Mojo.az Banner
23:01 Şamaxıda gecəyarısı vətəndaşın obyektini sökən şirkət kimindir? (VİDEO)  |     22:57 Zirzəmidə yıxılıb çarəsiz qalan şəxs xilas olundu (VİDEO)  |     22:51 Azərbaycanda uzunömürlülərin sayı - MARAQLI STATİSTİKA  |     22:45 Ceyhun Bayramovla Marko Rubio arasında telefon danışığı aparıldı  |     22:40 Türkiyədə iki futbol hakimi həbs olundu  |     22:31 Ucarda şagirdin məktəbdən kənarlaşdırılması narazılıq yaradıb - VİDEO  |     22:26 Xalq artisti xəstəxanadan evə buraxıldı  |     22:20 Saturn Yerə ən yaxın mövqeyindədir: Bu gecə onu necə görmək olar?  |     22:12 Qeysəriyyə əməliyyatı olunan 31 yaşlı qadın öldü  |     22:08 Zəngəzurda saxlanılan azərbaycanlı hərbçi İrəvanda xəstəxanaya yerləşdirildi  |     21:51 Bakıda torpağın qiyməti kəskin artdı - Ən çox bu rayonda bahalaşıb  |     21:50 "Azəriqaz"ın adından 10 min manatlıq dələduzluq  |     21:46 Azərbaycanda uşaqların gözü qarşısında qadını bağçanın həyətində vəhşicəsinə bıçaqladılar - Hadisə baş verən ərazidən görüntülər  |     21:44 Məşhur türk aktrisası vəfat etdi  |     21:37 Avtomobil sürmək üçün etibarnamə tələbi niyə təkmilləşdirilmir? (VİDEO)  |     21:34 Məşhur biznesmeni ailəsi ilə hədələyiblər - 20 milyonluq şantaj işində yeni adlar  |     21:19 Tünd çörək həmişə çovdar çörəyi deyil: Seçim zamanı səhvə yol verməyin  |     21:18 ANS-in keçmiş işçisi bu televiziyaya direktor təyin olundu  |     21:08 "Sumqayıt"ın ev oyunlarını keçirəcəyi məkan dəyişdi  |     21:07 Bakıda məktəbli sinif yoldaşını qətlə yetirdi  |    
Mojo.az Avto
Mojo.az Avto

Bakıda 1238 səhmdarı olan şirkətin mülklərinə həbs qoyuldu - Bir işçiyə görə...

05.12.2025 15:15 417
Bakıda 1238 səhmdarı olan şirkətin mülklərinə həbs qoyuldu - Bir işçiyə görə...
Azərbaycanın milyonluq kapitala malik "NeftYolTikintiTəmir” Açıq Səhmdar Cəmiyyətinin (ASC) bütün obyektlərinə həbs qoyulub.

Qaynarinfo-nun məlumatına görə, buna səbəb ASC tərəfindən Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2581/2021 nömrəli icra sənədi üzrə qərarın icra edilməməsidir.

Belə ki, həmin ildə məhkəmə E.R.-yə ödənilməmiş əməkhaqqının, istifadə olunmamış məzuniyyət günlərinə görə pul kompensasiyasının və son haqq-hesabın hesablanaraq ödənilməsinin ASC-nin öhdəliyində olduğuna dair qərar çıxarıb. Lakin naməlum səbəblərdən "NeftYolTikintiTəmir” ASC 4 il keçməsinə baxmayaraq, məhkəmə qərarını yerinə yetirməyib.

1 saylı Bakı Ərazi İdarəsindən əldə edilən məlumata əsasən, borclu "NeftYolTikintiTəmir” ASC-nin mülkiyyətində Bakı şəhəri, Suraxanı rayonu, İlqar Məmmədov küçəsində yerləşən 547,5 kv.m-lik əmlak kompleksi, başqa bir ünvanda 2217,8 kv.m-lik əmlak kompleksi və digər bir ünvanda 3074,4 kv.m-lik əmlak kompleksi mövcuddur.

İcra orqanı ASC-nin əmlaklarına həbs qoyulması üçün məhkəməyə müraciət edib və məhkəmə göstərilən komplekslərin üzərinə həbs qoyulması barədə qərar qəbul edib.

Qeyd edək ki, "NeftYolTikintiTəmir” ASC-nin sədri Mustafayev Mustafa Mahmud oğludur. Şirkət 2001-ci ildən fəaliyyət göstərir. Nizamnamə kapitalı 1,05 milyon manatdır və ölkənin ən çox səhmdarı olan ASC-si hesab olunur. Son məlumata görə, cəmiyyətin 1238 səhmdarı var.скачать dle 11.3
Mojo.az Banner