Mojo.az Banner
17:43 Kənd təsərrüfatı təyinatlı torpaqlarda müvəqqəti tikililər barədə məlumatlandırma qaydaları təsdiqlənib  |     17:27 DTX-nin həbs etdiyi kibercinayətkar şəbəkə üzvlərinə hökm oxunub  |     17:08 Şirkət rəhbəri borca görə məhkəməyə verildi - Qərar verildi  |     17:00 Bakıda restoranın havalandırma borusu ALIŞDI (Video)  |     16:41 Eskalatorun qırılmasında xəsarət alanların vəziyyəti açıqlandı  |     16:36 Azərbaycanda 18 həkim işləyə bilmək üçün rüşvət verib - SİYAHI VƏ MƏBLƏĞLƏR  |     16:26 Yeni milli park yaradılır - Kəlbəcər, Laçın, Ağdərə, Xocalını əhatə edəcək  |     16:19 "Ağdaş Bazar" ASC-yə məxsus bazarda nöqsanlar aşkarlanıb  |     16:14 Əli Kərimli barədə QƏRAR VERİLDİ  |     16:05 Gənclər Mərkəzinin rəhbərinə "stop" qoyuldu  |     15:58 Göygöldə tüfeyli həyat tərzi keçirən kişi küçədə öldü  |     15:36 Məhkəmə dələduzluqda ittiham edilən şəxsin günahsız olduğunu ortaya çıxardı  |     15:35 Azərbaycanda 20 şagird məktəbdə tüstüdən zəhərləndi  |     15:15 Bakıda 1238 səhmdarı olan şirkətin mülklərinə həbs qoyuldu - Bir işçiyə görə...  |     15:01 Rusiya Silahlı Qüvvələri Ukraynanın Donetsk vilayətində yaşayış məntəqəsini nəzarətə götürdü  |     14:50 Xalq artisti əməliyyat olundu  |     14:39 "Qarabağ"la Bakıdakı oyunda "Ayaks"ı 1000-dən çox azarkeş dəstəkləyəcək  |     14:36 Bakıda balta ilə qətl törədən keçmiş məhkum ağır cəza aldı  |     14:34 ETX bəzi veb-resurslarda müvəqqəti dayanmanın səbəbini açıqladı  |     14:27 Türkiyəli aparıcılar saxlanıldılar  |    
Left Banner
Right Banner

Rusiyanın ən varlı adamı məlum oldu

17.02.2021 12:14 954
Rusiyanın ən varlı adamı məlum oldu
Rusiyada “Nornikel”in ortaq sahibi Vladimir Potaninin sərvəti 30 milyard dollara çatıb ki, bu da Rusiya vətəndaşı üçün mütləq rekorddur.

“Forbes Real Time” bu barədə xəbər yayır.

Onun sərvətinin çoxalmasının səbəbi “Nornikel”in səhmlərinin kotirovkalarının artması ilə əlaqələndirilir.

Bildirilir ki, şirkətin səhmlərinin böyüməsinə Norilskdə yanacaq tökülməsi səbəbindən ətraf mühitə ziyan vurduğu üçün 146 milyard rubl məbləğində məhkəmə ödənişi də təsir göstərə bilməyib.

Şirkətin qiymətli kağızlarındakı artım eyni zamanda, metal səbətinin son beş ildə ən yüksək səviyyələrdə ticarət etməsi ilə izah olunur: Bir ton nikelin qiyməti 18 700 dollar, misin 8 400 dollar, palladium unsiyası 2 470 dollar və platin 1 300 dollara çatıb.

Əlavə etmək lazımdır ki, digər metallurqlar siyahıda Potanindən geri qalırlar. Belə ki, “Severstal”ın ortaq sahibi Aleksey Mordaşovun sərvəti 28,4 milyard dollar, NLMK-nin ortağı Vladimir Lisininki isə 26 milyard dollardır.скачать dle 11.3