Mojo.az Banner
23:02 Övladlarımızı rəqəmsal mühitdən necə qorumalıyıq? (VİDEO)  |     22:57 Bakıda obyekt səkini zəbt etdi - Qurumdan maraqlı açıqlama (VİDEO)  |     22:50 9 illik fasilədən sonra dəniz təlimlərini bərpa edəcəklər  |     22:44 Selə düşən şəxs xilas edildi - Video  |     22:36 Tut yığmaq üçün ağaca çıxdı, xəstəxanalıq oldu  |     22:29 Çempionlar Liqası: PSJ və "Arsenal" əsas vaxtda qalibi müəyyən edə bilmədilər (FOTO)  |     22:25 İnsan ölərkən nə hiss edir?  |     22:18 Məşhur futbolçu saxlanıldı  |     22:13 "Amazon" bir istifadəçinin məlumatlarından ildə nə qədər qazanır?  |     22:05 Azərbaycanlıların xaricə səfərlərində azalma qeydə alınıb  |     22:00 IV və VI sinif şagirdlərinin diqqətinə: Monitorinq tarixləri açıqlandı  |     21:51 Bu halları görsəniz, demək ki, telefonunuz izlənilir  |     21:46 31 mayda nadir hadisə baş verəcək - XƏBƏRDARLIQ  |     21:39 100 milyon dollarlıq Luvr soyğunu filmə çevriləcək  |     21:34 Nikolas Keyc soyadını dəyişdi  |     21:26 Rasim Balayevin qəbirüstü abidəsi ilə bağlı açıqlama  |     21:13 Çinli mühəndis Tayvan və Yaponiyadan sirrlər oğurlamağa 13 il sərf edib  |     21:08 40 min şüşə: Gürcüstan Stalinin şərab kolleksiyasını hərraca çıxaracaq  |     21:01 Varlılar dollardan imtina edir - SƏBƏB  |     20:55 Qurban Qurbanov daha 3 il "Qarabağ"da  |    
Left Banner
Right Banner

Azərbaycanda 20-yə yaxın rayonda qaz kəsintisi ilə bağlı “Azəriqaz”dan AÇIQLAMA

21.01.2021 15:12 2 589
Azərbaycanda 20-yə yaxın rayonda qaz kəsintisi ilə bağlı “Azəriqaz”dan AÇIQLAMA
“Hazırda qaz kəsintisi ilə bağlı ümumi qaz şəbəkəsində “Azəriqaz” İstehsalat Birliyi tərəfindən araşdırma aparılır”.

Bunu Oxu.Az-a açıqlamasında “Azəriqaz”ın mətbuat katibi Ceyhun Səfərov deyib.

O bildirib ki, ölkə üzrə 20-yə yaxın rayonun bəzi kəndlərində araşdırmalar aparılır və qaz kəsintisinin açılması tənzimlənir:

“Rayon mərkəzlərində, strateji obyektlərdə qaz kəsintisi olmayıb. Bu, yalnız müəyyən kəndlərdə baş verib. Hazırda proses nəzarətdə saxlanılır, problem tədricən tənzimlənir və nizama qoyulur”.

Qaz kəsintisinin səbəblərinə aydınlıq gətirən Ceyhun Səfərov bildirib ki, ümumi qaz şəbəkəsində artıq yüklənmə baş verib və havaların birdən soyuması qaza olan tələbatı artırıb:

“Bunu fövqəladə vəziyyət kimi qəbul edə bilərik. Təbii ki, bu problem artıq tədricən həll olunmaqdadır. Çox yaxın saatlara qaz təchizatı tam şəkildə həllini tapacaq. Yaxın günlərdə isə qaz təchizatında heç bir problem yaşanmayacaq, abonentlərimiz tam normal rejimdə qaz ala biləcək”.

Qeyd edək ki, bu gün Azərbaycanda 20-yə yaxın rayonun bəzi kəndlərində qazın verilməsində problemlərin yarandığı haqda məlumat verilmişdi.скачать dle 11.3
Mojo.az Banner