Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
16:30 Bakıda kişi ona "keçəl" deyən bacısını döydü | 16:28 Səudiyyə Ərəbistanından Azərbaycana göndərilən qurban əti 7 min ailəyə çatdırılacaq | 16:01 İrandan Azərbaycana qanunsuz keçmək istəyən əcnəbilər saxlanıldılar | 14:42 Cəlilabadda 6 kəndin işığı kəsilib | 14:38 "Qazlaşdırılmayan kəndlərə görə meşələr qırıla bilər" - Deputatdan xəbərdarlıq | 14:33 Boşanma vaxtı qadını aldadıb 163 minlik ziyan vurdu - Qərar | 14:30 Göygöldə iki avtomobil toqquşdu, Türkiyə vətəndaşı da yaralandı | 14:22 Türk lirəsi rekord həddə ucuzlaşdı | 14:11 Falçının məhkəməsində zərərçəkən danışdı: "Bu qadına 360 min manatlıq qızıl vermişəm" | 14:00 Gələn il ərzaq bahalaşacaq - Dünya Bankı və BVF-dən yeni proqnozlar | 13:53 "Sabah"ın "Vikinq"ə qarşı oyunu hansı kanalda yayımlanacaq? | 13:46 İlham Əliyev və Mehriban Əliyeva "AIREX 2026" sərgisi ilə tanış olublar | 13:29 Paytaxtda yağış və tullantı suları problemi həllini tapır | 13:23 İctimai nəqliyyatda güzəştlər genişləndirilə bilərmi? – Deputatdan AÇIQLAMA | 13:13 Deputatların partiyalarına 6 milyon vəsait ayrılacaq | 13:12 Tibbi turizmin vəziyyəti araşdırılacaq | 13:10 Azərbaycan neftin fiskal qiymətini 20 dollar azalda bilər | 13:07 Qadınlar kişilərə pul kisəsi kimi baxmamalıdırlar – Psixoloq | 13:00 Bakıda 74 yaşlı qadının əməlləri: Torpağı qanunsuz zəbt etdi, müşahidə kamerasını sındırıb evi yardı | 12:59 Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi |
Mojo.az Avto
Mojo.az Avto

Sosial şəbəkədə mübahisə etdikləri Sumqayıt sakinini öldürməyə cəhd edənlər tutuldular - RƏSMİ

13.01.2021 11:47 1 509
Sosial şəbəkədə mübahisə etdikləri Sumqayıt sakinini öldürməyə cəhd edənlər tutuldular - RƏSMİ
29 dekabr 2020-ci il tarixdə saat 00:00 radələrində Rüstəmov Rahib Rafik oğlunun çoxsaylı bıçaq xəsarətləri ilə Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasına daxil olması barədə Sumqayıt şəhər prokurorluğuna məlumat daxil olub.

Sumqayıt şəhər prokurorluğundan verilən məlumata görə, aparılmış araşdırmalarla Bakı şəhər sakinləri 1992-ci il təvəllüdlü Məmmədov Samir Qiyas oğlu və 1992-ci il təvəllüdlü Rüstəmov Əli Əfqan oğlunun qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək, bir qrup şəxs halında zərərçəkmiş Rahib Rüstəmov ilə sosial şəbəkədə aralarında baş vermiş mübahisə ilə əlaqədar görüşərək, sonuncuya bıçaqla çoxsaylı xəsarətlər yetirərək, onu qəsdən öldürməyə cəhd etmələrinə əsaslı şübhələr müəyyən edilib.

Həyata keçirilmiş təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində Əli Rüstəmov və Samir Məmmədov Cinayət Məcəlləsinin 29, 120.2.1-ci (bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən adam öldürməyə cəhd) maddəsində nəzərdə tutulan cinayət əməllərini törətməkdə şübhəli şəxs kimi tutularaq istintaqa cəlb olunub.

Əli Rüstəmov və Samir Məmmədov iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilərək barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

Son xəbərlər