Mojo.az Avto

Türkiyəli professor İrəvanın tarixi türk torpağı olduğunu faktlarla əsaslandırıb

05.12.2023 15:39 1 584
Türkiyəli professor İrəvanın tarixi türk torpağı olduğunu faktlarla əsaslandırıb
“Azərbaycan coğrafi mövqeyinə görə hər zaman böyük güclərin diqqət mərkəzində olub. Lakin bunlara baxmayaraq, böyük mədəni irs yarada bilib”.

“Report” xəbər verir ki, bunu Ankara Universitetinin professoru Yıldız Deveci Bozkuş “Ermənistandan didərgin salınmış azərbaycanlıların təhlükəsiz və ləyaqətli şəkildə geriqayıdışını təmin etmək: Qlobal kontekst və ədalətli həll” mövzusunda keçirilən beynəlxalq tədbirdə deyib.

Onun sözlərinə görə, Cənubi Qafqazda Azərbaycanın izləri mütəmadi olaraq məhvə məruz qoyulub.

“Evliya Çələbinin yazdığına görə, 15-ci əsrdə İrəvan Xanlığı yaradılıb və əhalisi azərbaycanlılardan ibarət olub. Bu gün tarixi İrəvan qalası ermənilər tərəfindən tamamilə dağıdılsa da, həmin qalanın qalıqları 18-ci əsrə qədər gəlib çıxıb. İrəvan Xanlığı haqqında xarici mənbələrdə, eyni zamanda erməni mənbələrində də kifayət qədər məlumatlar var. Səyyahların bu ərazilər barədə yazdıqlarına baxsaq, görərik ki, bura çox vacib region olub. Fransız səyyahlar 17-ci əsrdə İrəvan Xan Sarayını çox detallı şəkildə təsvir ediblər və o əsərlərdə ermənilərin adı, ümumiyyətlə, çəkilmir. Bütün bu tarixi sənədlər deməyə imkan verir ki, İrəvan tarixən türk torpağı olub. Lakin həm İran, həm də Rusiya Cənubi Qafqazda xristian dövlətinin yaradılmasında maraqlı olublar və Çar Rusiyası həmin ərazilərə Anadoludan və İrandan ermənilərin köçürülməsinə başlayıblar. Bununla da sözügedən ərazilərdəki türklərin Qərbi Azərbaycan ərazisindən çıxarılmasına başlanılıb və 20-ci əsrdə kütləvi deportasiyalar vüsət alıb”, - deyə professor vurğulayıb.скачать dle 11.3

Son xəbərlər