Mojo.az Banner
22:15 Qeyri-sabit hava fermerləri çətin vəziyyətə saldı: Meyvə bahalaşacaq? (Video)  |     22:06 Əməkdar artistin səhhətində problem yarandı  |     22:01 Yılmaz: Azərbaycan ilə Ermənistan arasında davamlı sülhün əldə olunması çox önəmlidir  |     21:53 Kişi icarədar idmançı qızın burnunu qırdı - Bakıda restoranda insident  |     21:45 Ötən gün qanunsuz saxlanılan 7 silah aşkarlanıb  |     21:40 Müharibədə İrana dəyən ziyanın məbləği AÇIQLANDI  |     21:34 Bu sürücülərin "prava"sı əlindən alınacaq - SƏBƏB NƏDİR?  |     21:26 İran neft hasilatını azaltmağa başlayıb  |     21:18 Həkim məsləhəti olmadan ağrıkəsici qəbul edənlərə XƏBƏRDARLIQ  |     21:13 Dolu düşəcək, bəzi çaylarda sululuq artacaq - XƏBƏRDARLIQ  |     21:04 Bir reklamdan 135 milyon qazanıb tarixə düşdü  |     20:56 İki qardaş toyda bıçaqlandı  |     20:51 Pakistanın "Airblue" şirkəti Bakıya uçuşlara başlayır  |     20:44 Məktəbdən sonra uşağın düzgün istirahəti - Gücünü necə bərpa etməlidir?  |     20:39 İtirdiyi qızılları xatırlayıb arvadını döydü - Abşeronda  |     20:32 ChatGPT insanı saniyələr içində "oxuya" bilər - Şəxsiyyət təhlili üçün 10 sorğu  |     20:24 İçərişəhərdə sərxoş kişi barın mühafizəçisini bıçaqladı  |     20:18 DİN: Axtarışda olan 200 nəfər saxlanılı  |     20:13 Vidadi İsayevin təyin etdiyi baş memara cinayət işi açılıbmış - Hökm oxundu  |     20:05 "Ən böyük arzum prokuror olmaqdır" - Maksimal bal toplayan Səma  |    
Left Banner
Right Banner

Kənd Təsərrüfatı Nazirliyi onlayn müşavirə keçirib - FOTO

02.02.2021 21:36 2 067
Kənd Təsərrüfatı Nazirliyi onlayn müşavirə keçirib - FOTO
Kənd Təsərrüfatı Nazirliyinin təşkilatçılığı ilə “Azərbaycan Respublikasında çəltik istehsalının inkişafı ilə bağlı 2020-ci ilin yekunları və 2021-ci ildə qarşıda duran vəzifələr” mövzusunda onlayn müşavirə keçirilib.

Bu barədə Kənd Təsərrüfatı Nazirliyi məlumat yayıb.

Bildirilib ki, onlayn müşavirədə Kənd təsərrüfatı naziri İnam Kərimov, Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədr müavini Zakir Quliyev, Nazirliyin Aparatı və tabeli qurumlarının əməkdaşları, bu sahədə fəaliyyət göstərən şirkətlərin nümayəndələri və sahibkarlar iştirak edib.
Tədbirdə qeyd olunub ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən aqrar sahənin inkişafı prioritet istiqamətlərdən biri kimi elan edilib. Bildirilib ki, aqrar sektorun bütün sahələri kimi çəltikçilik də yeni inkişaf mərhələsinə qədəm qoyub. “Azərbaycan Respublikasında çəltikçiliyin inkişafına dair 2018–2025-ci illər üçün Dövlət Proqramı” üzrə qarşıya qoyulmuş vəzifələr uğurla yerinə yetirilir.

Bildirilib ki, aqrar sahənin inkişafı, o cümlədən çəltik istehsalının artırılması üçün dövlət tərəfindən sistemli dəstək tədbirləri həyata keçirilir. “Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması Qaydası”nda 2020-ci ildə çəltik əkinləri üçün müəyyən edilmiş 1.4 əmsal üzrə hər hektar üçün 280 manat əkin subsidiyası ödənilir. Görülən tədbirlər nəticəsində 2020-ci ildə çəltik istehsalında yüksək məhsuldarlığa nail olunub.

Müşavirədə çəltik bitkisinin tәsərrüfat әhәmiyyәti, ərzaq təhlükəsizliyində rolu, çəltikçilik sahəsində görülən işlər, ölkəmizdə çəltikçiliyə göstərilən dövlət dəstəyi barədə danışılıb.

Respublikamızda çəltik istehsalı kənd təsərrüfatında vacib sahələrdən biri olduğundan bu sahədə məhsuldarlığın daha da artırılmasının vacibliyi vurğulanıb.

Bu il çəltik istehsalına hazırlıq və qarşıda duran vəzifələr, bu sahənin inkişafı, hədəflər və perspektivlərin müzakirə edildiyi müşavirədə keyfiyyətli çəltik istehsalı üçün aqrotexniki tədbirlərin vaxtında və düzgün yerinə yetirilməsi, mineral gübrələrdən səmərəli istifadə olunması, zərərvericilərə qarşı mübarizə tədbirlərinin vaxtında görülməsi, əkin üçün yararlı torpaq sahələrinin cəlb edilməsi, texnika ilə təminatın yüksəldilməsinin vacibliyi vurğulanıb.

Müşavirədə mineral gübrələr, toxum və texnika ilə təminat, suvarma məsələləri, subsidiyaların verilməsi, informasiya məsləhət xidmətinin aparılması, təlimlərin keçirilməsi, istehlakçılar arasında yerli çəltik sortlarının üstünlüklərinin təbliğ olunması, o cümlədən çəltiyin tədarükü və satışı ilə bağlı fikir mübadiləsi aparılıb, səsləndirilən təkliflər qeydiyyata alınıb.

Müzakirələrin sonunda bu formatda görüşlərin davam etdiriləcəyi bildirilib, qaldırılan məsələlərin operativ həlli üçün müvafiq tapşırıqlar verilib.


скачать dle 11.3
Mojo.az Banner