Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
21:28 İş axtaranlara şad xəbər: 82 yeni vakansiya | 21:02 Nepalda Azərbaycan və Kanadada işə düzəltmək adı ilə dələduzluq: İki nəfər saxlanıldı | 20:45 Bu vəzifələrdə çalışanların maaşı 3600 manat oldu | 20:40 Sabah bir rayonda qaz olmayacaq | 20:16 Bəşir Süleymanlıya 9 il həbs cəzası istənildi | 20:15 Şavkat Mirziyoyev Zəfər Günü münasibətilə İlham Əliyevi təbrik edib | 20:10 Sertifikasiyada bal artdıqca maaş əlavəsi də artırılmalıdır – TƏKLİF | 17:44 Rayonların azad olunmasından sonra doğulan uşaqlara status veriləcək | 17:36 Ər-arvad dalaşdılar, oğul anasının üstünə benzin töküb yandırdı | 17:33 Türkiyədən Azərbaycana tibbi təyinatlı malların gətirilməsinin qarşısı alınıb | 17:11 Bu göbələklərdən uzaq durun - EKSPERTDƏN XƏBƏRDARLIQ | 17:02 Azərbaycanda ərli qadını qaçıran evli kişi həbs olundu | 17:01 ​​​​​​​Nəqliyyat vasitələrinin utilizasiyası fondu ləğv olunur | 16:57 Prezident bir qrup media nümayəndəsini təltif etdi | 15:02 Ronaldo milli karyerasını bitirdi (AÇIQLAMA) | 14:49 Ermənistan Parlamenti TRIPP layihəsi ilə bağlı növbədənkənar iclas keçirəcək | 14:46 Məcəlləyə dəyişiklik: Kim Azərbaycanın vergi rezidenti hesab ediləcək? | 14:39 Bakıda bu avtobuslar YENİLƏNİR | 14:34 Bakı və Abşeronda sərt hava xəbərdarlığı: Qurumlar hansı tədbirləri görürlər? | 14:27 Bayram günlərində işləyənlərə əlavə əməkhaqqı necə hesablanmalıdır? – AÇIQLAMA |
Mojo.az Avto
Mojo.az Avto

Ucarda bir qaşıq suya həsrət qalanlar - VİDEO

13.01.2021 17:33 2 289
Ucarda bir qaşıq suya həsrət qalanlar - VİDEO
Hazırda qış fəsli olmasına baxmayaraq, hələ də Ucarda su problemi yaşanmaqdadır.

Baku TV xəbər verir ki, yay aylarında havaların həddindən artıq quraq keçməsi Ucar rayonunda su qıtlığına səbəb olub.

Rayonun Alpoud kəndi rayon mərkəzinə məsafə baxımından ən yaxın olsa da, əhali sayına görə ikinci yerdədir. Yay aylarında yaşanan susuzluq problemi hələ də bu kənddə davam edir.
Sakinlərin sözlərinə görə, kənddə təsərrüfat suyu ilə yanaşı, içməli su olmadığı üçün məcburiyyətdən suyu maşınla alırlar, ya da 18-20 metr dərinlikdə quyudan müəyyən qurğular vasitəsi ilə çıxarırlar.

Su maşınları isə beş ton suyu 40 manata gətirir.

Dəfələrlə yerli sakinlər bələdiyyə sədrinin və icra nümayəndəliyinin qəbulunda olsalar da, heç bir nəticəsi olmayıb. Payız aylarında əkilən taxıl sahələrini belə suvara bilməyiblər.

Məsələ ilə bağlı Ucar Suvarma Sistemləri idarəsindən şifahi olaraq bildirdilər ki, hazırda su kanallarında və çaylarda suyun səviyyəsinin aşağı düşməsi nəticəsində Alpoud kəndi ilə yanaşı, bir neçə kənddə də su qıtlığı yaranıb:

“Ucar rayonunda suvarılan sahələrin 80 faizi Yuxarı Şirvan kanalından, qalan 20 faizi isə Göyçay və Türyan çaylarının payına düşür.

Hazırda Göyçay, Türyan və Yuxarı Şirvan kanallarında suyun səviyyəsi normadan çox aşağıdır. Onu da qeyd edək ki, qış mövsümü olduğu üçün kəndlərarası daşıyıcı və paylayıcı su kanallarında qazıntı və təmizlənmə işləri aparılır. İşlər bitdikdən sonra həmin kəndə suyun verilməsi bərpa olunacaq”.

Son xəbərlər