Mojo.az Banner
SON DƏQİQƏ
11:16 Novruz bayramı günü bibisinin oğlunu öldürdü  |     23:01 Ronaldo yeni biznesə qoşulur  |     22:55 Pensiyalar bu tarixdə arta bilər  |     22:47 Marketdən su alanların nəzərinə: etiketdəki bu detallara baxın  |     22:42 Dəmir yolu ilə daşımalar artır: Məhsullar ucuzlaşacaq?  |     22:34 Azərbaycan məktəbli geyimi ilə bağlı qərarında Avropaya nümunə göstərilir  |     22:29 Reseptsiz dərman satışı ilə bağlı qanunsuzluq aşkarlanan apteklərin sayı açıqlandı  |     22:24 Kosmetoloq kürəkdəki səpgilərdən qurtulmağın yollarını açıqladı  |     22:15 Bakıda yeni söküntü başlayır: Kompensasiya veriləcək (VİDEO)  |     22:10 Sabah yollarda görünüş məsafəsi azalacaq  |     22:03 Ödənişli yollar effektlidirmi?  |     21:55 Fiziklər termonüvə enerjisinə aparan "qısa yol" tapdı  |     21:50 Azərbaycanda maaşlarla bağlı yeni proqnoz - 1300 manata çatacaq  |     21:42 Ötən gün itkin düşmüş 8 nəfər tapılıb  |     21:37 İstanbulda yağış 5 nəfərin həyatına son qoydu  |     21:30 Bazar günü hava necə olacaq?  |     21:15 İranın Hörmüz boğazı yaxınlığında partlayış səsləri eşidildi  |     20:53 Gəncədə teatrın mühafizəçisi bıçaqlandı: 15 yaşlı oğlan saxlanıldı  |     20:39 Xırdalanda bədbəxt hadisə: 20 yaşlı gənc beşinci mərtəbədən yıxılaraq öldü - Foto  |     20:32 "Star Trek" serialının ulduzu Maykl Forest vəfat etdi  |    
Mojo.az Avto
Mojo.az Avto

Nazarbayev ilk dəfə nəvəsinin ölümünü şərh etdi: “Artıq bu işin köləsinə çevrilmişdi...”

09.01.2021 21:42 1 266
Nazarbayev ilk dəfə nəvəsinin ölümünü şərh etdi: “Artıq bu işin köləsinə çevrilmişdi...”
Qazaxıstanın ilk prezidenti Nursultan Nazarbayev nəvəsi Aysultan Nazarbayevin ölümünü ilk dəfə şərh edib.

“Tengrinews”un məlumatına görə, bu barədə o, “Ştrixi k portretu. Liçnoe” (“Portretə ştrixlər. Özəl”) sənədli filmində danışıb.

“Təəssüf ki, bu il mənə çox oxşayan bir nəvəmizi itirdik. Bu qədər erkən yaşında həyatdan gedən nəvəm üçün çox təəssüf edirəm”, - deyə Nazarbayev bildirib.

Onun sözlərinə görə, Aysultan Moskvada və Londonda müalicə alıb.

“Aysultanı başqa yerə göndərməmək də olardı, amma onu saxlamaq mümkün deyildi. Artıq bu işin köləsinə çevrilmişdi, dayana bilmirdi. Sanki qurtulurdu, amma yenidən qayıdırdı”, - deyə keçmiş prezident olanlar barədə danışıb.

Qeyd edək ki, Aysultan Nazarbayev Dariqa Nazarbayeva və mərhum Rahat Əliyevin böyük oğlu idi. O, 2020-ci ilin avqust ayında Londonda vəfat edib. 29 yaşlı gəncin ölüm səbəbi kimi ürəyinin dayanması göstərilib.

2019-cu ilin iyul ayında Londonda olarkən Aysultan intihar etməsinə mane olmağa çalışan konstebli dişləmişdi. Bundan sonra o, şərti olaraq bir illik azadlıqdan məhrumetmə, 140 saatlıq ictimai iş, cərimə və bir neçə min funt-sterlinq məbləğində cəzaya məhkum edildi, həmçinin narkotik asılılığından müalicə almaq üçün narkoloq yanında azı 20 sessiyaya qatılmağı barədə göstəriş verildi.скачать dle 11.3

Son xəbərlər