“WhatsApp”dan yeni gizlilik müqaviləsi ilə bağlı AÇIQLAMA » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:42 Dünyanın ən zəngin şəhəri hansıdır?  |     22:32 AFFA “Kəpəz”i 8500 manat cərimələdi  |     22:24 Özünü qazi kimi təqdim edən dələduz saxlanıldı  |     22:20 Şaurma və dönərdən zəhərlənmənin əlamətləri – Nə etməli?  |     22:13 Yasamalda mənzildən meyit tapıldı  |     21:58 İsrail daha 11 fələstinlini saxladı  |     21:50 Britaniya Rusiyanın hərbi attaşesini qovur, diplomatik binalarının statusunu ləğv edir  |     21:37 Məmurun kabinetindən noutbukunu oğurlayan şəxsə hökm oxundu  |     21:29 "Bolt" Azərbaycanda bu xidməti dayandırdı (FOTO)  |     21:24 Malayziya "oranqutan diplomatiyası"na başlayır  |     21:18 Azərbaycanda bağlanan şərab zavodu açılır?  |     21:10 Azərbaycanda 40 dəvə yükü ilə qızıl basdırılan yer (VİDEO)  |     21:01 Qəbələnin Bunud kəndi yağıntılar səbəbindən subasmaya məruz qalıb  |     20:52 Şolts və Zelenski Ukrayna ilə bağlı konfransı müzakirə ediblər  |     20:44 "Ordubad” qoruğunun mühafizə zonasının müəyyənləşdirilməsi istiqamətində işlər yekunlaşıb  |     20:36 Rusiyanın müvəqqəti işlər vəkili Estoniya XİN-ə çağırılıb  |     20:29 Türkiyənin vitse-prezidenti: Azərbaycanda icra olunan layihələrə bundan sonra da dəstək verməyə hazırıq  |     20:23 Süni intellekt və yeni inkişaf meyarları  |     20:14 "Sədərək" sahibinin oğlunun evindən külli miqdarda oğurluq edənin cəzası azaldılıb  |     20:09 Əfqanıstanda hərbçilərə hücum olub, 6 nəfər ölüb, 13 nəfər yaralanıb  |    

“WhatsApp”dan yeni gizlilik müqaviləsi ilə bağlı AÇIQLAMA

“WhatsApp” tətbiqetmənin davamlı istifadəsi üçün 8 fevral tarixinə qədər təsdiqlənməsi ilə bağlı yenilənmiş gizlilik müqaviləsi barədə açıqlama verib.

Bu barədə “Haber Global” məlumat yayıb.

Bildirilir ki, “WhatsApp” insanların tətbiqetmədən alış-veriş etməsini və müəssisələrdən dəstək almasını asanlaşdırmaq istəyir:

“Şəffaflığı daha da artırmaq və müəssisələrin “WhatsApp” vasitəsilə müştəriləri ilə ünsiyyət qurmasına kömək etmək üçün gizlilik siyasətimizi yeniləyirik. Bu sayədə müəssisələr ana şirkətimiz “Facebook” vasitəsilə etibarlı hostinq almaq imkanı qazanacaqlar.

Bu yeniləmə “WhatsApp”ın “Facebook”la məlumat paylaşmasını dəyişdirmir, insanların dünyanın harasında olursa-olsun, dostları və ya ailəsi ilə xüsusi ünsiyyət qurmalarına təsir göstərmir”.

Qeyd edilir ki, “WhatsApp”da dostlarınız və ailənizlə etdiyiniz söhbətlər və mesajlar şifrələmə ilə qorunur. Şifrələmə məlumatın yalnız sizin və söhbət etdiyiniz şəxs tərəfindən oxunub dinlənilməsini təmin edir. Üçüncü şəxslər hətta “WhatsApp” və ya “Facebook”da bu məzmuna baxa bilmir.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            531 11.01.21 15:17