Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
23:02 Bu 3 bürc bazar günü XOŞ XƏBƏR ALACAQ | 22:56 Gələn il Azərbaycanda 950 min tona yaxın kartof istehsalı proqnozlaşdırılır | 22:51 371 roman yazan qadın süni intellektə görə təhdid və təhqirlə üzləşdi | 22:44 Zaxarova NATO-nu ittiham etdi | 22:39 "Avroviziya Asiya"nın ilk qalibi oldu | 22:31 Avtomobili özündən xəbərsiz satışa çıxarıldı - VİDEO | 22:26 "Meta" 805 milyon avro cərimələnib | 22:17 Azərbaycanda bəzi binalara istilik verilməyə bilər: Səbəb - Video | 22:08 Lənkəranda ağlasığmaz hadisə: Hotelin icarədarı öz işçilərini qarət etdi | 22:00 Dağıstanda məşhur idmançı güllələnərək öldürüldü | 21:56 Ramiz Mehdiyevin qızının vəkili həbs edildi | 21:49 Lənkəranda ağlasığmaz hadisə: Hotelin icarədarı öz işçilərini qarət etdi | 21:33 Büdcədə tarixi dəyişiklik: Neftdənkənar gəlirlər 60 faizi ötəcək - Foto | 21:26 İlon Maskın "Starship" raketi sınaq zamanı partladı - Video | 20:49 Kütləvi yol-nəqliyyat hadisəsində ölənlərin sayı 13-ə çatıb | 20:44 Məktəblərdə sərt qaydalar tətbiq oluna bilər: Cərimə, qırmızı kart və uzaqlaşdırılma | 20:36 Bakıda yataqxanadan tələbə qızın meyiti tapıldı | 20:30 Leyla Əliyeva COP31-ə dair videoçarx paylaşıb - Video | 20:24 Tələbələri şantaj edərək pul istəyən şəxs barəsində qərar verildi | 20:10 "Nvidia" şirkətinin rəhbərliyinə mümkün namizədin adı açıqlandı |
Mojo.az Avto
Mojo.az Avto

2020-ci ildə Azərbaycan idmançıları 192 medal qazanıblar

30.12.2020 17:58 1 737
2020-ci ildə Azərbaycan idmançıları 192 medal qazanıblar
Gənclər və İdman Nazirliyi idman siyasəti ilə bağlı hesabatını təqdim edib.

Hesabata əsasən nazirliyin 2020-ci il üçün təsdiq etdiyi tədbirlər planına əsasən il ərzində respublikada fəaliyyət göstərən federasiyalarla birlikdə ölkəmizdə 64 respublika yarışları təşkil edilib, 12 beynəlxalq yarış keçirilib, 68 beynəlxalq yarışlarda ölkə yığma komandalarının iştirakı təmin olunub.

İdman növləri üzrə yığma komandalar 12 gündən az olmayaraq 100-dən çox təlim-məşq toplanışlarında iştirak ediblər.

2020-ci illə bağlı olimpiya və qeyri-olimpiya idman növləri üzrə rəsmi beynəlxalq yarışlarda 60 qızıl, 46 gümüş və 86 bürünc olmaqla ümumi 192 medal əldə edilib.

Tokio Yay Olimpiya Oyunlarında iştirak etmək üçün indiyədək 17 nəfər idmançımız 13 lisenziya (atletika – 2, atıcılıq – 1, üzgüçülük – 1, güləş – 2, velosiped – 1, bədii gimnastika – 2, idman gimnastikası – 2, taekvondo – 1, boks – 1) qazanıb. Bundan başqa, Tokio Paralimpiya oyunlarına da indiyədək 9 lisenziya əldə olunub.

2020-ci ilin ötən dövrü ərzində ayrı-ayrı idman növləri üzrə məşqçi-müəllim ixtisas kateqoriyası verilib. O cümlədən, üç nəfər ali, 54 nəfər birinci kateqoriya alıb. Yeddi nəfərin sənədi vahid idman təsnifatının tələblərinə cavab vermədiyinə görə geri qaytarılıb.

Bundan başqa idman növləri üzrə 33 nəfər “Azərbaycan Respublikasının Fəxri Bədən Tərbiyəsi və İdman işçisi”, 54 nəfər “Azərbaycan Respublikasının Əməkdar məşqçisi”, 12 nəfər “Azərbaycan Respublikasının Əməkdar idman ustası”, 10 nəfər “Respublika dərəcəli hakim” fəxri adlarına layiq görülüb.

İl ərzində 109 nəfər İdman ustası normasını yerinə yetirib. 10 nəfərə isə dublikat vəsiqələr verilib.

Hərbi əməliyyatlar dövründə idmançı və məşqçi-müəllimlərimiz də əməliyyatlarda iştirak ediblər. Onlardan yaralananlar, şəhid olanlar olub və bunun statistikası nazirlikdə aparılıb. Hazırda hərbi xidmətini davam etdirənlər var. 76 nəfərin “Respublika İdman Tibb, Diaqnostika və Reabilitasiya İnstitutunda” reabilitasiyadan keçirilməsi təşkil olunub. Hazırda səkkiz nəfərin reabilitasiyası davam etdirilir.

Son xəbərlər