Mojo.az Banner
23:01 Yuxuya getməyi asanlaşdıran 7 qida  |     22:55 Türkiyədə də uşaqlara sosial şəbəkələrdən istifadə qadağan edilir  |     22:46 Oktyabrda bu 4 bürcü maaş artımı gözləyə bilər  |     22:41 Azərbaycanda bu maşınların qiyməti kəskin bahalaşdı  |     22:34 Bakının milyonluq mənzilləri: Qiymətlər niyə bu qədər bahadır?  |     22:29 Telefonların enerjisi gecə niyə azalır?  |     22:22 Ronaldo millidən kənarlaşdırıldı  |     22:14 Rusiya gürcülərə də qadağa tətbiq etdi  |     22:09 Türkiyədə siqaret satışında şəxsiyyət vəsiqəsi tələb olunacaq  |     22:01 Bazar gününə olan hava proqnozu  |     21:39 "Zevs"in qardaşı məhkəmə zalından azadlığa buraxıldı  |     21:38 Cəbrayılda minaya düşən ata və oğul Bakıya gətirildi - Açıqlama  |     21:37 İsmayıllıda ev və köməkçi tikili yanıb  |     21:35 İnşaatçılar küçəsindəki evindən meyiti tapıldı  |     21:33 Deniz Akkaya 7 ay 15 gün müddətinə həbs edildi  |     21:30 Bakının mərkəzi prospektində güclü yanğın baş verib (Yenilənib)  |     19:10 Səudiyyə Ərəbistanında üç aeroportun fəaliyyəti dayandırıldı  |     18:48 Qarabağ Universitetinin müəllimi hakim təyin olundu  |     18:38 Salyanda avtomobil qatarla toqquşdu, sürücü son anda xilas oldu  |     18:29 Ötən gün 29 kiloqrama yaxın narkotik dövriyyədən çıxarılıb  |    
Mojo.az Avto
Mojo.az Avto

Rusiyalı ekspert: “Füzuli və Ağdamda olmuşam, bu şəhərlər yer üzündən silinib”

20.02.2021 17:26 2 412
Rusiyalı ekspert: “Füzuli və Ağdamda olmuşam, bu şəhərlər yer üzündən silinib”
“Bir tərəfdən Azərbaycana görə sevindim, çünki 30 illik işğalın dəhşətlərinə, nəhayət ki, son qoyulub, torpaqlar azad edilib. Digər tərəfdən, bütövlüklə dağılıb yerlə yeksan olunmuş şəhər və kəndləri görmüşəm. O cümlədən Füzuli və Ağdamda olmuşam, bu şəhərlər yer üzündən silinib”.

Bu fikirləri “Report”un Rusiya bürosuna hərbi ekspert İqor Korotçenko bu yaxınlarda Qarabağa səfəri ilə bağlı danışarkən deyib.

Onun sözlərinə görə, Qarabağda gördüyü şəhərlər sanki nüvə bombardmanına tutulması təəssüratı bağışlayırdı: “Bu, Azərbaycana qarşı nifrət bombasıdır. İndi Qarabağda çox böyük bərpa və quruculuq işləri görülməlidir. Bunun üçün uzun illər və külli miqdarda vəsait lazım olacaq”.

Ekspertin fikrincə, hazırda Ermənistanda səsləndirilən qisas çağırışları gerçəklikdən çox uzaqdır: “Azərbaycan Ermənistanın hərbi gücünü məhv etdiyinə görə hər hansı qisas mümkün deyil. Ermənistan ordusu darmadağın edilib. Onlar Azərbaycana hücum etmək istəsələr, beynəlxalq hüquqa görə hərbi təcavüz törətmiş olacaq və bu da onlara çox baha başa gələcək. Həm də belə olan halda, KTMT və Rusiyanın Ermənistana yardım etmək üçün heç bir əsası olmayacaq”.

Rusiyalı ekspert həmçinin bu günlərdə Ermənistanda Şuşa muzeyindən qəsb edərək apardıqları Azərbaycan xalçalarının sərgisini keçirməsini də qınayıb: “Azərbaycanın milli sərvəti olan həmin xalçalar Şuşa şəhərindən aparılıb. Mənim fikrimcə, bu, dövlət səviyyəsində qarətçilikdir və beynəlxalq birlik tərəfindən birmənalı şəkildə pislənməlidir”.скачать dle 11.3
Mojo.az Banner