“ASAN xidmət” mərkəzlərində nöqsanlar: Rəhbərlərə xəbərdarlıq edildi » Median.Az - Bütün xəbərlər bir ünvanda
17:44 Bəzi tikinti materialları BAHALAŞACAQ  |     17:33 Əhməd Əhmədovun qətlə yetirdiyi anasının yerinə yeni təyinat - FOTO  |     17:12 Sürücülərin NƏZƏRİNƏ: Bakının bir küçəsi iki gün bağlı olacaq  |     17:04 Bakıda qıza görə dava: yeniyetmə bıçaqlandı  |     16:58 Geyiminə görə mağazadan qovuldu - Bakıda qəribə hadisə (VİDEO)  |     16:38 Təcili tibbi yardım əməkdaşlarına xəsarət yetirən şəxsə hökm oxundu  |     16:13 Bəstəkarın qızı: “Kim icazə almadan atamın mahnılarını oxusa, məhkəməyə üz tutacağam”  |     16:00 Həbsdə olan generalın cinayət işi: Pulları kimə verib?  |     15:43 Yasamalda tikili və obyektlərin fasadlarında alkopanların söküntüsünə başlanıldı (VİDEO)  |     15:42 Şirkət rəhbərinin ölkədən çıxışına "stop" qoyulur  |     15:29 İlham Əliyev Rusiya-Türkiyə Monitorinq Mərkəzinin fəaliyyətinin dayandırılmasından DANIŞDI  |     15:26 Bakıda dördaylıq körpənin pəncərədən düşərək ölməsi ilə bağlı TƏFƏRRÜAT  |     15:12 Şoyqu “Crocus”da törədilən terror aktının təfərrüatını açıqlayıb  |     14:00 Bakıda körpə pəncərədən düşərək ölüb  |     13:56 Sabah bəzi yerlərdə 32 dərəcə isti olacaq - HAVA PROQNOZU  |     13:52 Xəzər dənizində dalğalar onlarla suiti cəsədini Qazaxıstan sahillərinə atıb  |     13:47 Həkimlərin əməliyyat görüntülərini paylaşması nə dərəcədə DÜZGÜNDÜR?  |     13:11 Bərdədə canavarlar fərdi təsərrüfata hücum edərək xırdabuynuzlu heyvanları parçalayıblar  |     13:02 Almaniya kansleri: “Bakıda noyabrda keçiriləcək COP29 uğurlu olacaq” - YENİLƏNİB  |     12:50 Azərbaycan Dövlət Film Fondunda nadir arxiv materialı aşkarlanıb  |    

“ASAN xidmət” mərkəzlərində nöqsanlar: Rəhbərlərə xəbərdarlıq edildi

2020-ci il ərzində 20 “ASAN xidmət” və 2 “ASAN Kommunal” mərkəzində həyata keçirilən nəzarət və monitorinq tədbirləri nəticəsində 7 884 nöqsan halı qeydə alınıb.

Bu barədə Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin ötən il üzrə hesabatında qeyd edilib.

Qeyd edilən nöqsanlar təhlil edilərək gələcəkdə belə halların baş verməməsi üçün əməkdaşlar və onların bilavasitə rəhbərləri məlumatlandırılıb, onlara xəbərdarlıqlar edilib, bununla əlaqədar bir çox əməkdaş əlavə təlimlərə cəlb edilib.

Hesabat dövrü ərzində “ASAN xidmət” və “ASAN Kommunal” mərkəzlərində dövlət qurumlarının əməkdaşları barəsində nəzarət və qiymətləndirmə qaydalarına uyğun olaraq 5 287 şifahi xəbərdarlıq (ümumi qeyd olunmuş nöqsan hallarının 67%-i), 1 859 yazılı xəbərdarlıq (ümumi qeyd olunmuş nöqsan hallarının 23.6%-i), 738 bildiriş (ümumi qeyd olunmuş nöqsan hallarının 9.4%-i) tərtib olunub.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            825 11.02.21 12:36