Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
13:35 Bakıdakı kütləvi dava ilə bağlı daha üç nəfər saxlanıldı | 13:33 Paşinyan öz missiyasını açıqladı: "Bu fürsətdən yararlanmamaq bağışlanmaz olardı" | 13:31 Dvalişvili Nurməhəmmədovla insidentdən sonra ilk açıqlamasını yaydı | 13:15 Bakıda 32 yaşlı kişi bıçaqlandı | 13:10 Gənc əsgərlərlə görüşə məhdudiyyət qoyuldu | 13:05 Qeyri-sabit hava şəraiti ilə bağlı əhaliyə müraciət: Sel və daşqın olacaq | 13:01 Ölkə ərazisində istilik mövsümü başlayır | 23:01 Həftəsonu bu bürclərə sevgi gətirəcək | 22:56 Yer kürəsinin yeni “mini peyki” kəşf edildi | 22:51 Qış mövsümünün ən dəbli şalvar modelləri açıqlandı - YENİ TREND | 22:43 İnfarktın çoxlarının bilmədiyi əlaməti açıqlandı | 22:35 Dekabrdan bu 4 BÜRCÜN HƏYATI DƏYİŞİR | 22:30 Qaxda 30 ağac kəsildi, təbiətə 10 min ziyan dəydi - İki nəfər məsuliyyətə cəlb olundu | 22:22 Leyla Əliyeva Antalyada biomüxtəlifliyinin qorunması və ekosistemlərin bərpasını müzakirə edib | 22:17 İpoteka üçün müraciət edənlərin sayı açıqlandı | 22:10 Yolu piyada keçidindən keçmədi, həyatından oldu - VİDEO | 22:03 Sumqayıtda yol çökdü - Foto | 21:55 Mahnı qalmaqalı böyüdü: Asya Əlizadə və "Lvbel C5"ə 5 il həbs cəzası istənilir | 21:50 Kirayəçi evi boşaltmaqdan imtina edərsə, ev sahibi onu dərhal çıxara bilərmi? (ŞƏRH) | 21:44 84 təşkilatda yoxlama: Dövlət büdcəsinə 107 milyon manat qaytarıldı |
Mojo.az Avto
Mojo.az Avto

İqor Korotçenko: “Elə təəssürat yaranır ki, sanki Ağdamda, Füzulidə atom bombası partlayıb”

19.02.2021 23:47 1 533
İqor Korotçenko: “Elə təəssürat yaranır ki, sanki Ağdamda, Füzulidə atom bombası partlayıb”
"Adamda elə təəssürat yaranır ki, elə bil Ağdamda, Füzulidə atom bombası partlayıb”.

Median.Az
-ın məlumata görə, bunu Rusiyanın "Milli Müdafiə” jurnalının baş redaktoru, tanınmış hərbi ekspert İqor Korotçenko Azərbaycanın işğaldan azad olunmuş torpaqlara ziyarətinin təəssüratlarını jurnalistlərlə bölüşərkən deyib.

"İşğal altındakı torpaqların Azərbaycanın tərkibinə keçməsi, 30 il davam edən işğal dəhşətinin bitməsi sözsüz ki, sevindirici haldır. Bu baxımdan xoş təəssüratlar yaşadım. Digər tərəfdən isə, Azərbaycan azad etdikləri şəhərlər və kəndlərin ermənilər tərəfindən tamamilə dağıdılıb, məhv edildiyini görəndə dəhşətə gəldim. Mən Füzulidə və Ağdamda oldum. Bu şəhərlər tamamilə yer üzündən silinib. Adamda təəssürat yaranır ki, elə bil, orada atom bombası partlayıb. Binalar məhv edilib, evlərin özülləri belə dağıdılıb, yerlə yeksan edilib. Bir sözlə, daş üstündə daş qalmayıb. Ona görə də, hesab edirəm ki, şəhərlərin, qəsəbələrin, kəndlərin bərpa olunması üçün böyük işlər görülməlidir. Əlbəttə ki, bu, uzun illər və böyük həcmdə maliyyə xərci tələb edir. Bu mənada ermənilər özlərindən sonra sanki atom silahının bombaladığı kimi yandırılmış və məhv edilmiş torpaq saxlayıblar. Ancaq ermənilərin atom bombası olmayıb. Onları atom silahı Azərbaycana qarşı nifrəti olub. Bunun nəticəsidir ki, həmin ərazilərdə hazırda ölü mənzərə hökm sürür. Yüzlərlə kvadrat kilometr minalanmış sahələr, heç bir heyvan, quş və canlı bitkiyə rast gəlmək mümkün deyil”, deyə İqor Korotçenko vurğulayıb. (APA)

Son xəbərlər